Standartın 36-cı maddəsinə əsasən keçmiş dövrün “Mühasibat balansı” və “Mənfəət və zərər haqqında” hesabatlarında təqdim olunan rəqəmli informasiya cari dövrdə tətbiq edilən uçot siyasətinə əsasən göstərilməlidir.
Bu o deməkdir ki, müəssisənin uçot siyasətinə dəyişiklik edildikdə, cari dəvrün maliyyə hesabatlarında qəbul olunmuş uçot siyasətinə uyğun olaraq müqayisəli informasiyanın təqdimatı üçün bu informasiyanın əvvəlki dövrə tətbiq edilməsi tələb olunur.Müqayisəli informasiyanın yeni uçot siyasətinə əsasən təqdim edilməsi üzrə tələblər və prosedurlar “Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11-N-li Milli Mühasibat Uçotu Standartında verilmlşdir.Belə ki, Mühasibat balansının və Mənfəət və zərər haqqında hesabatın hər bir maddəsi üzrə müvafiq olaraq cari il və keçmiş il üzrə məlumatlar göstərilməlidir.
Standartın 37-ci maddəsində cаri dövrün mаliyyə hеsаbatlarının tam аnlаşılmаsı baxımından münasib və cari dövrə aid olduğu halda müqayisəli informasiyаya mətni və təsviri məlumatların dахil еdilməsi qeyd edilir.
S Məsələn, müəssisə qiymətləri tez dəyişən böyük həcmdə müxtəlif ölçüdə ayrı-ayrı geyim mallarının (paltarların, kostyumların, ayaqqabıların) satışı ilə məşğul olur. Ehtiyatların qiymətləndirilməsi zamanı cari ildə əvvəllər istifadə etdiyi “orta qiymət metodunu” artıq səmərəli hesab etmədiyi üçün onların ilkin mədaxil-ilkin məxaric metodu (FİFO) əsasında yenidən qiymətləndirilməsi barədə sərəncam vermişdir.Belə olan halda, müqayisəli informasiyanın yenidən hesablanması səbəbi maliyyə hesabatlarının qeydlərində aşağıdakı kimi təqdim edilə bilər:
“2006-cı ildə müəssisə əvvəllər istifadə etdiyi ehtiyatların qiymətləndirilməsi üzrə uçot siyasətini dəyişdirmişdir. Yeni uçot siyasətinə uyğun olaraq, əvvəllər istifadə edilən orta qiymət metodu ilkin mədaxil-ilkin məxaric metodu (FİFO) ilə əvəz edlimişdir. Bunun nəticəsndə 2005-ci il üzrə ehtiyatların müqayisəli dəyəri yenidən qiymətləndirilmişdir. 2005-ci ildə orta qiymət metodu ilə qiymətləndirilən ehtiyatların ümumi dəyəri 105.000 manat məbləğində müəyyən olmasına baxmayaraq, 2006-cı il üzrə isə maliyyə hesabatlarında ilkin mədaxil-ilkin məxaric (FİFO) metodu əsasında yenidən hesablanmış ehtiyatların ümumi dəyəri 117.000 manat məbləğində uçota alınmışdır”.
tandartın 38-cimaddəsinə əsasən uçot siyasətinin dəyişməsi ilə əlaqədar maliyyə hesabatlarında təqdim olunan müqayisəli informasiya maddələr üzrə yenidən təsnifləşdirilməlidir.
Standartın 39-cu maddəsinə əsasən müqayisəli məbləğlərin yenidən təsnifləşdirilməsi və hesablanması mümkün olmadıqda, bu faktı açıqlamaq üçün ayrıca Qeyd əlavə edilməlidir.
Məsələn, “Bərpaçı” müəssisəsi istismar müddəti bir ildən çox olan alınmış bütün əsas vəsaitləri 2006-cı ilə qədər torpaq, tikili və avadanlıqlar hesabına daxil edirdi. 2006-cı ildə isə müəssisə dəyəri 1.000 manatdan çox olan əsas vəsaitləri kapitallaşdırmaq, dəyəri bu məbləğdən kiçik olan əsas vəsaitləri isə sadəcə olaraq mənfəət və zərər haqqında hesabatda xərc hesabına yazmaq qərarına gəlmişdir. Uçot siyasətində baş vermiş bu dəyişiklik 2005-ci il üzrə müqayisəli məlumatların da həmin uçot siyasətinə əsasən yenidən hesablanmasını tələb edir. Lakin “Bərpaçı” müəssisəsinin 2005-ci il üzrə uçot qeydləri elə şəkildə həyata keçirilmişdi ki, dəyəri 1.000 manatdan aşağı olan əldə edilmiş bütün xırda malları müəyyən etmək və eləcə də müqayisəli məbləğləri yenidən təsnifləşdirmək mümkün deyil.
Buna uyğun olaraq, maliyyə hesabatlarında aşağdakı qeyd veriləcəkdir:
Dəyəri 1.000 manatdan aşağı olan obyektlər artıq aktiv olaraq deyil, onların əldə edildiyi hesabat dövründə xərc kimi tanınır. 2005-ci il üzrə 1.000 manatdan aşağı olan alışları dəqiq müəyyən etmək mümkün olmadığı üçün, həmin dövr üzrə müqayisəli məlumatlar əldə edilməmişdir. Maliyyə hesabatlarında bu aktivlərin aşağı qiymətlə uçota alınması ilə əlaqədar, onların yenidən təsnifləşdirilməsi mümkün olduğu təqdirdə müəssisə rəhbərliyinin mülahizəsinə əsasən əhəmiyyətli dəyişikliklərin baş verilməyəcəyi qeyd olunur .
MALİYYƏ HESABATLARI
MALİYYƏ HESABATLARININ KOMPONENTLƏRİ
Standartın 41-ci maddəsində maliyyə hesabatlarının komponentləri dörd ayrı-ayrı hesabatlardan, habelə uçot siyasəti və izahlı qeydlərdən ibarət olduğu müəyyən edilmişdir.Bu hesabatlar mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan ibarətdir.
Standartın 3-cü, 4-cü və 5-ci əlavələrində Balans hesabatının və Mənfəət və zərər haqqında hesabatın müəssisələr tərəfindən tətbiq edilməsi lazım olan formaları göstərilir. Bu Standartın məqsədləri üçün heç bir digər format qəbul edilmir.
Maliyyə hesabatlarının formalarının müəyyən edilməsi
Standartın 42-ci maddəsinə əsasən mаliyyə hеsаbаtlarının fоrmаları dəqiq müəyyən edilməklə həmin hеsаbаtlar dərc olunmuş sənədin dахilində digər infоrmаsiyadаn аyrı göstərilməlidir.
Vaxtında təqdim edilmə
Standartın 47-ci maddəsinə əsasən müəssisə illik maliyyə hesabatlarını müvafiq olaraq il bitdikdən sonra 4 ay ərzində və yə növbəti ilin 30 aprel tarixinədək, müəssisələr qrupu isə birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını müvafiq olaraq altı ay ərzində və yə növbəti ilin 30 iyun tarixinə qədər təqdim etməlidirlər.
MÜHASIBAT BALANSI
Uzunmüddətli və qısamüddətli maddələrə bölünmə
Standartın 49-cu maddəsində müəssisənin mühasibat balansında aktivlərin və öhdəliklərin uzunmüddətli və qısamüddətli maddələrə təsnifləşdirilməsinin əsas məqsədi müəssisənin vəziyyəti və fəaliyyətinin nəticələri haqqında maliyyə təhlili həyata keçirilməsi üçün maliyyə hesabatlarının istifadəçilərini faydalı məlumatlarla təmin etməkdir.
Cari aktivlərin və öhdəliklərin qalıqları əsasında müəssisənin qisamüddətli ödəniş qabiliyyətliliyinin müəyyən edilməsi məqsədilə belə aktivlərin və öhdəliklərin məzmununun təyin edilməsi qaydaları vacibdir.