Nas 1 comentary


Təqdim edilmənin ardıcıllığı



Yüklə 0,97 Mb.
səhifə4/12
tarix21.10.2017
ölçüsü0,97 Mb.
#7651
1   2   3   4   5   6   7   8   9   ...   12

Təqdim edilmənin ardıcıllığı


Standartın 25-ci maddəsinə əsasən müəssisənin iş hüsusiyyətinə və gəbul ettiyi uçot siyasətinə uyğun olacaqtəqdimat formatının və ya maddələrin təsnifatının dəyişdirilməsi üçün obyektiv səbəb mövcuddursa, o zaman onların dəyişdirilməsinə yol verilir. Eyni zamanda, müvafiq yeni Milli Mühasibat Uçotu Standartı təqdimat formatının dəyişdirilməsini tələb etdikdə, bunun edilməsi məcburi xarakter daşıyır. Belə dəyişikliklər edildikdə, əvvəlki hesabat dövrləri üzrə müqayisəli göstəricilər yeni təsnifatın tələblərinə cavab verməklə təqdim olunmalı və düzəlişlərin xarakteri, məbləğləri və onların edilməsinə gətirib cıxaran səbəblər açıqlanmalıdır.
Keçmiş hesabat dövrləri üzrə müqayisəli informasiyanı müəyyənləşdirmək qeyri-mümkün və ya iqtisadi cəhətdən mənasız olduqda, müəssisə müqayisəli informasiyanın həmin dövrlər üçün yenidən təsnifləşdirilməməsinin səbəbini açıqlamalıdır.
Belə ki, əvvəlki qanunvericiliyə əsasən “əsas vəsaitlər” maddəsində uçota alınmış uzunmüddətli aktivlər Standartın tələblərinə uyğun olaraq qəbul olunmuş mühasibat balansında “Torpaq, tikili və avadanlıq”, “Investisiya mülkiyyəti”, “Bioloji aktivlər” və “Təbii sərvətlər” başlıqları ilə müvafiq maddələrlə təqdim olunur.
Bu barədə daha ətraflı informasiya “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11 №-li Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə Şərhlər və Tövsiyyələrdə təqdim olunur.

Təqdimatın ardıcıllığı prinsipi müəssisənin istifadə etdiyi uçot qaydalarının dövrdən dövrə dəyişməməli olduğunu nəzərdə tutur. Bunun nəticəsində müəssisənin fəaliyyəti haqqında bir neçə uçot dövrü üzrə mövcud olan məlumatların müqayisəliliyi təmin olunur.

Beləliklə, maliyyə informasiyasının qiymətləndirilməsi və açıqlanması müəssisənin mövcud olduğu dövr üzrə ardıcıl olaraq həyata keçirilməlidir. Təqdimatın ardıcıllığı müəssisənin oxşar hadisələri və əməliyyatları üçün eyni uçot siyasətinin tətbiq etməsi deməkdir. Lakin, bu o demək deyil ki, müəssisə uçot siyasətini dəyişdirə bilməz. Müəssisələr aşağıda qeyd olunmuş hallarda mühasibat uçotu sistemini dəyişdirmək hüququna malikdirlər:


  1. yeni Milli Mühasibat Uçotu Standartının tətbiqi nəticəsində ehtiyac yarandıqda;

  2. müəssisə tərəfindən həyata keçirilən əməliyyatların xüsusiyyətlərində əhəmiyyətli dəyişikliklər baş verdikdə; və ya

  3. dəyişiklik məlumatın ədalətli təqdim edilməsinə səbəb olduqda.

Lakin, ikinci və üçüncü hallarda müəssisə yeni uçot siyasətinin əvvəllər tətbiq edilən uçot siyasətinə nisbətən əməliyyatların və hadisələrin daha ədalətli təqdimatına səbəb olacağını əsaslı şəkildə sübut etməlidir.


Məsələn, daşınma ilə məşğul olan müəssisə öz yük maşınlarını uzunmüddətli aktiv kimi təsnifləşdirəcək, fəaliyətinin ilk dövrlərində bu aktivlərini dəyərlənirilməsi üçün ilkin dəyər metodundan istifadə edir.

Müəyyən vaxt keçdikdən sonra müəssisə, həmin aktivləri mühasibat balansında ədalətli dəyəri ilə əks etdirmək üçün yenidən qiymətləndirmə metodu adlanan yeni uçot siyasətini qəbul etməlidir.



Mühasibat uçotu metodlarında baş verən dəyişikliyin xüsusiyyəti və onun təsiri həmin dəyişikliyin baş verdiyi dövr üzrə tərtib olunmuş maliyyə hesabatlarında açıqlanmalıdır.




Əhəmiyyətlilik və ümumiləşdirmə

Standartın 27-ci maddəsinə əsasən maliyyə hesabatlarından istifadə edənlərin qərarlarına təsir göstərən məlumat əhəmiyyətli məlumat hesab edilir. Əhəmiyyətliliyin səviyyəsi hər bir konkret halda nəzərdə tutulan maddənin həcmi, xüsusiyyəti və vəziyyətindən asılıdır.


Maliyyə hesabatlarında tanınan maddənin həcmi yalnız pul dəyəri ilə ifadə oluna bilər. Əhəmiyyətliliyin kəmiyyət baxımından müəyyən edilməsi zəruri və qaçılmaz olmasına baxmayaraq, əhəmiyyətlilik dərəcəsinin yalnız mütləq ölçü əsasında qiymətləndiriləməsi Milli Mühasibat Uçotu Standartların tələblərinə cəvab vermir. Bu səbəbdən, əhəmiyyətlilik dərəcəsi müəssisənin həyata keçirdiyi əməliyyatların və mühasibat balansında uçota alınmış məbləğlərin həcminə əsasən müəyyən edilməlidir. Bunun nəticəsi kimi, əhəmiyyətlilik dərəcəsi daha çox faiz ilə ifadə olunur.


Əhəmiyyətli sayıla bilən maddənin xüsusiyyətləri aşağıdakı şəkildə xarakterizə edilə bilər:

- Onun yaranmasına səbəb olan hadisələr və ya əməliyyatlar;

- Hadisə və ya əməliyyatın qanuna uyğunluğu, həssaslığı, normallığı və potensial nəticələri;

- Cəlb edilən tərəflərin müəyyənləşdirilməsi; və

- Təsirə məruz qalan hesabın adı və ona aid edilən qeydlər.


Məsələn, müəssisə yeni məhsulun satışından cəmi 10.000 manat məbləğində gəlir əldə etmişdir. Dövr üzrə satışdan əldə olunmuş ümumi gəlirin 10.000.000 manat təşkil etdiyini nəzərə alaraq, dəyər baxımından 10.000 manat məbləği tamamilə əhəmiyyətsiz hesab edilir. Lakin sonradan bu məhsulun təhlükə yaratdığı müəyyən olunduğu üçün müəssisəyə qarşı bir neçə milyon manat məbləğində kompensasiyanın ödənilməsi haqqında məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi, ilk baxışdan əhəmiyyətsiz məbləğ sayılan satış məbləği nəticə etibarı ilə həddindən artıq əhəmiyyətli məbləğ kimi nəzərə alınmalı və maliyyə hesabatlarının qeydlərində açıqlanmalıdır.


Məlumatın əhəmiyyətliliyi yalnız məlumatın son nəticədə istifadəçilərə təsiri baxımından qiymətləndirilməlidir. Nəticə etibarı ilə, istənilən maddənin əhəmiyyətliliyi uçot kontekstindən və ya istifadəçilərə təqdim edilən digər məlumatlardan asılıdır. Bu səbəbdən, hər hansı maddənin əhəmiyyətli olub-olmamasını müəyyən etmək üçün bir neçə meyara qarşı qiymətləndirmək lazımdır. Onlardan bəziləri aşağıda təqdim edilir:

- fərdi açıqlamalar;

- maliyyə hesabatlarında əks olunan əsas başlıqlar və onların yekun məbləğləri;

- müvafiq maliyyə hesabatı;

- ümumi təyinatlı maliyyə hesabatları; və

- müəssisənin ümumi əməliyyatlarının miqyası.

Aşağıda göstərilən meyarlar əsasında məlumatın əhəmiyyətliliyi haqqında qərar vermək olar:


Səhvin dərəcəsi

Səhvin əhəmiyyətlilik dərəcəsi

10%-dən yuxarı

Əhəmiyyətli hesab edilir

5%-dən 10%-dək

Əhəmiyyətli olması ehtimal edilir

5%-dək

Əhəmiyyətli hesab edilmir

Lakin, yuxarıda qeyd olunmuş faizlər bir qayda kimi qəbul edilməməlidir, əksinə hər bir məddə fərdi vəziyyətinə uyğun olaraq nəzərə alınmalıdır. Faiz nisbəti yalnız tövsiyə kimi istifadə edilə bilər.




Həmçinin, informasiya məbləğindən asılı olmayaraq maliyyə hesabatlarının istifadəçiləri üçün əhəmiyyətli hesab oluna bilər.

Bununla bağlı müəssisə “Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması üzrə” 25 N-li Milli Mühsibat Uçotu Standartının tələblərinə uyğun olaraq əməliyyatın xüsusiyyətilərini açıqlamalıdır.
Qarşılıqlı əvəzetmə

Standartın 30-cu maddəsində digər standartlarda nəzərdə tutulduğu və tələb olunduğu hallar istisna olmaqla, mühasibat balansında təqdim olunmuş maddələrin qarşılıqlı əvəz edilməsinə yol verilmir. Yəni, aktivlərin və öhdəliklərin netto əsasında xalis məbləğinin ayrıca təqdim edilməsi tələb olunmur. Mühasibat balansında aktivlərin və öhdəliklərin netto əsasında xalis məbləğinin ayrıca təqdim edilməsi yalnız digər Milli Mühasbat Uçotu Standartlarına uyğun olaraq tələb edilir. Belə hallar həmin Standartların tətbiqi üzrə müvafiq Şərhlər və Tövsiyyələrdə açıqlanır.



Standartın 31-ci maddəsində gəlir və xərc maddələrinin mənfəət və zərər haqqında hesabatda qarşılıqlı əvəz edilməsinə yol verilmədiyi qeyd olunur. Lakin bu ümumi qaydada bəzi istisnalara da yol verilir.
Yəni, bütün istisna hallarında qarşılıqlı əvəz edilməsi icazə verilən məbləğlər müəssisənin adi əməliyyat fəaliyyətilə müqayisədə təsadüfi və kəmiyyət baxımından əhəmiyyətsiz olmalıdır.

Məsələn, xarab olmuş malların satışına görə müəssisəyə qarşı məhkəmədə 100.000 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmənin qərarı ilə müəssisəyə cərimənin tətbiq olunduğu halda, bu məbləğin 90%-ni, yəni 90.000 manatını sığorta təşkilatı əldə olunmuş razılığa əsasən ödəməlidir. Müəssisə məhkəmə prosesində böyük ehtimalla məğlub olacağını nəzərə alaraq, standartın 31(a) maddəsinə əsasən Mənfəət və zərər haqqında hesabatda bu xərci tam məbləğlə (100.000 manat) deyil, yalnız 10.000 manat məbləğində təqdim edilməsinə sərəncam verir.

Bundan başqa, eyni və ya oxşar əməliyyatların və hadisələrin nəticəsində yaranan sair gəlirlər və bununla əlaqəli sair xərclər əhəmiyyətli olmadığından qarşılıqlı əvəz edilə bilər.



Məsələn, yalnız mebelin satışı ilə məşğul olan müəssisə il ərzində 1.000.000 manat məbləğində gəlir əldə etmişdir. Növbəti hesabat ilində isə müəssisə əlavə olaraq 200 manat dəyərində xalçaları alaraq, sonradan onların satışını 500 manatla təşkil etmişdir. Bu gəlirin məbləği həm xarakterinə, həm də müəssisənin ümumi gəlirinə nisbətən əhəmiyyətsiz olduğu üçün, standartın 31(b) maddəsinə uyğun olaraq netto əsasında təqdim olunmalıdır.


Standartın 32-ci maddəsinə uyğun olaraq, aktivlərin dəyərindən, onların qiymətləndirilməsi nəticəsində düzəlişlərin və ya istismarı ilə bağlı yığılmış amortizasiya xərclərinin çıxılması üzrə məbləğlər qarşılıqlı əvəzetmə sayılmır.


Məsələn, müəssisə 01 yanvar 2006-cı il tarixinə dəyəri 100.000 manat məbləğində olan yük maşınına sahibdir. Bu yük maşını üzrə illik amortizasiya xərci düz xətt metodu ilə 25% müəyyən edilmişdir. 01 yanvar 2007-cı il tarixinə müəssisənin mühasibat balansında yük maşınının xalis balans dəyəri 75.000 (100.000 – 25.000) manat təşkil etmiş və 25.000 manat məbləğində amortizasiya xərci Standartın 32-ci maddəsinə əsasən, həmin aktivin dəyərindən çıxılmaqla, qarşılıqlı əvəzetmə hesab edilmir.


Standartın 33-cü maddəsinə əsasən Müəssisənin həyata keçirdiyi adi fəaliyyət nəticəsində bilavasitə gəlir əldə olunmasında iştirak etməyən, lakin bu fəaliyyətə xidmət edən oxşar və eyni məzmunlu hadisələr üzrə yaranmış gəlirlər müvafiq xərclərlə qarşılıqlı əvəzedilməsi yolu ilə maliyyə hesabatlarında netto əsasında təqdim edilir.


Belə ki, bu əməliyyatların həyata keçirilməsi nəticəsində aktivin satışından əldə olunan sair gəlirlər onun balans dəyəri və sifarişçiyə təqdim edilməsi üzrə xərclər ilə qarşılıqlı əvəzləşdirilməklə maliyyə hesabatlarında netto əsasında uçota alınır.


Məsələn, müəssisənin əsas fəaliyyəti kiçik həcmli mühərriklərin istehsalından ibarətdir. Əsas fəaliyyətinə xidmətini təkmilləşdirmək məqsədilə müəssisə 2003-cı il tarixdə 120.000 manat məbləğinə əldə etdiyi frezer dəzgahını təmir-texninki sahəsində quraşdırmışdır. Bu avadanlıq üzrə illik amortizasiya xərci 20% və ya 24.000 manat məbləğində müəyyən edilmişdir. 2006-cı ildə frezer dəzgahının yeni modelin buraxılması ilə, bu modelin alınmasına və aşılanmış frezer dəzgahının xaricolmasına zərurət yaranmışdır. Frezer dəzgahının 01 yanvar 2006-cı il tarixinə olan balans dəyərinin 48.000 (120.000-72.000) manat məbləğində təşkil etməsinə baxmayaraq, müəssisə həmin dəzgahın 56.000 manat məbləğinə satılmasına nail olmuşdur. Nəticədə, müəssisə tərəfindən dəzgahın sifarişçiyə göndərilməsi üzrə 3.000 manat məbləğində xərcin çəkilməsini nəzərə almaqla, bu əməliyyat üzrə gəlir netto əsasında 5.000 (56.000-48.000-3.000) manat məbləğində maliyyə hesabatlarında təqdim edilməlidir.

Bundan başqa, əldə edilmiş razılığa əsasən üçüncü tərəfin ödədiyi xərclər də müvafiq xaricolmalarla qarşılıqlı əvəzetmənin obyekti ola bilər.




Məsələn, “Motor” Səhmdar Cəmiyyəti avtomobillərin istehsalı ilə məşğul olur. “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti isə avtomobillər üçün audiomaqnitofonların istehsalı sahəsində fəaliyyət göstərir. Hər iki müəssisə məhsullarını avtomobil sərgisində təqdim etmək niyyətindədir. “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəiti onun məhsulunun bu sərgidə reklam edilməsini “Motor” Səhmdar Cəmiyyətinə təklif edir. Əldə olunmuş razılağa əsasən “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti “Motor” Səhmdar Cəmiyyətinə, onun tərəfindən bu məqsədlə çəkilən bütün xərcləri 10% artıqlaması ilə ödəməyi öhdəliyinə götürür. Nəticədə, “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyətin məhsulunun reklam edilməsinə görə “Motor” Səhmdar Cəmiyyətinin 1.000 manat məbləğində vəsaitin xərclədiyini və bununla əlaqədar “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1.100 manat məbləğinin ödəniləcəyini nəzərə alaraq, “Motor” Səhmdar Cəmiyyətin Mənfəət və zərər haqqında hesabatında gəlirlərin və xərclərin qarşılıqlı əvəzedilməsini əks etdirən məlumatlar aşağıdakı kimi təqdim edilməlidir:

Gəlir 1.100

Xərc 1.000

100


Beləliklə, Standartın 33(b) maddəsinə uyğun olaraq, “Motor” Səhmdar Cəmiyyəti “Sair gəlir”ini 100 manat məbləğində təqdim etməlidir.

Standartın 34-cü maddəsinə əsasən oxşar və eyni məzmunlu xaricolmalar nəticəsində yaranan gəlirlər müvafiq xərclərlə əvəzləşdirilməklə, netto əsasında “Mənfəət və zərər haqqinda” hesabatda sair gəlir və ya sair xərc kimi uçota alınır.



Məsələn, “Təkər” Səhmdar Cəmiyyəti təkərlərin, “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti audiomaqnitofonların, “İşıq” Məhdud Məsuliyyətli Cəmiyyəti isə elektrik malların istehsalı ilə məşğuldur. Hər üç müəssisə məhsulların satışını təşkil etmək üçün avtomobillərin istehsalı ilə məşğul olan “Motor” Səhmdar Cəmiyyəti ilə müvafiq müqavilələr bağlamışdır. Məhsullərın göndərilməsi üzrə lazımi nəqliyyat vasitəsinə malik olmadığından “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti və “İşıq” Məhdud Məsuliyyətli Cəmiyyəti, müqavilə şərtlərinə uyğun olaraq istehsal etdikləri məhsulların sifarişçiyyə vaxtında təqdim edilməsi barədə “Təkər” Səhmdar Cəmiyyətinə müraciət etmişdir.

Əldə olunmuş razılağa əsasən “Təkər” Səhmdar Cəmiyyəti tərəfindən bu məqsədlə çəkilən bütün xərclər, müvafiq olaraq “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti 10%, “İşıq” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 15% artıqlaması ilə ödəməlidir.

Nəticədə, “Təkər” Səhmdar Cəmiyyətinin bu müəssisələrin məhsullarının “Motor” Səhmdar Cəmiyyətinə təqdim edilməsinə görə 1.100 manat məbləğində vəsaitin xərclədiyini və bununla əlaqədar onlar tərəfindən 1.250 manat məbləğində gəlirin əldə edəcəyini nəzərə alaraq, Səhmdar Cəmiyyətin Mənfəət və zərər haqqında hesabatında netto əsasında sair gəlirlərin və ya sair xərclərin tanınması aşağıdakı kimi təqdim edilməlidir:
“Komfort” “İşıq”

Gəlir 330 920

Xərc 300 800

30 120


Beləliklə, Standartın 34-cü maddəsinə uyğun olaraq, “Təkər” Səhmdar Cəmiyyəti 150 manat məbləğində “Sair gəlir” əldə etməlidir.

Standartın 35-ci maddəsinə uyğun olaraq netto əsasında maliyyə hesabatlarında təqdim olunan sair gəlirin (zərərin) həcmi, mahiyyəti və yaranma mənbəyi hər hansı Milli Mühasibat Uçotu standartında ayrıca açıqlanması nəzərdə tutulursa, bu barədə həmin hesabatlarda müvafiq məlumatlar əks etdirilməlidir.



Məsələn, Avtomobillər üçün audiomaqnitofonların istehsalı sahəsində fəaliyyət göstərən “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi gəliri 500.000 manat təşkil edir. “Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti “Motor” Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən, Səhmdar Cəmiyyətinə məxsus olan avtomobilləri öz adından satdığı üçün 50.000 manat məbləğində əldə etdiyi sair gəliri Məmfəət və zərər haqqında hesabatında netto əsasında təqdim etmişdir. Bu gəlirin məbləğini, xarakterini və əldə edilməsi üzrə əməliyyatların həyata keçirilməsini nəzərə alaraq, onun 6 №-li Milli Mühasibat Uçotu Standartının tələblərinə əsasən ayrıca açıqlanması zəruridir.




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin