1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə1/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
  1   2   3   4   5   6   7   8   9   ...   33

1. NAQİLSİZ RABİTƏ TEXNOLOGİYALARI HAQQINDA ÜMUMİ MƏLUMAT

1.1. Naqilsiz rabitə texnologiyalarının inkişafının qısa tarixi

İşıq şüalarından naqilsiz rabitədə istifadə olunması çox qə­dim zamanlara təsadüf edir. Əvvəllər işıq siqnalları güzgülər sis­teminin köməyilə “modullanırdı”. Həmin güzgülər sistemi işıq şüasını qoşmağa və söndürməyə imkan verirdi (“amplitud mo­dulyasiyası”). Digər hallarda siqnallarda kodlanmış sözləri ötürmək üçün bayraqlar istifadə olunurdu. Işıq siqnalları və bay­raqlar donanmada naqilsiz rabitə üçün radiorabitənin kəş­finə qədər istifadə edilirdi. Lakin indinin özündə də hər bir mat­ros bəzi siqnalları, digər naqilsiz rabitə vasitələri nasaz olan za­man bayraqların köməyilə ötürməyi bacarmalıdır.

XVIII əsrin sonunda (1794-cü il) Klod Şape optik tele­qrafı kəşf etdi. Bununla da uzaq məsafələrə naqilsiz rabitənin əsa­sı qoyulmuş oldu. Optik teleqraf xətləri XIX əsrin sonlarına qədər istifadə edildi. İlk kommersiya tipli teleqraf xətti 1843-cü ildə Vaşinqton və Baltimor şəhərləri arasında quraşdırıldı, 1876-cı ildə isə Aleksandr Qrexem Bell telefonu ixtira etdi və satmağa başladı. Onun telefonu patentləşdirməsi, öz əsas rəqibi olan Elişi Qreydən bir neçə saat öncə baş vermişdir. Bu, kifayət qədər təsadüfi olaraq alınmışdır. Məsələ orasındadır ki, A.Q.Bell ingilis dili mütəxəssisi idi və elə maşın icad etmək ar­zu­sunda idi ki, həmin maşın insan səsini qrafiki şə­kildə gös­tərə bilsin. Bu layihəni həyata keçirmək üçün ona pul lazım idi və “Vestern Yunion” teleqraf kompaniyasının bir na­qillə bir neçə te­leqramın göndərilməsi qurğusunun ya­radıl­ma­sı barədəki elan et­diyi müsabiqədə iştirak etmək qərarına gəl­di (belə qurğularda ikin­ci naqil kimi Yer istifadə edilirdi). Bu layihə üzərində işləyərkən Bell akustik dalğaların elek­tro­maq­nit dalğalarına və ək­sinə çevrilməsi üsulunu kəşf etdi. Təd­qiqat­larının gedişi zamanı fonoqraf da (səsi yazmaq üçün qur­ğu) kəşf etdi, lakin əsas layihəylə məşğul olduğundan, buna fikir vermədi və sonralar bu hadisəni Edison yenidən kəşf etdi. Bellin dövründə telefon şəbəkəsinin strukturu çox sadə idi. Hər bir abonent bir-biri ilə ayrıca rabitə xətti ilə əlaqə yaradırdı. Əgər abonent şəhərdəki bir neçə abonentlə rabitə yaratmaq istəsəydi, onda o bir neçə naqildən istifadə etməli idi. Nəticədə bəzi evlər çoxlu sayda naqillər əhatəsində cəngəlliyi xatırladırdı. Aydın oldu ki, telefon şəbəkəsini bu cür inkişaf etdirmək olmaz. Ona görə də Bell 1878-ci ildə Konnektikut ştatının Nyu-Xeven şəhərində ilk kommutasiya stansiyasını qurur. Abonent, birləşmə yaratmaq üçün induktorun dəstəyini fırladaraq operatoru çağırırdı və ona ki­minlə danışmaq istədiyini bildirirdi, operator isə naqillə kom­mutatordakı mü­vafiq yuvanı birləşdirirdi. Müəyyən müddətdən son­­ra müx­təlif şəhərlərdəki abonentlərin əlaqəsini qurmaq tələ­ba­tı yarandı və bu­na görə də müxtəlif şəhərlərin kommutasiya stan­­si­yalarını öz aralarında birləşdirmək (şəhərlərarası rabitə) la­­zım gəldi. Nə­ti­cədə 1890-cı ilə kimi telefon şəbəkəsinin üç əsas kom­ponenti müəyyənləşdi:


  • Kommutasiyanın lokal stansiyaları (sonuncu mil stansi­ya­ları):

  • Kommutasiyanın şəhərlərarası (beynəlxalq) stansiyaları;

  • Rabitə xətləri.

Telefon xidməti 1881-ci ildə Berlində yaradıldı. 1936-cı ildə isə səs və təsvirin (multimedia!) Berlin və Leypsiq şə­hər­lə­ri arasında ötürülməsi təşkil olundu.

Optik ötürmənin əsas çatışmayan cəhəti - daşıyıcı işıq siq­­nalının tezliyinin yüksək olması idi. stənilən xırda maneə, siq­nalı meyl etdirirdi, yəni düz yoldan səpdirirdi, yağış və duman isə rabitənin kəsilməsinə səbəb olurdu. O dövrdə işığı ki­fa­yət qədər fokuslamaq, daha doğrusu bir yerə toplaya bil­mək mə­sələsi çətin idi. Ona görə də naqilsiz rabitə üçün elektro­maq­nit dalğaların kəşfi və onların modulyasiyası üçün ava­danlığın iş­lənib hazırlanması çox vacib idi. 1831-ci ildə Maykl Faradey və onunla təxminən eyni vaxtda Cozef Henri elektromaqnit in­duksiya qanununu kəşf etdilər. Elektromaqnetizmin nəzəri əsas­larını Ceyms K. Maksvell qoydu və 1864-cü ildə özünün məş­hur tənliklərini yazdı. Nəhayət, 1886-cı ildə Henrix Hers təc­rübi olaraq Maksvell tənliklərinin doğruluğunu və fəzada elek­triki ötürülmənin dalğa təbiətli olmasını sübut etdi. Bundan son­ra isə Nikole Tesla elektromaqnit ötürülməsinin uzaqlığını ar­tır­­mağa nail oldu.

Naqilsiz texnologiyaların nailiyyətləri Qilermo Markoni ilə sıx bağlıdır. 1895-ci ildə o, ilk dəfə olaraq, naqilsiz teleqrafı nümayiş etdirdi - bu məqsədlə çox böyük gücə (200 kVt- dan çox) malik olan uzun dalğalı vericidən istifadə etdi. İlk transatlantik verilişi 1901-ci ildə həyata keçirildi, 6 il sonra, 1907-ci il­də isə ilk kommersiya transatlantik birləşmələr yaradıldı. Bu­nun üçün Atlantik okeanın hər iki tərəfində çox iri baza stansi­ya­ları (100 metrli antenalara malik 30 ədəd stansiya) tələb olunur­­du. Bu dövrdə radionun idarə olunması üzrə Ümumdünya Kon­­fransı (WARC) oldu və radiotezliklərin istifadəsinin koor­di­nasiyası məsələlərinə baxıldı. Milad (xristianlarda İsa pey­ğəm­bərin anadan olmasının bayram edildiyi gün) musiqisinin səsləndirildiyi ilk radioverilişi 1906-cı ildə Recinald Fessenden tərə­findən həyata keçirildi. 1915-cı ildə ilk dəfə olaraq Nyu -York və San - Fransisko şəhərləri arasında naqilsiz olaraq nit­qin ötürülməsi mümkün oldu.

İlk kommersiya radiostansiyası 1920-ci ildə (KDKA, Pitts­­burq) öz işinə başladı. Burada həm verici, həm də qəbul­edi­cidə nəhəng antenalar və verilşin yüksək gücü lazım gəlirdi. Hər şey Q. Markoni tərəfindən 1920-ci ildə qısa dalğaların kəşf olun­ması ilə kəskin dəyişdi. Naqilsiz rabitə üçün qısa dal­ğa­ların aşağıdakı üstünlüyü vacib idi:



  • bu dalğalar ionosferdən əks oluna bilirlər, bu xüsusiyyət, qı­sa radiodalğalarını Yer kürəsinin istənilən nöqtəsinə gön­dər­məyə imkan verir.

Li Di Forestin və Roberttin fon Libenin kəşf etdiyi elektro vakuum cihazları (1906) verici və qəbuledicilərin ölçü­ləri­ni kiçiltməyə imkan verdi. İlk “mobil” vericilərdən biri dirijab­lın (hava gəmisi) bortunda yerləşirdi (1911). Nəhayət, 1926-cı il­­də ilk telefon qatarda (Berlin-Hamburq qatarında) quraşdı­rıl­dı, həm də antena əvəzinə, dəmir yolu boyunca olan elektrik ve­ri­lişi xətləri istifadə olunurdu.

Avtomobillər üçün radioqəbuledicilər 1927-ci ildə satışa çıxarıldı, hələ 1922-ci ildə 18 yaşlı Corc Frost (Çikaqo) “Ford T” markalı avtomobilə radio quraşdıra bilmişdi. 1928-ci il tele­yayım erasının başlanğıcı oldu. Con Berd rəngli televiziyanı kəşf etdi və telesiqnalın Atlantikadan ötürülməsini həyata ke­çir­di. WGY stansiyası (Nyu - York) müntəzəm teleyayımlara və teleyeniliklərin translyasiyasına başladı. İlk telekurslara 1932-ci ildə CBS stansiyasında başlanıldı. Bu müddətə qədər naqilsiz kommunikasiyaların hamısı amplitud modulyasiyası istifadə edirdi. Bu zaman müxtəlif cür maneələrin olması, qəbul olunan siqnalın keyfiyyətini pisləşdirirdi. Bu sahədə irəliləyişə 1933-cü ildə Edvin Armstronqom tərəfindən tezlik modulyasiyasının kəşfi ilə nail olundu. Onun kəşf etdiyi hər iki sxem, indinin özündə də radioyayımda tətbiq olunur. XX əsrin 30-cu illərində çoxlu radiostansiya mövcud idi. İkinci dünya müharibəsindən sonra naqilsiz rabitə sahəsində bir çox milli və Beynəlxalq layihələr dayandırıldı. İlk alman şəbəkəsi olan A-Netz (1958) analoq idi və 160 MHs tezliyini istifadə edirdi. Birləşmələrin yaradılması, yalnız mobil stansiyadan olurdu, Baza stansiyanın dəyişdirilməsi əlçatmaz idi. 1971-ci ildə bu sistem Almaniyada ərazinin 80%-ni əhatə edirdi və 11000 istifadəçisi var idi. 1972-ci ildə Almaniyada B-Netz şəbəkəsi yaradıldı, bu şəbəkə də 160 MHs-də işləyirdi. Bu şəbəkənin yeni xüsusiyyəti ondan ibarət idi ki, stasionar telefon şəbəkəsindəki stansiyadan birləşmə yaratmaq olurdu. Bunun üçün mobil qəbuledicinin yerini bilmək lazım gəlirdi. Verici və qəbuledicinin çəkiləri ağır idi və adətən avtomobillərdə quraşdırılırdı. Bu sistem Avstriya, Hollandiya və Lüksemburqa da yayılmışdı və 1979-cu ildə 13000 abonenti var idi. Həmin müddətdə Şimali Avropa ölkələri olan_Danimarka, Finlandiya, Norveç və İsveçrədə (müasir mobil rabitənin beşikləri sayılırlar) Skandinav mobil telefon sistemi (NMT) yaradıldı. NMT-nin analoq şəbəkəsi 450 MHs tezliyində işləyirdi. 1986-cı ildə bu şəbəkənin 900 MHs tezliyində işləyən variantı da tətbiq tapdı. Bu dövrdə daha bir neçə milli standartlar da işlənib hazırlandı. Təxminən həmin dövrdə ABŞ-da BELL tərəfindən AMPS (Advanced Mobile Phone Service) analoq sistemi yaradılmışdı və 850 MHs-də işləyirdi (EİA, 1989).

1985-ci ildə İngiltərədə TACS (Total Access Commu-nications System) standartı tətbiq olunmağa başladı. 1G (1-ci nəsil) əsasında qurulan rabitənin keyfiyyəti yetərli deyildi, mürək­kəb coğrafi ərazilərdə rabitə yaratmaq, praktiki olaraq müm­kün olmurdu. 1982-ci ildə Avropa İttifaqının ümumi prin­sip­lərinə uyğun olaraq, qərara alındı ki, ümumavropa mobil telefon standartı yaradılsın. Yeni sistem 900 MHs tezliyində işləməli və bütün Avropada rouminq təmin etməli idi. Bu sis­temin rəqəmli olması da qərara alınmışdı və “Groupe Spesiale Mobile” (GSM) qrupu yaradılmışdı. Bu tədqiqat qrupu tərəfindən təxminən 10 il ərzində araşdırma aparılaraq, GSM ad­lanan rəqəmli mobil rabitə standartı hazırlandı ki, bu cür ad­lan­dırılma məhz qrupun adından götürülmüşdür. GSM stan­dartı əsasında ilk şəbəkə 1992-ci ildə Almaniyada qurulmuş­dur. Bu standartı dəstəkləyən ilk telefon aparatı “Benefon” şir­kəti tərəfindən 1992-ci ildə hazırlanmışdır.

1990-cı ildə ABŞ-da D-AMPS adlanan digər bir rəqəmli mobil rabitə standartı yaradıldı. 1991-ci ildə Böyük Britaniyada DSC-1800 (Digital Cellular System) adlanan yeni rəqəmli standart əsasında mobil rabitə sistemi fəaliyyətə başladı. 1990-cı illərin əvvəllərindən CDMA (Code Division Multiple Access) standartı yaradılmışdır və 1993-cü ildə ABŞ-da bu sis­tem əsasında ilk şəbəkə qurulmuşdur. Bu standartın ilkin ver­siyaları GSM-dən keyfiyyət və daha az şüalandırma baxı­mından üstün hesab olunurdu. Bu tip rəqəmli standartlar şər­ti olaraq 2G (2-ci nəsil) adlandırılmağa başlanıldı. 2001-ci ildə isə ilk 3G (3-cü nəsil) mobil şəbəkə qurulmuşdur.

TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq 2009-cu ildə 4G (4-cü nəsil) mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. Bu xidmətdən ilk olaraq Stokholm və Oslo şəhərlərinin abonentləri yararlanmışdır.

Genişzolaqlı mobil qoşulmadan istifadə edilməsi bu öl­kə­lərdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yük­sək sürət və ötürmə imkanına ehtiyac duyurlar.

Qeyd edək ki, 4G (4-cü nəsil) ən sürətli mobil rabitə tex­no­lo­giyası olmaqla, hazırda sürətli hesab olunan 3G texnologi­ya­sından 10 dəfəyə qədər sürətlidir. Bu yeni texnologiyanın əla­və imkanları abonentlərin yüksək sürətli və iri həcmli məlu­mat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaqdır. “TeliaSonera”nın iki şəhər üzrə 4G şəbəkəsi Stokholm və Oslonun mərkəzi hissələrini əhatə edir və mobil məlumat ötürmək üçün istifadə olunur.


Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin