UÇOT SİYASƏTLƏRİ
Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.
Uçot metodu
Maliyyə hesabatları bütün müvafiq Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq və ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.
Əsas əməliyyat gəliri
Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır. Əsas əməliyyat gəliri bütün vergilər çıxıldıqdan sonra qalan gəlirdir.
Torpaq, tikili, avadanlıq və amortizasiya
Bu uzunmüddətli aktivlər əldə edilərkən ödənilən dəyər əsasında tanınır. Torpaq, tikili, avadanlığın amortizasiyası, onların qalıq dəyəri çıxılmaqla dəyərinin istismar müddəti ərzində aşağıda göstərildiyi kimi silinməsini təmin edir:
Binalar 50 il
Tikili və avadanlıq 3 – 7 il
Nəqliyyat vasitəsi 4 il
Ehtiyatlar
Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirilirlər. İlkin dəyərə malların alış dəyəri, əmək haqqları, istehsal və satış ilə bağlı digər dolayı xərclər daxildir.
Vergilər
Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.
İnvestisiyalar
Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınırlar.
Qiymətləndirilmiş öhdəliklər
Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik qiymətləndirilmiş öhdəlik kimi tanınır.
«Tərəqqi» səhmdar cəmiyyətinin
Mühasibat balansı
31.12.2006-cı il tarixinə
(MANAT)
qeyd
AKTİVLƏR
Uzunmüddətli aktivlər
Torpaq, tikili və avadanlıq (5) 492 500
Sair uzunmüddətli maliyyə aktivləri (6) 30 000
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 522 500
Qısamüddətli aktivlər
Ehtiyatlar (7) 70 000
Qısamüddətli debitor borcları (8) 110 000
Pul vəsaitləri və onların ekvivalentləri 36 000
Sair qısamüddətli aktivlər (9) 2 500
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR 218 500
CƏMİ AKTİVLƏR 741 000
KAPİTAL VƏ ÖHDƏLİKLƏR
Kapital
Ödənilmiş nominal (nizamnamə) kapital (10) 75 000
Emissiya gəliri 15 000
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) (11) 321 000
CƏMİ KAPİTAL 411 000
Uzunmüddətli öhdəliklər
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər (12) 110 000
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər (13) 25 000
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR 135 000
Qısamüddətli öhdəliklər
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər (14) 35 000
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər (15) 90 000
Qısamüddətli kreditor borcları (16) 70 000
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR 195 000
CƏMİ ÖHDƏLİKLƏR 330 000
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR 741 000
«Tərəqqi» səhmdar cəmiyyəti
Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyalarına görə)
31.12.2006-cı il tarixinə
(MANAT)
Əsas əməliyyat gəliri (17) 1 130 000
Satışın maya dəyəri (550 000)
Ümumi Mənfəət 580 000
Sair əməliyyat gəlirləri (18) 10 000
Kommersiya xərcləri (19) (120 000)
İnzibati xərclər (20) (105 000)
Əməliyyat mənfəəti (zərəri) 365 000
Maliyyə gəliri 3 000
Maliyyə xərcləri (17 000)
Vergiqoyulmadan əvvəl mənfəət (zərər) 351 000
Mənfəət vergisi (90 000)
Adi fəaliyyə nəticəsində əldə olunmuş
mənfəət (zərər) 261 000
Hesabat dövrü üzrə xalis mənfəət 261 000
Hər səhm üzrə mənfəət (21) 3,48
Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında
məlumat
İstifadə edilmiş material ehtiyatları 296 500
İşçi heyəti üzrə xərclər 375 000
Amortizasiya xərcləri 78 500
Sair əməliyyat xərcləri 25 000
Cəmi əməliyyat xərcləri 775 000
MALIYYƏ HESABATLARINA QEYDLƏR
-
«Tərəqqi» səhmdar cəmiyyəti Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Səhmdar cəmiyyət Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərir. Müəssisə neft sənayesi üçün hissələr istehsal edir və onun əsas fəaliyyəti bu hissələrin istehsalı və satışından ibarətdir.
-
31 dekabr 2006-cı il tarixdə bitmiş hesabat dövründə işçilərin orta sayı 24 idi.
-
31 dekabr 2006-cı il tarixdə bitmiş hesabat dövrü üzrə maliyyə hesabatları MMUS-lara uyğun olaraq tərtib edilmişdirlər.
-
Maliyyə hesabatları ilkin dəyər konsepsiyasına uyğun olaraq tərtib edilmişdir.
-
Torpaq, tikili və avadanlıq
Binalar Maşın və mexanizmlər Nəqliyyat vasitələri
01.01.2006 tarixə ilkin dəyər 350000 120000 105000
01.01.2006 tarixə yığılmış
amortizasiya 5500 11000 17500
01.01.2006 tarixə dəyər 344500 109000 87500
İl ərzində daxilolmalar 30000
İl ərzində xaricolmalar
İl ərzində amortizasiya 7000 49000 22500
31.12.2006 tarixə ilkin dəyər 350000 150000 105000
31.12.2006 yığılmış
amortizasiya 12500 60000 40000
31.12.2006 tarixə dəyər 337500 90000 65000
(şərh: bu nümunədə təqdim edilmiş informasiya hesabat dövrünün sonuna olan uzunmüddətli aktivlər və amortizasiya hesablarının (111 və 112) toplanması vasitəsilə əldə edilib. Təqdim edilmiş informasiya mühasibat balansının ”torpaq, tikili və avadanlıq” hesabının məbləği (492500) vasitəsilə açıqlanır).
-
Uzunmüddətli maliyyə aktivləri
Uzunmüddətli bank depozitləri 30000
(Şərh; müəssisə müxtəlif növ uzunmüddətli aktivlərə malik olduqda, onların hər birinin xüsusiyyətləri qiymətləri ilə birlikdə açıqlanmalıdır. Qiymətlər bazar qiyməti ilə yox, ilkin dəyər əsasında göstərilməlidirlər).
-
Ehtiyatlar
Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan məbləğ ilə qiymətləndirilirlər və aşağıdakıları daxil edirlər:
Materiallar 35000
Hazır məhsul 35000
(şərh: Ehtiyatlar müəssisələrin əksəriyyəti üçün çox əhəmiyyətli aktivdir. Qeyddə onların əsas hissələrinin qiyməti açıqlanır və beləliklə maliyyə hesabatlarının istifadəçiləri hər bir elementin nə dərəcədə əhəmiyyətli olduğunu dəyərləndirirlər).
-
Qısamüddətli debitor borcları
Qısamüddətli debitor borcları müəssisənin normal əməliyyat dövrü ərzində müştərilərdən alınmalı olan məbləğləri göstərir.
(şərh: debitor borcları müxtəlif mənbələrdən daxil ola bilər. Məsələn, müştərilərdən, törəmə müəssisələrdən, icarəçilərdən alınan məbləğlər və ödənilməmiş faizlər. Qeyddə onların hər bir elementin nə dərəcədə əhəmiyyətli olduğu açıqlanır).
-
Sair qısamüddətli aktivlər
(şərh: 2500 məbləğinin əhəmiyyətsiz olduğundan hər-hansı Qeydə ehtiyac yoxdur. Məbləğ əhəmiyyətli olsaydı, ümumi vəziyyəti göstərmək məqsədilə Qeyddə maddənin tərkib hissələrini açıqlamaq olardı).
-
Ödənilmiş nizamnamə kapitalı
Ödənilmiş nizamnamə kapitalı aşağıdakılardan ibarətdir::
hərəsi 1 manat dəyərində olan 75000 adi səhm
(şərh: bu Qeyddə buraxılmış və ödənilmiş səhmlərin bütün sinifləri, buraxılmış səhmlərin sayı və hər birinin dəyəri açıqlanır).
-
Bölüşdürülməmiş mənfəət
İlin əvvəlinə bölüşdürülməmiş mənfəət 80 000
Cari ilin bölüşdürülməmiş mənfəəti 261 000
341 000
Cari ildə elan edilmiş dividendlər (20 000)
321 000
(şərh: bu Qeyddə mühasibat balansında bölüşdürülməmiş mənfəətin vəziyyəti açıqlanır. Silinmiş dividendlər hesabat dövrü ərzində ödənilmiş ilkin dividendlər və hesabat dövrünün sonunda ödəniləcək dividendlərdən ibarətdir).
-
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
4 il müddətində ödənilən bank kreditləri 110 000
(şərh: bu Qeyddə müəssisənin faiz xərcləri yaradan bütün öhdəlikləri, borcun məbləği və hər bir borcun ödəniş tarixi və ya misalda göstərildiyi kimi öhdəliyin ödəniş müddəti açıqlanır).
-
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
Müəssisə konkret malına 2 il zəmanət verir və bu zəmanəti 25000 məbləğində qiymətləndirir.
(şərh: maəssisənin zəmanət verdiyi mallar və ya ona qarşı qaldırılacaq məhkəmə iddiaları üzrə gələcəkdə yaranacaq potensial öhdəlıkləri haqqında məlumatı ola bilər. Belə potensial öhdəliklər haqqında informasiya açıqlanmalıdır. Qeyddə açıqlanmalı olan informasiya potensial öhdəliyin xüsusiyyətləri və məbləğinin məntiqə uyğun qiyməti haqqında informasiyanı daxil etməlidir. Daha ətraflı bu məsələ qiymətləndirilmiş öhdəliklər barədə müvafiq Milli Mühasibat Uçotu Standartlnda açıqlanacaq).
-
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
Bank overdraftı 15 000
1 il müddətində ödənilən bank kreditləri 20 000
(şərh: burada müvafiq öhdəliyin hər bir elementi haqqında ətraflı məlumat, onların xüsusiyyətləri və qiymətləri açıqlanır).
-
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
Cari ilin vergi öhdəlikləri 90 000
(şərh: bu Qeyddə müəssisənin vergi üzrə və bütün digər qısamüddətli öhdəlikləri açıqlanır. Bura cari ilin vergiləri, əvvəlki il üzrə ödənilməli olan vergilər və sosial sığorta üzrə öhdəliklər daxildir).
-
Qısamüddətli kreditor borcları
Malsatanlara qısamüddətli kreditor borcları 60 000
İşçi heyətinə qısamüddətli kreditor borcları 10 000
(şərh: Bu Qeyddə müddətindən asılı olmayaraq əməliyyat dövrü ərzində və ya 1 il ərzində ödənilməli olan hər bir əhəmiyyətli element müəyyənləşdirilir. Bura malsatanlara kreditor borcları, ödənilməmiş gəlirlər, hesablanmış bayram mükafatları, ödənilməli olan lakin hələ ödənilməmiş dividendlər və faizlər daxildir)
-
Əsas əməliyyat gəliri
Normal əməliyyatlardan əldə olunan gəlir 1 130 000
(qeyd: müəssisə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən iki və daha çox fəaliyyətlərdən (məsələn, istehsal etdiyi mallardan və avadanlığın icarəyə verməsindən) və ya iki və daha çox ölkələrdə satışdan gəlir əldə etdikdə, hər müvafiq gəlir mənbəyi ayrıca açıqlanmalıdır).
-
Sair əməliyyat gəliri
Əvvəllər silinmiş borcların bərpası 10.000
(şərh: müəssisənin normal fəaliyyəti nəticəsində əldə edilən gəlirlərdən başqa gəlirləri onların mənbələri və məbləğləri ilə birlikdə burada açıqlanmalıdır. Qeyd etmək lazımdır ki, bu gəlirlər yalnız əhəmiyyətli olduqda Qeyddə açıqlanmalıdırlar. Bizim misalda 10.000 məbləğində belə gəlir 1.130.000 məbləğində satış üzrə normal gəlir ilə müqayisədə əhəmiyyətsiz olduğundan açıqlanmaya bilər. 10.000 ümumi gəlirin yalnız 0,884%-ni təşkil edir).
-
Kommersiya xərcləri
İşçi heyəti üzrə kommersiya xərcləri 100 000
Kommersiya aktivlərinin amortizasiyası 20 000
(qeyd: bu Qeydin məqsədi mənfəət və zərər haqqında hesabatın ümumi şəklini formalaşdıran əhəmiyyətli elementlərin göstərilməsidir).
-
İnzibati xərclər
İşçi heyəti üzrə inzibati xərclər 75000
Sair inzibati xərclər 30000
(şərh: bu Qeydin məqsədi mənfəət və zərər haqqında hesabatın ümumi şəklini formalaşdıran əhəmiyyətli elementlərin göstərilməsidir. Məsələn, yoxlama mühasibat balansı inzibati xərclərin aşağıdakı kimi olduğunu açıqlayır:
İşçi heyəti üzrə xərclər 75000
Amortizasiya 5000
Sair xərclər 20000
“Sair inzibati xərclərə” telefon xidməti, dəftərxana ləvazimatlarının alınması və digər nisbətən azqiymətli xərclər aiddir. Belə xərclərin ayrıca açıqlanmasına ehtiyac yoxdur, lakin onların ümumi məbləği “sair xərclər”də açıqlanmalıdır).
-
Hər səhm üzrə mənfəət
Hər bir səhm üzrə 3,48 məbləğində xalis gəlir hesabat dövrünün xalis mənfəətinin iştirak payları üzrə ayrılması vasitəsilə müəyyənləşdirilir.
(şərh: bu Qeyddə mənfəət və zərər haqqında hesabatda təqdim edilən “hər səhm üzrə mənfəətinin” hesablanması üsulu açıqlanmalıdır. Əlavə olaraq, burada azaldılmış hər səhm üzrə mənfəətinin hesablanması üsulu açıqlanmalıdır, baxmayaraq ki, belə açıqlama yalnız müvafiq Milli Mühasibat Uçotu Standartın tətbiqindən sonra mümkün olacaqdır).
Dostları ilə paylaş: |