Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə84/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   77   78   79   80   81   82   83   84   85
Müvəqqəti nikah (elmi araşdırma)

Altıncı şübhə
Mütə nikahının halallığına etiqad bəsləyən şiə alimləri demişlər:
Yəhudilər, xristianlar, məcusilər və hindularla müvəqqəti nikah bağlamağın eybi yoxdur. Onlar bu fikirdədirlər ki, əhli-sünnədən olan ərli qadınla da müvəqqəti evlənmək olar. Ona görə ki, onların (əhli-sünnənin) nikahları batildir. Belə olan halda əhli-sünnədən olan evli bir qadın əri olmayan bir qadın kimidir.487
Şiə alimləri əhli-kitabla daimi yox, müvəqqəti evliliyə icazə vermişlərsə də, yekdilliklə müşriklərlə və bütpərsətlərlə müvəqqəti evlənməyin caiz olmadığını vurğulamışlar.488 Əgər hindular müşrikdirlərsə bu hökm onalara da aid olur. Lakin məcusilər (atəşpərəstlər) barəsində din alimlərinin nəzəriyyələri iki qola ayrılır. Onlardan biri budur ki, müvəqqəti evlilik onlarla səhih deyildir.489 Digəri isə əhli-kitab olduqlarına görə onlarla müvəqqəti evlənməyin caiz olduğunu vurğulayır.490 Lakin bu böhtanları şiə alimlərinə ünvanlayanların öz alimlərinin əksəriyyəti əhli-kitab qadınları ilə daimi şəkildə evlənməyi caiz (halal) bilmişlər.491
Habelə şiə alimlərinin əhli-sünnənin oxuduqları kəbini doğru bilməmələri və onların ərli qadınları ilə müvəqqəti nikahı caiz bildiklərini söyləmək böyük bir böhtan və iftiradır. Ona görə ki, şiə alimləri əhli-kitabdan olan ərli qadınlarla müvəqqəti və daimi nikah bağlamağı caiz bilməmişlər. Belə ki, onlar əhli-kitabdan olan evli qadınlarla evlənənin böyük harama yol verdiyini söyləmişlər. O ki qaldı əhli-sünnədən olan evli qadınlara, demək lazımdır ki, şiə alimləri tarix boyu onları müsəlman bilmişlər.492
Yeddinci şübhə
Şiə alimləri hamılıqla fitva vermişlər ki, bir neçə kişinin bir qadınla bir gecədə cinsi yaxınlıq etmələri müvəqqəti kəbin oxumaqla mümkündür. Onların böyük və tanınmış çöhrələri də bu məsələni etiraf etmişlər. Onlar zinanı halal etdikləri təqdirdə İslam və müsəlmançılıqdan söhbət etməyə yer qalmır.493
Cavab:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin