NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə13/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

232-ci xütbə
İmam Əli əleyhis-salamın (təqva, dünyaya ürək bağlamamaq, ölümdən sonrakı çətinliklər bəlalarda səbrli olmaq barəsindəki) xütbələrindəndir.

Allaha bağışladığı nemətlərə görə şükr edirəm.2 Və Ondan haqlarını yerinə yetirmək (elm maarif əldə etmək vacib müstəhəbbi əməlləri yerinə yetirmək) üçün kömək istəyirəm ki, Onun qoşunu (mələklər, peyğəmbərlər, peyğəmbərlərin haqq canişinləri onların tabe davamçıları insanları düz yoldan azdıranlara azmışlara) qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi alih) Onun bəndəsi və elçisidir: (insanları) Allaha itaət etməyə və tabe olmağa dəvət etdi, Onun dini yolunda cihad edib vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o Həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək (dinini məhv etmək) üçün çalışaraq səy göstərmələri, onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın.1 Çünki pərhizkarlıq tutacağı möhkəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. (O, dünya axirət bədbəxtliyindən nicat tapmağa qurtulmağa səbəb olur. Ölüm gəlib çatmamışdan itaət bəndəliklə, eləcə bağışlanmaya səbəb olan vasitələrlə) ölümə və onun çətinliklərinə doğru tələsin, gəlməmişdən (özünüzü) onun üçün bəzəyin və daxil olmamışdan hazır olun.2 Çünki qiyamət (savab cəza veriləcəyi zaman), işin sonudur ( ölüm onun ilk mənzilidir). Ölüm ağıllıya öyüd vermək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona (qiyamətə) çatmamışdan qabaq qəbirlərin darısqallığı, (sərvət, övlad dostlardan ayrılmağa görə yaranan) qəm-qüssənin çoxluğu, (qiyamətin vəziyyətindən) xəbərdar olacağınız yerin (Bərzəxin) qorxusu, qorxu və vahimənin ardıcıl gəlməsi, (qəbrin təzyiqi nəticəsində) qabırğaların yerlərinin dəyişməsi, qulaqların (qorxunc səslərdən) tutulması, ləhədin (qəbirdəki çuxurun) qaranlığı, Allahın (peyğəmbərlərinin dili ilə) xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və (vasitəsi ilə qəbrin ağzı bağlanan) enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz.

Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, Allahdan qorxun!1 Çünki dünya sizə (axirət yolu olan sizdən qabaqkıların keçdikləri) bir yoldan keçəcəkdir. (O, hamını həmin yol ilə aparır heç kəsi yerdə qoymur.) Siz qiyamətlə bir ipə bağlanmısız (sizinlə onun arasında uzun bir fasilə zaman yoxdur). Sanki qiyamət öz əlamət və nişanələrini aşkar edib, bayraqlarını (qabaqkılara birləşməyin müqəddiməsini) yaxınlaşdırıb və sizi (hesab sorğu-sual üçün) öz yolu üstündə saxlayıb. Sanki çətinliklərini önə gətirib və (yükün, belindən götürülməsi üçün sinəsini yerə qoyan dəvə kimi) sinələrini açıb (ağrılı əzablarını üzə çıxarıb). Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Odur ki, keçən bir gün və ya başa çatan bir ay kimi idi. Onun təzəsi köhnəldi və kökü arıqladı (bədənlər zəifləyərək gücsüzləşdi). (Onları) darısqal yerdə (qiyamətin, çətinlikləri ağır qurtulmaq qeyri-mümkün olan) qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şöləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvayedici olan (dar yerində saxlayacaqlar). (Pərhizkarlar barəsində isə Allah-təala Qurani-Kərimin Zumər surəsinin 73- ayəsində belə buyurur:) «وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ» «Rəbbindən qorxanlar (dünyada pərhizkar olanlar) dəstə-dəstə Cənnətə doğru aparılacaqlar. (Mələklər onları aparacaqlar. Nəhayət, ora çatınca onun qapıları açılacaq Cənnətin qapıçıları onlara deyəcəklər: Salam olsun sizə, pak pakizəsiniz: dünyada özünüzü günahlara bulaşdırmadınız. Buna görə Cənnətə daxil olun həmişəlik orada qalın.)» Beləliklə, əzabdan xatircəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, (gözləmə halından xaric olub) onlar da öz mənzil və məskənlərindən şaddırlar. (Bunlar) o kəslərdirlər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə (Allah xofu əzabın qorxusundan) ağlar olub. Dünyada onların gecələri itaətkarlıq etmələri və bağışlanma istəmələrinə (gecəni ibadət bəndəliklə keçirdiklərinə) görə gündüz (kimi), gündüzləri isə (əzabdan) qorxduqları və (dünyadan) uzaqlaşdıqları ( razü-niyazla məşğul olduqları) üçün gecə (kimi) olub. Buna görə də Allah Cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həmçinin sabit və dəyişməz nemət və şadlığa, Cənnətə və onun sakinlərinə daha layiqdirlər.

Belə isə, ey Allahın bəndələri, (indi ki, Cənnət Cəhənnəm əhlinin halını eşitdiniz,) nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edəninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun.1 Əməlinizlə öz ölümlərinizi qabaqlayın. (Elə olun ki, ölüm gələndə iztirab narahatlıq keçirməyəsiniz.) Çünki siz qarşıya göndərdiyiniz şeyin girovusunuz və yerinə yetirdiyiniz şeylərə görə cəzalandırılacaqsınız (əvəz alacaqsınız). Sanki ölüm sizi haqlayıb. Buna görə də nə (öz çirkin əməllərinizin düzəldilməsinə) nail olmaq üçün qayıdış var, nə də (etdiyiniz) günah və büdrəmələrdən xilas olacaqsınız.2 Allah bizi və sizi Özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən (günahlarımızdan) keçsin.



(Yuxarıda deyilmiş məsələlərdə fikrə dalıb düşündükdən sonra) öz yerinizdə oturun (lazımsız yerə həddinizi aşmayın), bəla və çətinliyə (küfr azğınlığa) səbrli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın (davakar olmayın söyüş söyərək boş sözlər danışmayın). Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin.1 Çünki sizdən hər kim Allahın, Onun Peyğəmbəri və elçisinin və o Həzrətin əhli-beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi (mükafatı) Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır (ki, həmin müddəti keçməyincə çalışmağın faydası olmaz).2

233- cü xütbə
İmam Əli əleyhis-salamın (pərhizkarlıq dünyaya ürək bağlamamaq barəsində buyurduğu) xütbələrindəndir.

Şükr o Allaha layiqdir ki, şükrü (nəticəsində saysız nemətləri) yaranmışlar arasında yayılıb, Onun (dininin yolunda düşmənlərinə qarşı cihad edən mələklər, peyğəmbərlər, onların haqq canişinləri möminlərdən ibarət) qoşunu qalibdir və böyüklüyü (hər şeydən) üstündür. Ona bir-birinin ardınca olan (ağılların, müqabilində heyran olduğu dillərin saymaqda aciz qaldığı) nemətlərinə və böyük bəxşişlərinə görə şükr edirəm. O Allah ki, çox səbrlidir (günahkarları tez cəzalandırmır)(onların əfv edilməsi mümkün olan günahlarını) bağışlayır. Barəsində qərar çıxardığı (təqdir etdiyi) şeydə ədalət və insafla (hikmət əsasında) davranıb. Baş verənləri və baş vermişləri bilir. (Onun gələcək keçmiş barəsindəki elmi birdir. Başqasını) təqlid etmədən və (heç kəsdən) öyrənmədən, hansısa bir uzaqgörən sənətkarın nümunəsindən istifadə etmədən (çünki O, başlanğıcların başlanğıcı birincisidir ki, Onun üçün hansısa bir birinci fərz edilmir), səhv və xəta ilə qarşılaşmadan və (məsləhətləşmə aparmaq üçün ağıllı alim insanlardan ibarət) bir dəstəni bir yerə toplamadan (çünki O, elmin özüdür buna görə məsləhətləşməyə ehtiyac yaranmasına səbəb olan səhv xəta Ona yol tapa bilməz) Özünün (zatının eyni olan) elmi ilə yaranmışları vücuda gətirən və (heç kəsin mane olub qarşısını ala bilmədiyi) əmr və fərmanı ilə onları yaradandır. Və şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi alih) Onun bəndəsi və elçisidir. Onu insanlar çoxlu zəlalət və azğınlıqlar içərisində dolaşdıqları və çaşqınlıq və iztirab içərisində batıb-çıxdıqları bir zamanda göndərdi. Həlakət və bədbəxtlik cilovları onları sürükləyirdi ( dünya axirət çətinliklərinə tərəf çəkirdi) və qəlblərinə azğınlıq qıfılları vurulmuşdu. (Belə ki, onlarda haqq həqiqət nuru tapılmırdı.)

Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva Allahın sizin boynunuzda olan haqqıdır1 və o, Allahın sizin haqqınızı (əməllərinizə əvəz) verməsini zəruriləşdirərək bərqərar edən amildir. Həmçinin sizə tövsiyə edirəm ki, Allahdan təqvalı olmaq üçün kömək diləyəsiniz (sizi təqvalı pərhizkar olmağa müvəffəq etməsini istəyəsiniz) və təqvadan Allah (Ona yaxınlaşmaq) üçün yardım istəyəsiniz. (Pərhizkar olun ki, Allaha yaxınlaşasınız.) Çünki təqva bu gün (dünyada) pənah və (çətinliklər müqabilində) qalxan, sabah (qiyamətdə) isə Cənnət yoludur. Onun yolu aşkar, yolçusu xeyir götürən və əmanət saxlayanı (Allah) qoruyandır. (Onun yanında əmanət itmir məhv olmur, bəlkə O, qiyamət günü onları çox artıq xeyirlə geri qaytaracaqdır.) Təqva həmişə özünü keçmiş insanlara və qalanlara göstərib və göstərməkdədir (ki, ondan bəhrələnsinlər). Çünki onlar sabah (qiyamətdə) ona möhtacdırlar. O sabah ki, Allah yaratdıqlarını qaytaracaq (ölüləri dirildəcək), (dünya onun malından) verdiklərini alacaq və əta etdiyi (saysız nemətlərin hansı yollarda sərf edilməsi) barəsində soruşacaq. Buna görə də təqvanı qəbul edib onu sədaqətlə öz şüarı edən kəslər nə qədər də azdırlar. Onlar say baxımından azdırlar və eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vəsf və tərifinə layiqdirlər ki, (Qurani-Kərimin Səba surəsinin 13- ayəsində) buyurur: «وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُ» «Mənim çox şükr edən bəndələrim azdırlar». Belə isə qulaqlarınızla təqvaya (onun sfini eşitməyə) tərəf tələsin (ki, başa düşəsiniz), səy və təlaşınızla ona riayət edin (ki, nicat tapasınız) və onu keçən (əldən çıxmış) hər bir şeyin müqabilində əvəz və canişin, hər bir müxalifin (haqq yolunun əleyhdarının) qarşısında müvafiq (tərəfdar) edin. Təqva vasitəsi ilə yuxunuzu qaçırdın (qəflət yuxusundan oyanın) və gününüzü ayırın (dünyaya ürək bağlamayın). Onu qəlblərinizin ayrılmaz yoldaşı edin (heç vaxt ondan uzaqlaşmayın) və günahlarınızı onunla yuyun. Xəstəliklərinizi onunla müalicə edin və onunla ölümü qabaqlayın (elə bir görün ki, ölümdən heç bir nigarançılığınız olmasın). Təqvanı zay edib əldən çıxarmış kəsdən1 ibrət götürün. Məbada ona tabe olan kəs sizdən ibrət götürmüş olsun. Bilin! Təqvanı (təkəbbür, xudbinlik, riyakarlıq özünü göstərmək kimi xislətlərə düçar olmaqdan) qoruyun və özünüz də onun vasitəsi ilə qorunun. (Çünki təqva əzab müqabilində sığınacaq qalxandır.) Dünyadan uzaq və axirətə aşiq və vurğun olun. Təqvanın ucaltdığı kimsəni alçatmayın (pərhizkarları xar sanmayın ki, bu, təqva pərhizkarlığa ziddir) və dünyanın qaldırdığı kəsi yüksək məqamlı hesab etməyin.1 Dünyanın ildırımlı buluduna (parıldayan malına) göz dikməyin. Onun danışanına qulaq asmayın, çağıranının dəvətini qəbul etməyin (dünyapərəstlərlə isnişərək get-gəl etməyin), parıltısında işıqlıq axtarmayın və nəfis mallarına tovlanmayın. Çünki onun ildırımı yağışsız, söhbəti yalan, malları qarət (olunmuş şeylər) və nəfis malları oğurluqdur. Bilin! Dünya, özünü (kişilərə) göstərib üzünü döndərən əxlaqsız qadına bənzəyir. Həmçinin hərəkət edərkən dayanıb əmrə tabe olmayan itaətsiz ata bənzəyir. O, çox xəyanətkar yalançı, naşükür davakar, (haqq yoldan) sapan cəfakar, (doğru yoldan) çox uzaqlaşan, narahat və qarmaqarışıqdır. Onun adəti (bir haldan digər bir hala bir şəxsdən digər şəxsə) keçmək, ayağının altı titrəyən və qeyri sabit, möhtərəmliyi xarlıq, səy və çalışması oyun və zarafat, yüksəkliyi alçaqlıqdır. Dünya, malı almaq (quldurluq), soyğunçuluq, qarətçilik, məhv və həlak etmək evidir. Onun əhli ayaq üstədir (çətinliklərin çoxluğundan bir an olsun belə rahatlıq dinclikləri yoxdur), qovulurlar, (qabaqkılara) birləşəcəklər və (mal, arvad, övlad, qohum dostlardan) ayrı qalacaqlar. Onun yolları çaş-baş salan (gedənlər, hara getdiklərini hara çatacaqlarını bilmirlər), daldanacaqları acizləşdirən (insanlar onda bir sığınıcaq tapmırlar əllərini bir yerə ilişdirə bilmirlər) və məqsədləri ümidsizləşdirəndir (heç kəs onda öz istəyinə çatmır). Buna görə də sığınacaqlar dünyapərəstləri (bəla çətinliklərə) təslim edib və onları saxlamayıb, mənzillər onları kənara atıb və zirəkliklər onları acizləşdirib və yorub.2 Buna görə də (dünya əhlinin) bəzisi nicat tapıb, (amma) ayaqları kəsilib və yaralıdır. Bəzisi ayrılmış ət kimi, bəzisi başı kəsilmiş bədən, bəzisi isə tökülmüş qan kimidir. Bəzisi (qəm-qüssədən) əllərini gəmirər, bəzisi (heyfslənərək) əllərini bir-birinə vurar, bəzisi (çarəsizilkdən) yanaqlarını dirsəklərinə qoyar, bəzisi öz fikrini məzəmmət edərək səhv sanar, bəzisi öz məqsədindən daşınar. Halbuki tədbir töküb çarə qılmaq fürsəti əldən çıxıb (onların xeyri yoxdur), gözlənilməz bəla üz tutub (ölüm gəlib çatıb -işdən keçib) və həmin vaxt qaçmaq zamanı deyil. (Allah Qurani-Kərimin Sad surəsinin 3- ayəsində buyurur: «كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ» «Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar (qaçmaq üçün) fəryad edib kömək diləyirdilər, lakin artıq qaçıb can qurtarmaq vaxtı deyildi».) (Ölüm gəlib çatdıqdan sonra ondan qaçmaq ya bir görmək xülyası həqiqətdən) çox-çox uzaqdır!!! Həqiqətən əldən çıxan əldən çıxdı, keçən keçdi (günahları islah etmək səhv çirkin işlərin yerini doldurmaq zamanı arxada qaldı) və dünya, (əhlinin arzularına uyğun şəkildə deyil) öz ürəyi istəyən kimi keçdi. (Qurani-Kərimin Duxan surəsinin 29-cu ayəsində buyurulur:) «فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاء وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ» «Beləliklə, göy və yer əhli dünyapərəstlərin həlakına ağlamadı (özlərini qəmləndirmədilər) və onlar (əzabdan qurtulmaq yolunu tapmaq üçün) möhlət verilənlərdən deyildilər».
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin