«عن مسلم القرى قالت: دخلنا علي اسماء ابنة ابيبكر فسألناها عن متعة النساء فقالت فعلناها علي عهد رسول الله Müslim Əl-Qura deyir:
Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:
- Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.261 Rağib “Mühaziratul-üdəba” kitabında yazır:
« عيّر عبدالله بن الزبير عبدالله بن عباس بتحليله المتعة فقال له: سل امك كيف سطعت المجاهر بينها و بين ابيك، فسألها فقالت: ما ولدتك الا في المتعة» Abdullah ibn Zubeyr Abdullah ibn Abbasa mütə nikahını halal bildiyinə görə etiraz etdi. Abdullah ibn Abbas da ona dedi ki, get anandan soruş gör onunla atan Zübeyr arasında atəş manqalı necə alovlandı? O, anasından bu əhvalatı soruşdu və anası: “Mən səni yalnız siğə yolu ilə dünyaya gətirdim”- deyə ona cavab verdi.262 «قال ابن عباس: اول مجهر سطح في المتعه مجهر آل زبير» İbn Abbas demişdir: “Mütə nikahından alovlanan ilk manqal Zübeyr ailəsinin manqalı idi.”263 Bu hədislərdən bir neçə dəyərli və mühüm mətləb əldə edə bilərik:
1) Əbubəkrin qızı Əsma Zübeyr ibn Əvamla müvəqqəti evləndilər və nəticədə Abdullah dünyaya gəldi.
2) Əgər peyğəmbər mütə nikahını haram etsəydi, şübhəsiz Ürvə mütənin qadağasını Əbubəkr və Ömərin yox, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hesabına yazardı. Habelə təhrim məsələsi ortada olsaydı İbn Abbas deməzdi ki, Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız. Bu onu göstərir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) mütə nikahını haram etməmişdir. Ibn Abbas özü də ən aydın şəkildə bu mətləbi qeyd etmişdir.
3) Abdullah ibn Zübeyrlə İbn Abbas arasındakı mübahisəli məsələ onun xilafət dövründə baş vermişdir. Yəni Həzrət Əlinin (əleyhis-salam) şəhadətindən sonra. Belə məlum olur ki, həzrət peyğəmbərdən(səlləllahu əleyhi və alihi və səlləm) sonra mütəyə heç bir qadağa qoyulmamışdır. Həzrət Əliyə (əleyhis-salam) mütəni haram bildiyi barədə isnad edilən hədis də əsl yalandır. Həzrət Əli (əleyhis-salam) mütənin peyğəmbər tərəfindən haram olunduğunu İbn Abbasa desəydi, o şübhəsiz öz fikrindən dönər və Allahın rəsulunun qoyduğu qadağanı qəbul edər və başqaları ilə mübahisə etməzdi.
Bu dediklərimiz hədisin geniş izahı idi.
8. Sələmə ibn Üməyyə
Böyük tarixçi və hədisşünasların yazdıqlarına görə Rəbiə ibn Üməyyə və Sələmə ibn Üməyyə Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindəndir. Onlar mütə nikahını halal bilir və hətta ona əməl edirdilər. Baxmayaraq ki, ikinci xəlifə Ömər mütə nikahı bağlayanlara qarşı sərt rəftar edirdi. Lakin Rəbiə, Sələmə və digərləri peyğəmbərin vəfatından sonra xəlifənin qadağasına etinasızlıq göstərir və mütə nikahına əməl edirdilər. Əhli sünnə alimlərinin264 içində də bu baş verənləri yazanlar az deyil. Bu məsələnin daha aydın olması üçün bir neçə hədisdən istifadə edirik.