NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


Bu da həmin xütbənin zahidlər barəsindəki bir hissəsidir



Yüklə 15,72 Mb.
səhifə10/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

Bu da həmin xütbənin zahidlər
barəsindəki bir hissəsidir

Zahidlər (zahirdə) dünya əhlindən olan, amma (batində) onun əhli olmayan bir dəstədirlər. Buna görə də dünyada onun əhli olmayan kəs kimidirlər (çünki ona ürək bağlamayır, onu müvəqqəti ev sanırlar). Onların dünyadakı əməlləri (ölümdən sonra) gördükləri şey üçündür. Qorxduqları əzabı dəf etməyə tələsirlər. (Dünya əhli ilə oturmalarına baxmayaraq, əslində) bədənləri axirət əhli arasında seyrdədir (-gücləri onlarladır). Dünya əhlinin, bədənlərinin ölməsinə əhəmiyyət verməsini görərlər. Onlar isə öz diri qəlblərinin ölməsinə əhəmiyyət verərlər. (İnsanların həmişə qalacaq qəlbi buraxıb fani bədənə yapışmalarını görərlər. Amma onların fikirləri bu olar ki, qəlbin ölməsinə səbəb olub ona çarə qılmaq üçün etməlidirlər.)
222- ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin-səlləllahu əleyhi alih-mədhi barəsindəki) xütbələrindəndir ki, onu Bəsrəyə gedərkən (Bəsrə yaxınlığındakı) «Zi-qar»da buyurub. Vaqidi onu «Cəməl» kitabında nəql edib.

Həzrət Peyğəmbər məmur edildiyi şeyi bəyan edib və Rəbbinin sifarişlərini (hökmlərini xalqa) çatdırıb. Beləliklə, Allah onun vasitəsi ilə bir-birindən ayrılmış şeyi nizam-intizama saldı, dağınıqları bir yerə topladı və sinələrdə şölələnən düşmənçilikdən və qəlblərdə alovlanan kin-küdurətdən sonra qohumlar arasında birlik yaratdı.


223- cü xütbə
İmam Əli əleyhis-salamın, səhabələrindən olmuş Abdullah ibn Zəməəyə buyurduğu kəlamlarındandır. Abdullah o Həzrətin xilafəti zamanında onun yanına gələrək (beytülmaldan) bir mal istədi. İmam əleyhis-salam buyurdu.

Bu mal nə mənimdir, nə də sənin, bəlkə müsəlmanların (müharibədə kafirlərə qalib gəlib əldə etdikləri) qənimətləri və onların qılınclarının məhsuludur. Buna görə də əgər sən döyüşlərində onlarla şərik olmusansa, onda onlar kimi sənin də payın var. Əks təqdirdə (sənin payın yoxdur, çünki) onların əllərinin topladıqları başqalarının ağzı üçün deyil.



224- cü xütbə
İmam Əli əleyhis-salamın (dilin natiq deyil nitq vasitəsi olması barəsindəki, eləcə öz zəmanəsinin adamlarını gələcək insanları vəsf etdiyi) kəlamlarındandır. (Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişini verdi. minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir.)

Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz.1 Həmçinin əgər şəxs bacarıqlı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Beyti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət dolğunluğun son həddində bəyan edə bilirik).

Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşayırsınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axtaran xardır. İnsanlar (Allah Peyğəmbərə) itaətsizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri ikiüzlü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hörmət qoymur və varlıları yoxsullarına əl tutmur.
225- ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. Ze’ləb Yəmani, Əhməd ibn Qutəybədən, o, Abdullah ibn Yəziddən və o, Malik ibn Dihyədən nəql edib ki: Biz Əmirəl-mömininin yanında idik və insanlar arasındakı fərqlərdən (bədənlərinin, əxlaqlarının davranışlarının yaxşı pisliyindən) söz düşdü. O Həzrət buyurdu:

Maya və yaradılışlarının mənşə və başlanğıcı onlar arasında ayrılıq salıb. (Onların fərqlərinin səbəbi vücuda gəldikləri yaradıldıqları ünsürlərin müxtəlif olmasıdır.) Bu, onların şor və şirin yerin və bərk və yumşaq torpağın bir parçası olmalarına görədir. (Xülasə, onların müxtəlif olmalarının səbəbi müxtəlif yerlərdə yetişən qida məhsullarından təşkil olunmuş nütfələrdir.) Buna görə də onlar (nütfələri təşkil olunan qidaların yetişmə) yerlərinin yaxın olması qədər bir-birlərinə yaxındırlar ( xasiyyətləri birdir). Eləcə də həmin yerin fərqliliyi miqdarında (sifətlərində) bir-birlərindən fərqlidirlər. Buna görə də (bəzən) gözəl üzlü ağlı az, uzun boylu az himmətli, gözəl əməlli çirkin üzlü, qısa boylu uzaqgörən, gözəl təbiətli pis xislətə bürünmüş, avara-sərgərdan və çaşqın qəlbli ağılı dağınıq və tutqun və xoş dilli qəlbi iti (bilikli gözüaçıq) olur.


226- cı xütbə
İmam Əli əleyhis-salamın Allahın Peyğəmbərini (səlləllahu əleyhi alih) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır.

Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey - nübüvvət, ilahi hökmlər və səma xəbərləri kəsildi.1 (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma Allah-təaladan günahlarımızın bağışlanmasını istə).
227- ci xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsində Həzrət Peyğəmbərin-səlləllahu əleyhi alih-mədhindəki) xütbələrindəndir.

Şükr o Allaha layiqdir ki, hiss və duyğular Onu (Onun zat həqiqətini) dərk etməz, məkanlar Onu əhatə etməz, gözlər Onu görməz və pərdələr Onu örtməzlər.1 Və yaratdıqlarının yaranması və zahir olması ilə Öz vücudunun qədimlik, əbədilik və varlığına dəlildir.2 Həmçinin yaranmışların bir-birlərinə oxşamaları Onun bənzərinin olmamasına dəlildir.3 O, Öz vədinə əməl edən və bəndələrinə zülm etməkdən uzaq olan Allahdır. Yaratdıqları ilə ədalətlə davranır və Öz hökmünü onlara düzlük və doğruluqla icra edir.1 Əşyaların hadis (sonradan yaradılmış) olmaları ilə Öz əzəliliyinə, onların nişanələri etdiyi acizlikləri ilə Özünün qüdrətliliyinə və onların naçarlıq üzündən barəsində narahat olduqları fanilikləri ilə Öz əbədiliyinə (ağıllardan) şahidlik etmələrini istəyib (ki, onlar hər bir hadis yaradılmışın yaradanının olması Allahın hadis olmaqdan naqislikdən pak uzaq olması qərarına gəlsinlər). O, bir və təkdir, amma ədəd və say əsasında olan birlik və təklik yox!2 Həmişə olub və var, amma müddət və zaman hesabı ilə yox! (Çünki zamanın yaradıcısı Odur.) Durub və bərqərardır, amma sütun və hamilərlə (onu saxlayan şeylə) yox! (Çünki hər bir şey Ona söykənir arxalanır.) Zəkalar Onu dərk edər, amma (hisslərlə) dərk etmək yolu ilə yox. (Çünki O, zehinlərdə sığışmaqdan pak uzaqdır.) Görünənlər ( ya gözlər) Onun vücudunun varlığına şəhadət verirlər, amma birgə, bir yerdə olmasına görə yox. (Çünki məhdud deyil ki, bir yerdə olsun, digər bir yerdə isə olmasın ya göz Onun başını görsün.) Düşüncələr Onu əhatə etməyib (Onun zatının dərinliyini həqiqətini dərk etməyiblər), bəlkə düşüncələr vasitəsi ilə düşüncələrə aşkar olub. (Ağıl düşüncə yolu ilə Ona yol tapıb, amma Onun zatının həqiqətini dərk etməyib. Çünki cisim deyil buna görə düşüncələr Onu əhatə etmir.) Həmçinin düşüncələrlə düşüncələrdən (onların Onu əhatə etməsindən) imtina edib. (Çünki mümkün varlığın düşüncəsi vacibul-vücud varlığa yol tapa bilməz buna görə Onu əhatə edə bilməz.) Eləcə də düşüncələri düşüncələrin yanında mühakiməyə gətirib.3 Onun böyüklüyü, nəhayətlərin Ona çatıb Onu cisim olaraq böyük göstərmələri şəklində deyil. Həmçinin Onun əzəməti sonluqların Onda sona çatmaları və Onu bədənə malik böyük kimi göstərmələri qismindən deyil.1 Bəlkə Onun şə’n, səltənət və padşahlığı böyükdür.

Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir. Allah ona və onun əhli-beytinə (xalqı hidayət etdikləri üçün) salam çatdırsın. Allah onu (insanların qəbul etmələri labüd olan dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o Həzrət də Allahın hökm və sifarişini onun vasitəsi ilə haqqı batildən ayıraraq çatdırdı; insanları nümayəndəsi olduğu doğru yola apardı; doğru yol və aşkar nişanələrə dəlalət edən bayraqları sancdı (ki, heç kəs batili haqq ilə azğınlığı düzlüklə səhv salmasın). Həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi (ki, həmin kəndir dəstəklərdən yapışan hər bir kəs azğınlıq bədbəxtlikdən nicat tapsın başqası ona hakim olmasın).
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin