CT2 standartı 1987-ci ildə (DT1- Britaniyada) nəşr olundu. Sonralar bu standart ETSİ (Telekommunikasiyalar üzrə Avropa İnstitutu) tərəfindən Ümumavropa (ETS,1994) standartı kimi təsdiq edilmişdir. Bu standart 864 MHs tezliyində işləməklə, verilənlərin 32 kbit/san sürətlə ötürülməsini təmin edir.
XX ərin 90-cı illərinin əvvəllərində ilk tam rəqəm sistem-ləri yaradıldı. 1991-ci ildə ETSİ tərəfindən Avropa rəqəm naqilsiz telefon standartı (DECT) qəbul edildi. Bu standart 1880 - 1900 MHs tezliyini və 100 ÷ 500 metr intervalını istifadə edir. Verilənlərin 1,2 Mbit/san sürətilə ötürülməsi 120 dupleks kanal vasitəsilə təmin edilir. Bu standartın yeni fərqli cəhətləri - nitqin kodlanması və abonentlərin autentifikasiyasıdır. Bu sistem 1 km2 ərazidə 10 minlərlə abonentlə rabitə yaratmağa qadirdir və dünyanın 40-dan çox ölkəsində tətbiq olunur. Bu yaxınlarda marketinq nöqteyi - nəzərdən DECT standartının adı dəyişdirildi və genişləndirilmiş naqilsiz rəqəm telekommunikasiyaları adlandırıldı ki, bu da multimedia verilənlərinin ötürülməsi imkanının olduğunu əks etdirir. 1991-ci ildə uzun sürən müzakirə və sınaqlardan sonra GSM standartı qəbul edilmişdir. Onun izahına 5000 səhifədən çox vərəq sərf olunmuşdu. Bu GSM-in birinci versiyası idi və hal-hazırda Mobil rabitənin qlobal sistemi (Global System for Mobile Communications) adlandırılır, 900 MHs tezliyində işləyir və 124 tam dupleks kanal istifadə edir. Bu sistem tam şəkildə Beynəlxalq rouminq təmin edir, yerləşmə ərazisini avtomatik təyin edir, daxil olmaya nəzarət, naqilsiz rabitə kanallarında kodlama, İSDN sistemləri ilə effektiv qarşılıqlı təsiri və səsin keyfiyyətinin nisbətən yüksək olmasını təmin edə bilir. Bunlardan başqa, GSM sistemi verilənlərin 9,6 kbit/san sürətilə ötürülməsinə və qısa məlumatların (SMS– mesajlar - 160-a qədər hərf-rəqəm simvollarını) ötürülməsinə də imkan verir. Ölkədən asılı olaraq, kanalları bir və ya bir neçə operator istifadə edə bilər, müxtəlif ödəmə sxemləri tətbiq oluna bilər və s. Bu halda GSM - in bütün sistemləri birgələşdirilmiş olur. 900 MHs tezliyindəki GSM standartı 130-dan çox ölkə operatorları tərəfindən qəbul edilmişdir. Tez bir zamanda məlum oldu ki, istifadəçilərin sıxlığı yüksək olan AMPS (ABŞ) analoq və rəqəm GSM (Avropa) şəbəkələrinin tətbiq edildiyi şəhərlərdə kifayət deyildir. ABŞ-da yeni sistem üçün yeni tezlik tapılmadı, Avropada isə bu məqsəd üçün 1800 MHs tezliyindəki oblast seçilmişdir. Nəticə belə oldu: ABŞ-da bir neçə kompaniya tərəfindən yeni texnologiyalar işlənib hazırlandı (AMPS şəbəkəsində eyni tezlik zolağında). Nəticədə 3 uyğunlaşmayan sistem yarandı:
Darzolaqlı analoq AMPS (İS-88, [TİA,1993a]) ;
TDMA (İS-136, [TİA,1996]) rəqəm sistemi;
CDMA (İS-95, [TİA,1993b]) rəqəm sistemi.
Avropada isə GSM sistemini 1800 MHs-də də istifadə etməyə başladılar. Hal-hazırda bu sistemi 10-dan çox ölkə dəstəkləyir. GSM-1800 şəbəkələri (onları bəzən DCS 1800 və ya rəqəm şanı sistemi də adlandırırlar) nitqin daha yüsək keyfiyyətini təmin edir və daha az sayda manqalarla işləyirlər. Ona görə də böyük şəhərlər üçün daha əlverişlidir. Hal-hazırda bu sistemi ABŞ-da (GSM-1900 və ya PCS-1900) da istifadə edirlər.
Avropada standartlara, ABŞ-da isə bazar mexanizmlərinə daha çox inanırlar. Hal - hazırda Avropa vahid standarta malikdir, rouminq isə Avstraliya və ya Sinqapurda da mümkündür. ABŞ-da isə indiyə kimi, müxtəlif uzlaşa bilməyən sistemlərlə mübarizə aparılır. Əgər verilənlərin ötürüləməsinə daha çox yönəlmiş sistemlərə nəzər salsaq (məsələn, LNŞ- lokal naqilsiz şəbəkələr), görünüş bir az başqa cürdür.
1996-cı ildə ETSİ komitəsi tərəfindən HİPERLAN şəbəkəsi standartlaşdırılanda, dünyada çoxlu sayda naqilsiz LNŞ mövcud idi. I növ HİPERLAN 5,2 QHs tezliyini istifadə edirdi və 23,5 Mbit/san sürətilə verilənlərin ötürülməsini təmin edir. 4-cü növ HİPERLAN standartı üçün 17 QHs tezliyi seçilmişdir, sürət isə 155 Mbit/san – yə qədər artırıldı. Lakin lokal şəbəkələr üçün ən yaxşısı İEEE 802.11 standartı oldu (1997). Bu standart lisenziyalaşdırılmadan azad olan sənaye, elmi və tibbi istifadə üçün (İSM) tezlik zolağını (2,4 QHs) və infraqırmızı diapazonu istifadə edir, verilənlərin ötürülməsi sürəti 2 Mbit/san - dir (xüsusi hallar üçün - 10 Mbit/san-yə qədər). Kompaniyaların çoxusu, İEEE 802.11 standartı ilə uzlaşdırıla bilən avadanlıqla işləyirlər.
1998-ci ildə “İridium ” sistemi vasitəsilə peyk mobil kommunikasiyaları dövrü başladı. Bu vaxta qədər peyklərdən geniş yayım vasitəsi kimi istifadə edilirdi, onlarla iş üçün çox iri avadanlıqlar tələb olunurdu. “İridium” sistemi üçün hazırlanmış mobil peyk telefonları yığcamdır və səyyardırlar. Bu sistemdə aşağı orbitlərdə yerləşdirilmiş olan 66 peyk istifadə olunur ki, onlar mobil rabitə üçün 1,6 QHs tezliyini istifadə edir.
Dostları ilə paylaş: |