Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə81/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   145
Azf-277620

Orfoepik qaydalar
. Tələffüz zamanı səslərin bir-birinə təsiri, bu 
səbəbdən səslə hərf, yazı ilə deyiliş arasında yaranan fərqli cəhətlər, əsasən, üç 
fonetik məqamla bağlı olur:
1) Sözün daxilində baş verən fonetik dəyişmə. Bu özünü aşağıdakı 
formalarda göstərir: 
a) bir səsin yanaşı gələn digər səsə təsiri nəticəsində həmin səslərdən 
birinin öz hərfi işarəsindən fərqli tələffüz olunması. Məsələn,
yazılır
– sünbül, mənbə, dəftər, nöqtə, səkkiz, məftil, avtobus, Səttar. 
deyilir
– sümbül, məmbə, dəfdər, məfdil, nöktə, səkgiz, aftobus, Sətdar. 
b) müəyyən bir səs tələffüz olunmur. Bu hal qoşasaitli və samitli sözlərin 
deyilişində özünü göstərir. Məsələn,
yazılır
– müəllim, müasir, attestat, qrammatika, keyfiyyət. 
deyilir
– m(ə)llim, m(a)sir, a(t)estat, qra(m)atika, keyfi(y)ət. 
c) tələffüz olunan səsin hərfi işarəsi olmur. Məsələn, ailə - a(y)ilə, dairə - 
da(y)irə, Nailə - Na(y)ilə və s. 
2) Söz sonunda səsin tələffüzü. Bu aşağıdakı şəkillərdə müşahidə olunur: 
a) sözün son səsi şəkilçinin ilk səsinin təsiri ilə dəyişilib başqasına keçir. 
Məs.; növbətçi - n[ö:]bə[ç]çi, uçdu - u[ş]du, gecdir - ge[j]dir, qaşıqsız - qaşı[x]sız, 
yanmış - ya[m]mış, kənddən – kən[t]dən, rusca - ru[ç]ça və s. 
b) şəkilçinin ilk səsi sözün son səsinin təsiri ilə dəyişib başqa səslə 
tələffüz olunur. Məsələn, məndən – mən[n]ən, Salmandan - Salman[n]an, qarlı - 
qar[r]ı, qanlı - qan[n]ı, atlı -at[d]ı və s. 
3) Söz birləşmələrində ikinci sözün ilk səsinin təsiri ilə birinci sözün son 
səsi dəyişilərək tələffüz olunur, bəzi hallarda tələffüzdən düşür. Məsələn, palıd 
kötüyü - palı[t] kötüyü, uşaq kitabxanası - uşa[x] kitabxanası, oxumaq həvəsi - 
oxuma[x] həvəsi, dost köməyi – dos köməyi, kənd yumurtası – kən[t] yumurtası 
və s. 
Saitlərlə bağlı orfoepik qaydalar 
 A saiti
– uzun tələffüz olunur: 


152 
a) ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli sözlərdə: [a:]lim, 
z[a:]lım, n[a:]mus, k[a:]tib, əm[a:]nət, z[a:]bit və s. 
b) eyni və müxtəlif qoşasaitli sözlərdə: saat - s[a:]t, inşaat - inş[a:]t, 
camaat - cam[a:]t, müasir - m[
ü
a:]sir, müavin - m[
ü
a:]vin, fəaliyyət - f[
ə
a:]liyyət 
və s. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin