1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə10/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
1.3.1. OSİ baza modeli
Telefon və teleqraf rabitə şəbəkələrinin inkişafı prose-sində, onların arxitekturası da çoxsəviyyəli iyerarxik struktur şək­lində təkmilləşmişdir. Bu cür strukturda kommunikasiya sis­temləri vertikal səviyyələr yığımı kimi təsvir edilir ki, bura-da­kı səviyyələr müəyyən qaydada bir-birilə əlaqəli olan və di­gər sistemlə rabitə yaratmaq üşün tələb olunan müxtəlif funk­si­yaları yerinə yetirirlər. Səviyyə hüdudündakı funksiyalar qrup­lara - obyektlərə yığılmışdır. Müxtəlif sistemlərdəki eyni bir səviy­yənin obyektləri bir-birilə bir və ya bir neçə protokol isti­fa­də etməklə əlaqələnirlər. Bu protokollar informasiyanın və ya ko­mandaların ötürülməsi üçün qaydalar toplusundan ibarət olur. Bu cür çoxtəbəqəli arxitekturanı çox zaman protokollar steki də adlandırırlar. Belə arxitekturanın istənilən konkret sə­viy­yəsi - aşağıda duran və daha sadə funksiyaları yerinə yeti­rən sə­viyyədən asılı olur. Səviyyələr arasındakı interfeyslər –xid­mətlərə daxilolma nöqtələri - SAP (Service Access Points) ad­landırılır.

Verilmiş səviyyədə əlaqələndirilən obyektlər məlumatlar mübadiləsi edirlər ki, bunlar verilənlərin protokol blokları – PDU (Protocol Data Units) adlandırılır. Protokolun sintaksisi məlumatların formatını, onun semantikası isə məlumatın qiy-mətini müəyyən edir. Hər bir səviyyənin PDU - bloku – bu səviyyənin protokol informasiyasından ibarət olur, faydalı yük kimi isə - yuxarıdakı növbəti səviyyənin PDU - blokları isti-fadə olunur.

Birsəviyyəli protokollar müvafiq obyektlər tərəfindən müəyyən xidməti həyata keçirmək məqsədilə, bir-birilə rabitə yaratmaq üçün istifadə edilir. İstifadə olunan protokolu bir şərtlə dəyişdirmək olar ki, istifadəçi nöqteyi-nəzərindən xid-mətin özü dəyişilmir. Beləliklə, xidmət və protokol həmişə ayrılırlar.

Sistemin uğurla işləməsi üçün, protokol - rabitə yaradan obyektlərlə razılaşdırılmalıdır. Bu obyektlər, hətta müxtəlif ölkələrdə yerləşə bildiklərindən, razılaşdırılmış beynəlxalq stan­dartlara da tələbat yaranır. Uğurlu tədqiqatlar nəticəsində yaranan de-fakto (faktiki mövcud olan, lakin hüquqi təminatı olmayan normalar) standartlar – məsələn, UNİX əməliyyat sis­temi və yaxud İBM PC üçün standartlar toplusu və stan-dartlaşdırma üzrə səlahiyyətli təşkilatlar tərəfindən qəbul olun-muş de-yure (faktiki mövcud olan və hüquqi təminatı olan normalar) standartlar da mövcuddur. Belə təşkilatlar həm Mil­li (məsələn, Amerika Milli Standartlar İnstitutu olan ANSİ - American National Standards İnstitute; Britaniya Standat­laş­dırma İnstitutu BSİ - British Standards İnstitution) - həm də Beynəlxalq (məsələn, Beynəlxalq Telekommunikasiya İttifa­qı İTU - İnternational Telecommunikations Union) ola bilər. Belə­liklə, aydın olur ki, standartlar müxtəlif təşkilatlar - dövlət, dövlətlərarası, peşəkar, həmçinin sənaye qrupları tərəfindən yaradılıa bilər.




Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin