1. Naqilsiz Şəbəkələrin Arxitekturası 1.1 Naqilsiz Şəbəkələrin Məntiqi Arxitekturası
İnformasiyanın ötürülməsi zamanı şəbəkələr bir neçə əməliyyatı yerinə yetirir. Bunlar aşağıdakılardır:
İnformasiyanın ötürüləcəyi yol təyin olunur (Bit pipe);
Texnologiyalar vasitəsi ilə ortaq xəttlərin paylaşımı asanlaşdırılır;
Sinxronizasiya və səhvlərin düzəldilməsi mexanizmləri vasitəsi ilə veriənlərin səhvsiz ötürülməsi təmin olunur;
Marşrutlaşdırma mexanizmləri vasitəsi ilə informasiya mənbəədən hədəfə göndərilir.
Şəbəkənin arxitekturası dedikdə protokollar, aparatura və proqram təminatı ağla gəlir. İstənilən növ şəbəkənin, naqilsiz və ya naqilli, arxitekturası məntiqi və fiziki olaraq ikiyə bölünür.
Məntiqi arxitektura protokollardan ibarətdir. Protokollar informasiyanın necə paketlənəcəyini, istifadə ediləcəyini və şəbəkə üzərindən necə göndəriləcəyini müəyyən edir və onun təhlükəsizliliyini təmin edir. Yəni protokollar informasiyanın ötürülməsi qaydalarıdır. Şəbəkədəki PC’lər, routerlər, serverlər və s. qurğular bu qaydalar çərçivəsində hərəkət edərək informasiyanı ötürürlər.
Məntiqi arxitekturaya misal olaraq ISO tərəfindən hazırlanmış 7 təbəqəli OSI (Open System InterConnect) modelini göstərmək olar (Şəkil 1.1). OSI səbəkənin bütün funksiyalarını bir araya cəmləyərək onları təbəqələrdə qruplaşdırır.
OSİ təbəqələri və vəzifələri aşağıdakı kimidir:
Fiziki təbəqə - Elektrik və mexanik xüsusiyyətləri müəyyən edir.
İnformasiya Əlaqəsi - İnformasiyanın bir nöqtədən digərinə göndərilməsi və çərçivələrə bölünməsi.
Şəbəkə təbəqəsi - İnformasiya paketinin təyin olunmuş son nöqtəyə çatdırılmasını təmin edir. Bu məqsədlə düyünlərə “şəbəkə adresi” adlanan nömrələr verilir. Bundan sonra isə istifadə olunan protokol sayəsində informasiya təyin olunmuş adresə çatdırılır.
Nəqliyyat təbəqəsi - Bütün informasiyanın etibarlı şəkildə çatdırılması və yaranmış xətaların aşkar edilməsi.
Sessiya təbəqəsi - Şəbəkədəki iki istifadəçi arasındakı əlaqənin yaradılması, idarə olunması və sonlandırı
Təqdimat təbəqəsi - Tərcümə, kodlama və dekodlama, informasiyanın sıxlaşdırılması və açılması, mesajı göndərənin müəyyən edilməsi və təsdiqlənməsi.
Tətbiq təbəqəsi - Şəbəkə resurslarına müraciəti təmin edir. Bu səviyyə üçün faylların göndərilməsi, elektronik məktublaşma, şəbəkənin idarə olunması, terminal protokolları kimi sistemlər inkişaf etdirilmişdir.
Hər bir OSİ təbəqəsi özündən əvvəlki rəbəqələri dəstəkləyir.
Naqilsiz şəbəkələrin arxitekturasında bu təbəqələrin hamısı mövcud deyil. Məsələn naqilsiz LAN və MAN’lar yalnız fiziki və data link təbəqələrindən istifadə edirlər.
Naqilsiz WAN’lar isə bu iki təbəqədən əlavə həm də şəbəkə təbəqəsindən istifadə edir (Şəkil 1.2).
Dostları ilə paylaş: |