234- cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir ki, bəziləri onu «Qasiə» («قاصِعَه») xütbəsi adlandırırlar.1 O, təkəbbür və itaətsizlik göstərmiş, Adəm əleyhis-salama səcdə etməmiş, təəssübkeşlik göstərib haqqı qəbul etməməsini aşkar etmiş ilk varlıq olmuş, məğrurluq və xudbinliyə qapılmış şeytanın (Allah ona lə’nət etsin) məzəmməti və (eləcə də) insanları onun yol və üsuluna tabe olmaqdan çəkindirmək barəsindədir (və bu xütbə «Nəhcül-Bəlağə»nin xütbələrinin ən uzunudur).
Şükr o Allaha layiqdir ki, qüdrətlilik və böyüklüyü (qüdrət və böyüklük libasını) geyindi (qüdrətlilik və böyüklük ancaq Ona məxsusdur ki, heç nə Onu zəif sala bilməz və Onun həqiqətinə çata bilməz) və bu iki sifəti yaratdıqlarına deyil, Özünə məxsus etdi. (O, bu sifətlərdə tək və yeganədir. Çünki Ondan başqa hər bir şey zatən qüvvətsiz, əlaltı və hər şeydə başqasına möhtacdır.) Onları Özündən başqasına qadağan və haram etdi (buna görə də heç kəs onların iddiasını edə bilməz və əgər etsə cavab verməli olacaq, cəzalandırılacaq) və Öz cəlalı üçün seçdi. Bəndələrindən bu iki sifətdə Onunla çəkişmə aparan (özünü qüdrətli və böyük tutan) kəs üçün lə’nət (rəhmindən uzaqlıq) müəyyənləşdirib.2 Beləliklə, bu iki sifəti Özünə məxsus etdiyinə görə dərgahına yaxın olan mələkləri, onların təvazökarlarını təkəbbürlülərdən (cindən olub mələklərin arasında Adəmə səcdə etməyə əmr olunan şeytandan) seçib ayırmaq üçün sınadı.1 Qəlblərin gizlinlikləri və gözlərdən örtülü olan qeybləri bilməsinə baxmayaraq, (Qur’ani-Kərimin Sad surəsinin 71-74-cü ayələrində bildirildiyi kimi) buyurdu: «إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ إِلَّا إِبْلِيسَ» «Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin (təzim edərək təvazökarlıq göstərin. Yaxud onu öz qibləniz edin. Çünki Allahdan başqası üçün ibadət və bəndəlik səcdəsi etmək qadağandır). Beləliklə də, mələklərin hamısı birlikdə səcdə etdi, İblisdən başqa!»2 (Xülasə, o, Adəmə səcdə etmədi, çünki) təkəbbür və öyünmə ona üz tutdu. Beləliklə, öz yaradılışı ilə Adəmə öyünərək nazlandı və öz əslinə (yaranmış olduğu oda) təəssüb göstərərək aşkarcasına Haqqın əmrindən boyun qaçırdı. (Və dedi: Onu palçıqdan, məni isə oddan yaratmısan. Mən ki, ondan yaxşıyam, ona nə üçün səcdə etməliyəm?) Beləliklə, Allahın düşməni (Şeytan) təəssübkeşlərin başçısı və təkəbbürlülərin qabaqda gedənidir ki, təəssübkeşliyin təməlini qoydu, Allahla (Ona məxsus olan) əzəmət və böyüklüyündə çəkişdi, (layiq olmadığı) izzət və ucalıq libası geyindi və (layiq olduğu) zillət və xarlıq geyimini kənara atdı.
Məgər Allahın onu təkəbbür və itaətsizliyinə görə necə kiçiltdiyini və məğrurluğuna görə necə alçatdığını görmürsünüz? Buna görə də onu dünyada (Öz rəhmətindən) qovdu1 və axirətdə onun üçün alovlanan od hazırlayıb.2
Əgər Allah-təala Adəmi parıltısı gözləri qamaşdıran və gözəlliyi ağılları məğlub edən (ağılların, müqabilində heyran və məəttəl qaldıqları) nurdan və ya gözəl iyi insanları bürüyən xoş ətirli şeydən yaratmaq istəsəydi, mütləq yaradardı. Əgər (elə) yaratsaydı, boyunlar Adəmin müqabilində əyilərdi və onun barəsindəki sınaq mələklərə asan olardı. (Şeytan durmadan ona səcdə etməyə tələsər və onu özündən aşağı təsəvvür etməzdi). Lakin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah yaratdıqlarını (başqalarından) fərqləndirmək və ayırmaq, təkəbbür və itaətsizliyi aradan qaldırmaq və özünü bəyənmək xüsusiyyətini onlardan uzaqlaşdırmaq üçün əsl və səbəbini bilmədikləri bəzi şeylərlə imtahan edir (ağlın hikmətini dərk etmədiyi şəriət hökmlərinin çoxu da bu qəbildəndir).
Buna görə də Allahın şeytan barəsindəki işindən ibrət götürün ki, onun uzun müddətli ibadət və bəndəliyini, çoxlu səy və təlaşını (təkəbbür və itaətsizliyinə görə) heç və puç etdi. Halbuki o, Allaha altı min il ibadət etmişdi ki, onun dünya, yoxsa (bir günü dünyanın əlli min ilinə bərabər olan) axirət illərindən olması məlum deyil (siz bilmirsiniz və dərkiniz naqisdir). (Bu,) bir saatlıq təkəbbürlülük və itaətsizliyə görə (oldu ki, o özünü Adəmdən üstün bildi və ona səcdə etmədi)! Belə isə kim şeytandan sonra onun günahı kimi bir günah (təkəbbür və itaətsizlik) etməklə Allahın əzabından amanda qala bilər? Əsla! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç vaxt heç bir insanı, səbəbindən bir mələyi (şeytanı) Cənnətdən çıxardığı işlə ora daxil etməyəcək.1 Allahın göy əhli (mələklər) və yer əhli (insanlar) barəsindəki hökmü birdir. Onunla yaratdıqlarının heç biri arasında Onun yaranmışlara haram edib ancaq Özünə məxsus etdiyi şeyi (əzəmət və böyüklüyü) rəva bilmək barəsində icazənamə yoxdur.2
Odur ki, ey Allahın bəndələri, Allahın düşməninin (şeytanın) sizi öz dərdinə (təkəbbür və itaətsizliyə) düçar etməsindən (özü kimi təkəbbürlü və itaətsiz edərək Allahın rəhmətindən uzaqlaşdırmasından), sözləri ilə sizi (doğru yoldan) saxlayaraq narahat etməsindən və qoşununun (davamçılarının) atlı və piyadalarını sizin ətrafınıza toplamasından qorxun. Canıma and olsun ki, o, kamanının yayına sizin üçün şər (azdırmaq) oxu qoyub və sizi nişan alaraq onu bərk özünə tərəf çəkib. Sizə yaxından ox atıb (ki, səhv getməsin). Və (Allahın, Qur’ani-Kərimin Hicr surəsinin 39-cu ayəsində nəql etdiyi kimi belə) deyib: «رَبِّ بِمَا أَغْوَيْتَنِي لَاُزَيِّنَنَّ لَهُمْ فِي الْاَرْضِ وَلَاُغْوِيَنَّهُمْ أَجْمَعِينَ» «Ey Rəbbim! (Adəmə səcdə etmədiyim üçün) məni azdırdığına görə mütləq mən də yer üzündə Adəm övladlarının qarşısında günahları yaxşı göstərəcəyəm (ki, itaətdən qalsınlar) və onların hamısını azdıracağam». Halbuki (o, bu sözü bilmədən) qeybdən xəbər verərək və səhv gümana əsaslanaraq deyib. (Amma) qürurun övladları, təəssübkeşliyin qardaşları və təkəbbürlülük, cahillik və nadanlıq süvariləri onun iddiasını təsdiqləyərək gerçəkləşdirdilər.1 Nəhayət, sizin (doğru yoldan çıxmış) itaətsiziniz ona tabe oldu və (buna görə də) onun sizin barənizdəki (sizi azdırmaq üçün olan) tamah və hərisliyi möhkəmləndi. Buna görə də gizlinin necəliyi aşkar oldu. (Onun vəsvəsələrinin nişanələri sizin qəlblərinizdə aşkar olub ki, çəkinmədən Allahın göstərişlərinə zidd davranırsınız.) Onun sizi ələ keçirməsi gücləndi və öz qoşununu sizə yaxınlaşdırdı. Beləliklə, onlar sizi zillət və xarlıq mağaralarına atdılar və ölüm (məhv olma) çalasına tulladılar. Sizi gözlərə nizə batırmaq, boğazları kəsmək, burunların deşiyini əzişdirmək kimi ağır yaralarla, həmçinin ölüm yerinizə atmaq qəsdi və buruna taxılan məcburiyyət və qəzəb noxtasının halqası ilə, sizin üçün hazırlanmış oda tərəf sürükləmək istəyi ilə tapdalayaraq məhv etdilər.2 Beləliklə, şeytan, sizin dininizi yaralamaq (ona ziyan vurmaq) və dünyanızda alov qızışdırmaqda (fitnə-fəsad yaratmaqda), aşkarcasına düşmənçilik edib onlara qarşı (vuruşmaq üçün) toplaşdığınız (bir-birinizdən kömək istədiyiniz) düşmənlərdən də böyük və tutuşdurucu amilə çevrilib. Buna görə də öz güc və təlaşınızı onu dəf etməyə səfərbər edin. Allaha and olsun ki, o, sizin soyunuza (atanız Adəmə) öyünərək nazlanıb, şan-şöhrətinizi (qüdrət və məqamınızı) məzəmmət edib və nəsəbinizi (qohum-əqrabalıq əlaqələrinizi) kiçildib və alçaldıb. O, sizin üçün (sizi azdırmaq üçün) öz süvarilərini səfərbər edib, piyadaları ilə sizin yolunuzun fikrinə düşüb (ki, azğınlıqda qalaraq hidayət və nicat yoluna qədəm basmayasınız). Sizi harada ovlasalar tələyə salarlar, barmaqlarınızın ucunu kəsərlər. Hiylə və bicliklə (onlardan) imtina edə və əzm və iradə ilə (onları) dəf edərək özünüzdən uzaqlaşdıra bilməzsiniz. Halbuki siz zillət və xarlıq dəryası, dar halqa, ölüm düzənliyi və bəla və çətinliyin (dünyanın bəla və çətinliklərinin) cövlan etdiyi yerdəsiniz (onlara düçarsınız və pis işlərə əmr edən nəfsi öldürməkdən və ona tabe olmamaqdan başqa heç cür şeytanın şərindən qurtula bilməzsiniz). Buna görə də qəlblərinizdə gizlənmiş təəssübkeşlik alovu və cahiliyyət dövrünün kin-küdurətlərini söndürün ki, müsəlmanda olan bu təkəbbür, itaətsizlik və özündənrazılıq şeytanın qıcıqlandırmalarından və onun öyünmələri, məhv etmələri və vəsvəsələrindəndir. Özünü aşağı tutmağı başlarınızın üzərinə qoyaraq lovğalıq və özündən razılığı ayaqlarınız altına atmaq qərarına gəlin. Təkəbbür və məğrurluğu boyunlarınızdan uzaqlaşdırın və təvazökarlıqdan sizinlə düşmən olan şeytan və onun qoşunu arasında tamamilə silahlanmış qoşun yerinə istifadə edin. Çünki onun hər bir millətdən qoşunları, yardımçıları, atlı və piyadaları vardır (ki, onlar sizi bəla və məhvə düçar etmək üçün ona kömək edərək təkəbbür və məğrurluğu sizin gözlərinizdə yaxşı göstərirlər).1 Anasının oğluna (Habilə) qarşı lovğalanmış itaətsiz təkəbbürlü (Adəm əleyhis-salamın oğlu Qabil) kimi olmayın. O, Allahın ona heç bir üstünlük verməməsinə baxmayaraq, qardaşına qarşı təkəbbür göstərdi. Ona həsəddən yaranan təkəbbür və məğrurluq üz tutdu və qəzəb odundan onun qəlbində təəssübkeşlik və kin yarandı. Və şeytan onun burnuna təkəbbür və özünü böyük tutmaq küləyi üfürdü. Elə özündən razılıq və itaətsizlik ki, Allah təkəbbür və məğrurluqdan sonra ona peşmançılıq verdi.1 Və qiyamətə kimi, qatillərin günahını ona yoldaş etdi.2 Bilin ki, siz Allahla düşmənçiliyi aşkar etmək və möminlərlə müharibə etmək üçün (ev-eşiklərinizdən) xaric olmaqla zülmkarlıqda çox cəhd göstərdiniz və yer üzündə fitnə-fəsad törətdiniz!3 Buna görə də təəssübdən doğan təkəbbür və cahiliyyət öyünmələrində Allahdan qorxun, Allahdan qorxun! Çünki təkəbbür düşmənçilik amili və şeytanın üfürmə meydanlarıdır ki, həmin üfürmələrlə keçmiş ümmətləri və ötən nəsilləri (Nuh, Ad və Səmud tayfalarını və Firon və Nəmrud kimilərini) aldadıb4 və nəticədə onun nadanlıq zülmətlərinə və azğınlıq tələlərinə doğru tələsiblər. Belə ki, onun sövq etməsi müqabilində ram və sürükləməsi qarşısında (onun dalınca düşməkdə) sakit (təslim) idilər. Onlar, qəlblərin barəsində yeksan olduğu və keçmişlərin, bir-birinin ardınca güdazına getdikləri işə - ürəklərin səbəbindən (kin-küdurət və paxıllıqdan) sıxıldığı təkəbbür və lovğalığa tərəf tələsdilər.
Xəbərdar olun! Qorxun və çəkinin o böyüklərinizə və başçılarınıza tabe olmaqdan ki, (xalq arasında qazandıqları) yüksək məqam və ad-sandan təkəbbürlülüyə düçar oldular, öz nəsəblərinə (vücuda gəldikləri ailələrinə) qədərindən artıq öyündülər, (öz gümanlarında) xoşagəlməz və çirkin olan şeyi Rəbblərinə nisbət verdilər1, Allahın qəzavü-qədəri ilə müharibə etmək və nemətləri ilə vuruşmaqla Onun onlara etdiyi yaxşılıqları inkar etdilər.2 Buna görə də onlar təəssübkeşlik təməlinin dirəkləri, fitnə və çaxnaşma dayağının sütunları və cahiliyyət fəxr və öyünmələrinin qılınclarıdırlar.3 Buna görə də Allahdan qorxun və sizə verdiyi nemətlərinə (təkəbbür və məğrurluqla) nankor və sizə etdiyi yaxşılıqlarına görə paxıl olmayın.4 Yaxşı və başçı sandığınız pis və alçaqlara tabe olmayın. Çünki onlar sizin tutqun lilli sularını öz duru və təmiz suyunuz ilə bir yerdə içdiyiniz, xəstəliklərini öz sağlamlıqlarınız ilə qatışdırdığınız və batil və əyriliklərini öz haqq və düzlüyünüzə daxil etdiyiniz kimsələrdir.5 Halbuki onlar fisqin (Allahın itaətindən çıxmağın) əsası, günah və (Allah, Peyğəmbər və İmamla) müxalifətin yavər və ayrılmaz yoldaşıdırlar. Şeytan onları azğınlıq daşıyan dəvələr, vasitələri ilə xalqa hökmranlıq etdiyi qoşun və xalqın dilində danışan dilmanc edib ki, sizin ağıllarınızı oğurlasın (yalan sözlərlə sizi Allahın zikrindən və axirəti yada salmaqdan qafil edərək saxlasın), gözlərinizə daxil olsun (dünya həyatı və günahları sizin nəzərinizdə gözəlləşdirsin və nəticədə Allahın nişanələrinə nəzər salmaqdan qalasınız), qulaqlarınıza üfürsün (sizə o qədər puç və çirkin sözlər öyrətsin ki, Allahın və Peyğəmbərin sözlərinə qulaq asmayasınız). Beləliklə, (ağıllarınızı oğurlamaq, gözlərinizə daxil olmaq, qulaqlarınıza üfürməkdən əldə etdiyi nəticə budur ki,) sizi özünün (həlak və məhvetmə) oxunun nişangahı, (zillət və xarlıq) ayaqaltısı və əl tutacaq yeri edir. Buna görə də (indi ki, şeytanın təkəbbürlü insanların vasitəsi ilə sizi azdırmasını başa düşdünüz, onlara tabe olmayın və təkəbbür və məğrurluğu öz şüarınız etməyin və) Allahın cəzalandırmasından və Onun (nəmrudçular, fironçular və başqaları kimi) sizdən qabaqkı təkəbbürlülərə gəlib çatmış əzablarından ibrət alın, üzlərinin torpağa atıldığı və böyürlərinin düşdüyü yerlərdən (qəbirlərdən) öyüd götürün (qarşısından pərdələr asılan üzlərin torpağa qoyulmasına və sincab yataqlara qoyulan böyürlərin quru yerə sərilməsinə nəzər salın) və zəmanənin çətin hadisələrindən Allaha pənah apardığınız kimi, təkəbbür və məğrurluq yaradan şeylərdən də Ona pənah aparın. (Hətta təkəbbür yaradan amillərdən Allaha pənah aparmaq zəmanənin hadisələrindən Ona pənah aparmaqdan daha mühümdür. Çünki təkəbbür axirət əzab və ağrılarına, zəmanənin hadisələri isə dünya işlərində əzab-əziyyətə səbəb olur və axirət ağrı-acıları daha mühümdür. Ona görə ki, onlardan nicat tapılması qeyri-mümkündür.)
Əgər Allah, bəndələrindən kiməsə təkəbbürlülük və öyünmək icazəsi versəydi (bu işi kiməsə rəva bilsəydi), bu icazəni Öz peyğəmbərlərinə və dostlarına verərdi. Lakin (heç kəsi istisna etmədən) onları təkəbbürlülük və öyünməkdən çəkindirərək onların təvazökarlıq etmələrini bəyənib. Beləliklə, onlar (da Allahın təvazökarlıq barəsindəki əmr və göstərişinə tabe olaraq itaətkarlıq və təvazökarlığın çoxluğundan) üzlərini yerə qoyub sifətlərini torpağa sürtdülər və öz (xidmət və mehribançılıq) qanadlarını möminlər və Allaha ibadət edənlər üçün aşağı saldılar (lovğalanaraq öyünmədilər). Peyğəmbərlər və Allahın dostları zəif sayılan (insanlar və dünyatələblərin, öz nəzərlərində zəif və aciz sandıqları) bir dəstə idilər ki, Allah onları aclıqla sınamışdı, çətinliklərə düçar etmişdi, qorxu yerləri ilə imtahana çəkmişdi və çirkinliklərdən təmizləyərək paklaşdırmışdı. Buna görə də (peyğəmbərlər və Allahın dostları, dünyanı bu minvalla keçirdikləri üçün) varlılıq və yoxsulluğun sınaq və imtahan yerlərini bilmədiyiniz üçün Allahın razılıq və qəzəbinin (meyarının) var-dövlət və övlad sahibi olmaq olmasını güman etməyin (ki, var-dövlətə və övlada sahib olmaq Onun razılığının, olmamaq isə qəzəbinin nişanəsi deyil). Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 55-56-cı ayələrində) buyurur: «
Dostları ilə paylaş: |