Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«فمن شهد منکم الشهر فلیصمه و من کان مریضا او علی سفر فعدة من ایّام اخر»



Yüklə 1,13 Mb.
səhifə81/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   77   78   79   80   81   82   83   84   85
Müvəqqəti nikah (elmi araşdırma)

«فمن شهد منکم الشهر فلیصمه و من کان مریضا او علی سفر فعدة من ایّام اخر»
Sizlərdən ayı görənlər bu ayı ( tamamilə) oruc tutmalıdırlar. Xəstə olan və səfərdə olanlar tutmadığı günlərin sayı qədər ayrı günlərdə tutsunlar.479
Baxmayaraq ki, orucu pozmaq təkcə səfər və ya xəstəliyə aid deyil. Amma ayədə bu iki halın adı çəkilmişdir. Deməli, bu iki şərtin adını çəkmək o mənada deyil ki, orucu pozacaq başqa bir üzürlü səbəb yoxdur. Həmçinin digər ayədə deyilmişdir:
«و ان کنتم مرضی او علی سفر او جاء احد منکم من الغائط او لا مستم النساء فلم تجدوا ماء فتیموا صعیدا طیبا»
Bu ayədə480 təyəmmüm etmək üçün üzürlü səbəb yalnız "su tapmamaq" kimi qeyd olunmuşdur. Belə ki, su tapmamaq təyəmmümün yeganə səbəbi deyildir. Ola bilər ki, su olsun, amma qəsbi olsun. Və ya qüsl və dəstəmaz üçün kifayət qədər vaxt olmasın. Deməli, kəlamda zikr olunan üzürlər və qeydlər məşhur və zehinlərin alışdığı üslubdadır. Bunu da demək lazımdır ki, bu kimi ayələrə Qurandan yenə də misal çəkmək olar.
Yuxarıda deyilənlərin hamısı bu şübhəni ortaya atan şəxsin nəzəriyyəsi əsasında idi. Amma bizim fikrimiz budur ki, "ən yənkihəl möhsinat əl-möminat" cümləsi hər iki növ nikaha aiddir. "Nisa" surəsinin 25-ci ayəsində buyrulur: "Bu iki qismlə evlənməyə maddi imkanları çatışmayanlar, malik ollduqları mömin qızlardan (cariyələrdən, kənizlərdən) alsın."
Beləliklə, ikinci şübhənin də cavabını nəzərinizə çatdırdıq. Indi isə bu barədə ortaya çıxan ən mühüm şübhələrdən birinə cavab verəcəyik.
Üçüncü şübhə
Mütə nikahının haram olmasını dəstəkləyənlər ortaya başqa bir şübhə atmışlar. Bu şübhədə deyilir ki, ümumiyyətlə nikahın fəlsəfəsi nəsil artımıdır. Yəni Allah-taala insanların özlərindən sonra xələf və canişin qoyub getmələri və nəsillərinin kəsilməməsi üçün evlənməyi şəriətə uyğun və caiz hesab etmişdir. Bu nöqtəyə diqqət etmək lazımdır ki, müvəqqəti evlilikdə nəsil artımı hədəf sayılmır, sadəcə ehtiras hisslərini bu yolla yatırmaq əsas məqsəd daşıyır. Buna görə də bu nikah səhih nikah deyildir. Yoxsa onda da nəslin artırılması hədəf kimi nəzərdə tutulardı.481
Cavab:
1) Əgər desək, nikah və cinsi yaxınlığın caizliyi (şəriət baxımından halallığı) yuxarıda göstərilən hədəf və ya məqsədə bağlı olmalıdır və bu hədəf olarsa nikah səhihdir, bu hədəf olmazsa (kişi və qadın arasında evlilik yalnız cinsi ehtirasları söndürmək üçün olarsa) nikah batildir, bu söz həqiqətə uyğun deyildir. Neçə ola bilər ki, yalnız uşaq dünyaya gətirmək üçün qurulmuş evlilik (nikah) düz olsun. Bu halda sonsuz (uşağı olmayan) kişi və sonsuz arvadın evlənməyi düzgün sayılmamalıdır. Habelə heyz görməyən qoca qadının, doğuş yaşına çatmamış qızın və zinakar kişinin evlənməyi şəriət baxımından düzgün olmamalı idi. Bundan əlavə, "inzal" olmayan təqdirdə cinsi yaxınlıq düzgün deyildir. Hamilə qadınla da bu yaxınlıqdan hamilə olmayacaq deyə cinsi yaxınlıq etmək caiz deyildir. Ümumiyyətlə, ailə qurmadan evlənmək (yaxınlıq etmək) caiz deyildir. Aydındır ki, bunların hamısı yanlışdır.
2) Daimi evlilikdə məqsəd nəsil artımı deyildir. Belə ki, evliliyin hədəflərindən biri də əxlaqsızlıqdan uzaqlaşmaq və isməti qorumaqdır. Buna görədir ki, mərhəmətli Allah "Nur" surəsinin 33-cü ayəsində buyurmuşdur:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin