Naqilsiz Şəbəkələrin Arxitekturası



Yüklə 419,21 Kb.
səhifə4/55
tarix01.01.2022
ölçüsü419,21 Kb.
#104230
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   55

GİRİŞ


Zaman keçdikcə insan həyatının müxtəlif sahələrində yeni ehtiyaclar yaranır. İnsanlar isə bu ehtiyaclar səbəbiylə yeni kəşflər və icadlar edirlər. Naqilsiz şəbəkələr də kommunikasiya sahəsində yaranmış zərurətin nəticəsidir.

Əslində naqilsiz xəbərləşmənin tarixi uzaq keçmişdən başlayır. Misal olaraq hindu qəbilələrinin istifadə etdikləri xəbərləşmə üsulunu göstərə bilərik. Bildiyimiz kimi onlar xəbərləşmə üçün tonqalın tüstüsündən istifadə edirdilər. Və yaxud da, yenə keçmişdə istifadə olunan, gün işığının güzgü vasitəsi ilə əks etdirmə üsulu. Bu üsulların hər ikisində Morze kodlarına bənzər “əlifba”dan istifadə olunurdu.

Lakin insanların həyatı getdikcə sürətlənir və “genişlənirdi”. Keçmişdə insanlar yalnız yaxın ətrafının xəbərləri ilə kifayətlənirdilərsə getdikcə onları daha geniş ərazinin xəbərləri maraqlandırmağa başladı. Beləliklə insanların yeni, daha sürətli və daha geniş ərazini əhatə edə bilən kommunikasiya metodlarına ehtiyacı yarandı. 19-20-ci əsrlərdə alimlərin bu istiqamətdə apardıqları araşdırmalar nəticəsində teleqraf, radio və telefon kimi böyük icadlar olundu. Daha sonrakı dövrlərdə icad olunmuş televizor və kompyuter kimi cihazlar da informasiyanın yayılmasında geniş istifadə edilməkdədir.

Yazdığım bu diplom işi məhz kompyuterlərin bu məqsədlə istifadəsi haqqındadır. Daha dəqiq desək, naqilsiz lokal sahə şəbəkələri haqqındadır.

Şəbəkə texnologiyalarının radio-dalğalarla bərabər ilk istifadəsi 1971-ci ildə ABŞ-ın Hawaii universiteti tərəfindən həyata keçirilmişdir. Bu tədqiqat proyketi ALOHANET adlanırdı və universitetin dörd fərqli adada yerləşən korpusları arasında əlaqə yaradırdı. Daha sonra bu sahə ilə ABŞ-ın hərbi strukturları maraqlanmağa başladılar.

Lakin naqilsiz şəbəkələr uzun müddət populyarlıq qazana bilmədi. Buna səbəb isə naqilsiz şəbəkələrin informasiya ötürmə sür’ətinin az olması idi. 80-ci illərdə naqilsiz şəbəkələr əsasən ABŞ və Kanadadakı həvəskarlar tərəfindən istifadə edilirdi. İstehsalçılar isə naqilli şəbəkə cihazlarının istehsalına üstünlük verirdilər.

1985-ci ildə FCC (Federal CommuNICations Commission — Federal Kommunikasiyalar Komisiyası) İSM diapozonunu ümumi istifadəyə verərək naqilsiz şəbəkələrin inkişafı üçün zəmin yaratdı. Bu tezliklər diopozonu 902 MHz ilə 5.85 GHz arasındadır.

Hal-hazırda isə naqilsiz şəbəkələr tibb, ticarət, kommunikasiya, tədris kimi bir çox sahədə istifadə edilir və yüksək sürətlə inkişaf edirlər. Naqilsiz şəbəkələrin WAN, MAN, LAN və PAN kimi növləri mövcuddur.

Naqilsiz şəbəkələrin bir necə üstünlüyü var. Bunların ən mühimi yəqin ki, səyyarlıqdır. Yəni istifadəçi şəbəkənin əhatə dairəsindən çıxmamaq şərti ilə gəzinə bilər. Digər bir üstün cəhət ondan ibarətdir ki, naqilsiz şəbəkələrin qurulması daha asan və az vaxt aparan bir işdir. Bu tip şəbəkələrdə naqilin cürüməsi və ya qırılması qorxusu da yoxdur.

Naqilsiz şəbəkələrin ən böyük mənfi cəhəti informasiyanın qorunmasının çətin olmasıdır. Şəbəkənin əhatə dairəsinə daxil olan hər hansı şəxs uyğun cihazlardan istifadə edərək ötürülən informasiyanı qəbul edə bilər.




Yüklə 419,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin