1-ci səviyyə: fiziki səviyyə adlandırılır – informasiya ötürül-məsinin bit protokollarıdır;
2-ci səviyyə: kanal səviyyəsi – kadrların formalaşdırılması, mühitə daxilolmanın idarə olunması;
3-cü səviyyə: şəbəkə səviyyəsi – marşrutlaşdırma, verilənlər axınının idarə olunması;
4-cü səviyyə: nəqliyyat səviyyəsi – bir-birindən uzaqda yerlə-şən proseslərin qarşılıqlı təsirinin təmini;
5-ci səviyyə: seans səviyyəsi - bir-birindən uzaqda yerləşən proseslər arasında dialoqun təmini;
6-cı səviyyə: - verilənlərin təqdimatı səviyyəsi – ötürülən verilənlərin aydınlaşdırılması (intrpretasiyası);
7-ci səviyyə: - tətbiqi səviyyə - verilənlərin istifadəçilər tərəfindən idarə olunması.
Bu modelin əsas ideyası ondan ibarətdir ki, hər bir səviyyəyə, o cümlədən, nəqliyyat mühitində də konkret rol ayrılır. Bunun sayəsində verilənlərin ötürülməsinin ümumi məsələsi - ayrı-ayrı asan şərh oluna bilən məsələlərə ayrılır. Bir səviyyənin özündən yuxarıdakı və yaxud da aşağıda yerləşən səviyyə ilə rabitəsi üçün lazım gələn razılaşdırmalar əvvəldə qeyd olunduğu kimi, protokol adlandırılır.
Baza modelinin ayrı-ayrı səviyyələri verilənlər mənbəyindən aşağıya istsqamətdə (7-ci səviyyədən 1-ciyə) və verilənlər qəbuledicisindən yuxarıya tərəf istsqamətdə (1-ci səviyyədən 7-ciyə) keçirlər. İstifadəçi verilənləri, aşağıda yerləşən səviy-yəyə, səviyyə üçün spesifik olan başlıqla (sərlövhə ilə) o vaxta qədər ötürülür ki, sonuncu səviyyəyə çatmaq mümkün olsun. Qəbul tərəfdə daxil olmuş verilənlər analiz edilir və lazım gələrsə, yuxarıda yerləşən səviyyəyə o vaxta qədər ötürülür ki, informasiya istifadəçilərin tətbiqi səviyyəsinə çatmış olsun. Hər bir səviyyə üçün xarakterik xüsusiyyətlər mövcuddur:
Dostları ilə paylaş: |