NəFSİn saflaşdirilmasi müƏLLİF: ayətullah ibrahiM ƏMİNİ



Yüklə 5,7 Mb.
səhifə27/62
tarix17.07.2018
ölçüsü5,7 Mb.
#57089
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

TƏQVA VƏ GUŞƏNiŞİNLİK


Guşənişin həyat tərzi keçirib ictimai məs’uliyyətləri qəbul etməmək nəinki təqvanın əlamətlərindəndir, hətta bə’zi hallarda təqvanın tam əksi sayılır. İslamda röhbaniyyət (tərki-dünyalıq) və guşənişinlik yoxdur. Bu din insana günahdan qaçmaq üçün guşənişinlik edərək dünyəvi işləri tərk etməyi tövsiyə etmir. Əksinə, ondan istəyir ki, məs’uliyyətləri qəbul etsin, ictimai işlərdə iştirak etsin, eyni halda təqva vasitəsilə öz nəfsini cilovlayıb nəzarət altında saxlasın və onu azğınlıqdan qorusun.

İslam heç vaxt “qanuni rəyasət və məqamı qəbul etmə” demir. Əksinə, o, deyir ki, bunları qəbul et, özü də Allahın razılığını qazanmaq, Allah bəndələrinə xidmət etmək üçün qəbul et. Şan-şöhrət qulu olma, onu şan-şöhrət qazanmaq, nəfsani istəklərə və şəhvətlərə nail olmaq üçün bir vasitə qərar vermə, haqq yolundan çıxma.

İslam heç də buyurmur ki, təqva mərhələsinə çatmaq üçün ticarət və qazancdan əl çək, halal ruzi əldə etmək üçün çalışma. O, sadəcə olaraq buyurur ki, dünyanın əsiri və ona qul olma.

İslam heç vaxt demir ki, dünyanı tərk et və ibadət üçün bir guşədə əyləş; o buyurur ki, dünyada yaşa və onun abadlığı üçün çalış. Lakin dünya əhli kimi ona məftun olma. Dünyanı Allaha doğru yaxınlaşmaq üçün bir vasitə et.

Təqvanın əsas məqsədi də məhz budur ki, islamda ən yaxşı dəyər və xislətlər kimi təqdim olunmuşdur.

TƏQVA VƏ BƏSİRƏT


Ayə və hədislərdən mə’lum olur ki, təqva insana bəsirət və agahlıq verir ki, onunla dünya və axirətin həqiqi mənafeyini ayırd edib onun ardınca getsin.

Quranda buyurulur: Ey iman əhli! Əgər təqvalı olsanız Allah sizə (haqqı batildən fərqləndirən nur) furqan verər.”1 ni Allah sizə səadətlə bədbəxtçilik, mənafe ilə zərəri ayırd edə biləsiniz deyə, bəsirət gözü verər.

Başqa ayədə buyurulur: Təqvalı olun ki, sizə elm əta etsin, Allah hər bir şeyi biləndir.”2

Quranın bütün insanlar üçün nazil olmasına baxmayaraq, onunla yalnız müttəqilər hidayət olunur öyüd-nəsihət alırlar. Buna görə buyurulur:Quran camaat üçün bir xəbərdarlıq, təqva əhli üçün isə hidayət öyüd-nəsihətdir.”3

Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Həqiqətən təqva sizin qəlbinizin xəstəliklərinə şəfa verən bir dərman, qəlb gözünüzün açılması üçün bir səbəbdir.”4

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Əgər şeytanlar bəni-adəmin qəlbinin ətrafına fırlanmasaydı, onlar mələkut aləmini müşahidə edərdilər.”5

İmam fər Sadiq (ə) atasının belə buyurduğunu nəql edir: Qəlbi günahdan da artıq korlayan bir şey yoxdur. Qəlb günah ilə çarpışır, elə bir həddə çatır ki, günah onu məğlub alt-üst edir.”1

Bu kimi ayə hədislərdən lum olur ki, təqva insanın bəsirətli, əql sahibi, düzgün dünyagörüşlü olmasına səbəb olur, idrak ayırd etmə qüvvəsini gücləndirir. Əql insanın vücudunda əmanət qoyulan çox dəyərli bir gövhərdir. İnsan onun vasitəsilə məsləhət zərərləri, xeyir şəri, xoşbəxtlik bədbəxtlik amillərini nəhayət, edilməli edilməməli şeyləri bir-birindən ayırd edir. Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Bədəndəki əql Haqqın peyğəmbəridir.”2

Əqlin üzərinə belə bir vəzifə qoyulmuşdur o bu işi yerinə yetirməyə qadirdir. Lakin bu şərtlə ki, qüvvələr qərizələr onun hakimiyyətini qəbul etsinlər, onun qarşısında müxalifət maneçilik törətməsinlər. Həva-həvəslər əqlin düşmənidir. Ona öz işini lazımi şəkildə yerinə yetirməsinə mane olur. Əmirəl-minin Əliyyibni Əbitalib (ə) buyurur: Həvayi-nəfs əqlin düşmənidir.”3

Yenə buyurur: Hər kəs öz şəhvətinə hakim olmazsa əqlə malik olmaz.”4

Başqa bir hədisdə buyurur: Ücb özünü bəyənmək əqli fəsada çəkir (korlayır).”5

İnadkar adamın düzgün bir yi olmaz.”6

Düzdür, bədənin idarə olunması və hakimiyyəti əqlə həvalə edilmişdir və əql də onu yerinə yetirə bilər. Lakin nəfsani qərizələr və meyllər onun müvəffəqiyyət qazanmasına mane olan ən böyük amillərdir. Əgər qərizələrdən biri, yaxud hamısı normal vəziyyətdən çıxaraq tüğyan edərsə və əqlin işinə maneçilik törədərsə, bu halda əql öz vəzifəsini yerinə yetirməyə necə müvəffəq ola bilər? Belə insanın əqli vardır, lakin onda dərk və ayırdetmə qüvvəsi yoxdur. Onun silahı vardır, lakin həvayi-nəfs, şəhvətlər və qəzəblər onun üzünü qaranlıq bulud, qalın toz kimi tutmuş, nurunu söndürmüş və həqiqətləri dərk etməsinin qarşısını almışlar. Şəhvətpərəst bir adam özünün həqiqi mənafeyini necə ayırd edər və şəhvətin tüğyançı qüvvəsini necə cilovlaya bilər? Xudbin insan öz eyblərini nə vaxt tanıya bilər ki, onu da islah etmək qərarına gəlsin? Sair sifətlər də, o cümlədən qəzəb, tamah, həsəd, kin-küdurət, təəssüb, inadkarlıq, mal-dövləti, məqam və rəyasəti sevmək və s. xislətləri özündən necə uzaqlaşdıra bilər?

Əgər bunlardan biri, yaxud bir neçəsi nəfsə hakim kəsilsə əməli əqli həqiqətləri dərk etməkdən saxlayacaq, amma əql bunların əksinə olaraq bir iş görmək istəsə bunun qarşısında çoxlu maneələr icad edərək dad-fəryad qoparacaq, mühiti əql üçün qaranlıqlaşdıracaq və onu öz vəzifəsini yerinə yetirməkdə bacarıqsız və aciz edəcəkdir. Həvayi-nəfsin əlində əsir olan bir şəxs hətta öyüd-nəsihətdən belə nəticə almayacaqdır. Qur’an ayələri və moizələr qəlbinin qəsavətini daha da artıracaqdır.

Deməli, təqvanı bəsirət, aydın fikirlilik və vəzifəni tanımağın ən mühüm amillərindən biri hesab etmək olar.

Bu bəhsin sonunda qeyd etməliyik ki,təqva bəsirətin artmasına səbəb olur dedikdə məqsəd nəzəri əqldə və həqiqətlərin dərk olunmasında bəsirətli etməsi deyil, əməli əql və vəzifənin ayırd edilməsini, başqa sözlə desək, “olmalı” və “olmamalı” şeyləri ayırd etməkdir. Təqvasız adamın riyaziyyat, təbabət və sair kimi elmi məsələlərdən də aciz olmasını təsəvvür etmək düzgün olmaz. Baxmayaraq ki, təqva onun şüurunun inkişafında və ayıqlığında müəyyən qədər tə’sir göstərir.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin