Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


Ikinci dəlil: "Talaq" ayəsi



Yüklə 1,13 Mb.
səhifə66/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   62   63   64   65   66   67   68   69   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Ikinci dəlil: "Talaq" ayəsi
Mütə nikahının müxaliflərinin mütə nikahı ayəsinin nəsx olunduğunu isbat etmək üçün irəli sürdükləri ikinci dəlil "Talaq" surəsinin birinci ayəsidir. Onların dediklərinə görə "Talaq" surəsinin bu ayəsində bir-birindən ayrılmaq istəyən hər zövc və zövcə (ər-arvad) üçün talaq nəzərdə tutulmuşdur. Mütə nikahında isə talaq yoxdur. Bununla da belə bir nəticəyə gəlmək olar ki, mütə nikahı ayəsi bu ayə vasitəsilə nəsx olunmuşdur.397
يا أَيُّهَا النَّبِيُّ إِذا طَلَّقْتُمُ النِّساءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَ أَحْصُوا الْعِدَّةَ وَ اتَّقُوا اللَّهَ رَبَّكُمْ لا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَ لا يَخْرُجْنَ إِلاَّ أَنْ يَأْتينَ بِفاحِشَةٍ مُبَيِّنَةٍ وَ تِلْكَ حُدُودُ اللَّهِ وَ مَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لا تَدْري لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذلِكَ أَمْرا.
Ya peyğəmbər! Arvadları boşamaq istəyəndə, onları(ay başı olub, paklanıb, cinsi bir təmas qurmadıqları vaxtda) iddələrinə görə boşayın və iddəni sayın! Rəbbiniz olan Allahdan qorxun! Onları, açıq-aşkarca pis iş görməyincə evlərindən çıxarmayın! Onların özləri də çıxmasınlar. Bu, Allahın hüdududur. Hər kəs Allahın hüdudundan aşsa doğrudan da özünə zülm etmiş olur. Nə bilirsən, bəlkə Allah bundan sonra yeni bir vəziyyət yaradacaq?”398
Mütə nikahının nəsxini isbat etmək üçün bu ayəyə də istinad etmək bir neçə cəhətdən qüsurludur.
1) Əgər bu şərif ayənin nəsxini mütədəki iddə dövrünün mütləq iddə dövründən az olmasına görə qəbul etsək, deməliyik ki, nə bu ayədə, nə də digər ayələrdə bütün qadınlara eyni miqdarda iddə vacib olduğu bildirilmir. Habelə "mütə" ayəsinin "talaq" ayəsi vasitəsilə nəsxinə müvəqqəti evliliyin talağa ehtiyaclı olmadığına görə etiqad bəsləyirlər. Cavab budur ki, həmin ayə talaq hallarını nəzərdə tutmamış, hansı nikahda talaq lazım olduğunu, hansı nikah növündə talağın lazım olmadığını açıqlamamışdır.399
2) Mütə ayəsinin məhz bu ayə vasitəsilə nəsx olunduğuna etiqad bəsləyən kəslər bu fikirdədirlər ki, talaq hər nikahın özülüdür. Talaqsız heç bir nikah səhih deyil. Bu fikrin də yanlışlığı aydındır. Çünki kənizlə evlənəndən sonra ondan ayrılmaq üçün talaqa ehtiyac yoxdur. Talaq hökmü kəniz barəsində təxsis olunmuşdur. Habelə kişidə və ya qadında eyb tapılan hallarda bu eyblər əqdin pozulması üçün kifayət sayılır. Bu hallarda da talaq hökmü təxsis edilmiş və boşanmaq üçün iki tərəfin razılığına ehtiyac olmadan əqd öz-özünə pozulur.
3) Sözü gedən ayəni İbn Abbasdan nəql etmişlər. Güya İbn Abbas bu ayəni mütə ayəsinin nasixi (nəsx edəni) bilmişdir. Məlum deyil ki, İbn Abbas neçə ayəni mütə nikahı ayəsinin nasixi hesab etmişdir. Öncə iddia edirlər ki, İbn Abbas "Muminun" və "Məaric" surələri ayələrini bu ayənin nasixi bilmişdir. Bu dəfə isə deyirlər ki, İbn Abbas bu qənaətə gəlmişdir ki, "Talaq" surəsinin ayəsi mütə nikahı ayəsini nəsx etmişdir. Əgər mütə nikahı ayəsi "Muminun" surəsinin ayəsi vasitəsilə nəsx olsaydı, "Talaq" surəsinin ayəsi vasitəsilə nəsx edilməsinə nə ehtiyac vardı? Bundan əlavə, bu məsələ İbn Abbasın mütə nikahı barəsindəki məşhur nəzəriyyəsi ilə də uyğun deyil. Çünki keçən söhbətlərdə də isbat etdik ki, İbn Abbas ömrünün axırınadək mütə nikahını halal olduğuna etiqad bəsləmiş nadir şəxsiyyətlərdən idi.
4) Nə üçün peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahının nəsxi üçün bu insanların "mütə nikahının nasixidir" deyə iddia etdikləri ayələrə istinad etməmişdir. Əgər Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu ayələrə istinad etsəydi şübhəsiz peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri və daim o həzrətlə olan kəslər də mütə nikahının təhrimi (qadağası) üçün bu ayələlərə istinad edərdilər. Xüsusilə də mütə nikahının ən barışmaz düşmənlərindən olan Ömər bu fürsətdən vaz keçməz və bu ayələrdən mütə nikahını caiz bilənləri məğlub etmək üçün istifadə edərdi. Halbuki bunun üçün heç bir səlahiyyəti olmayan hədislərə istinad etmişlər. (Bu barədə gələcək söhbətlərimizdə daha ətraflı danışacağıq.)
Bunu da demək lazımdır ki, "Talaq" ayəsi ilə mütə nikahı ayəsi arasında olan əlaqə "nasix və mənsux" əlaqəsi deyil. Onların arasındakı müqayisə ümumi və xüsusi, mütləq və müqəyyəd arasındakı müqayisə kimidir. Belə ki, İslam hökmlərinin əksəriyyətində ümumi ünvanlar (başlıqlar) var ki, sonradan xüsusi (dairəsi kiçik olan) ünvanlar vasitəsilə təxsis almışlar. Məsələn, "Talaq" ayəsi kəniz barəsində təxsis olunmuşdur. Deməli, kəniz boşanarkən talaqa ehtiyac yoxdur. Bir halda ki, "Talaq" ayəsi ümumidir (küllidir) və kəniz barəsində talağın mövcud olmadığını bəyan etmir. Bu, mütləq və ümumi ifadələrə təqyid (qeyd) və təxsis (istisna) gətirən digər dəlillərdəndir. Habelə qabaqca müsəlman olmuş, sonradan mürtəd olan bir qadın barəsində də "Talaq" ayəsi təxsis almışdır. Beləliklə mürtəd qadın "Talaq" ayəsinə uyğun gəlmir. (Ona talaqla boşanmaq lazım deyil.) Mütə nikahı da müxtəlif dəlillərə görə talaq hökmündən istisna olunmuşdur.
Deyilənlərdən məlum oldu ki, bu ayə də mütə nikahı ayəsini nəsx edə bilməz.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin