Nitq mədəniyyətinin əsasları


orfoepik sorğu lüğətlərinə



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə78/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   145
Azf-277620

orfoepik sorğu lüğətlərinə
də müraciət edə bilər. 
Hələlik dilimizdəki söz və terminlərin əhatəli orfoepik lüğəti tərtib olunub isti-
fadəyə verilməmişdir. Belə bir vəziyyətdə natiq heç də məəttəl qalmamalı, bu 
sahədəki ehtiyacı qismən də olsa ödəyə bilən sözlüklərdən, lüğətlərdən fayda-
lanmağa çalışmalıdır (9). 
Orfoepik qaydaların müəyyənləşdirilməsində aşağıdakı prinsiplər əsas 
götürülür: 
1. Fonetik prinsip. 
Bu prinsipə görə orfoepik qaydalar ümumxalq dilinə 
tamamilə uyğun olmalı, onun tələblərinə cavab verməlidir. Söz və qrammatik 
formaların əksəriyyət tərəfindən işlədilən tələffüz şəkli orfoepiyada norma kimi 
əsas götürülür. Məsələn; felin sərt şəklinin hekayəsi I şəxsin təkində bir neçə 
variantda tələffüz olunur: 
görsəydim, görsöydüm, görseydim. 
Axırıncı deyiliş 
tərzindən daha geniş istifadə olundu-ğundan “görseydim” tələffüz şəkli orfoepiya 
baxımından məqbul sayılır və norma kimi qəbul edilir. Başqa bir misal. Sonu a, ə 
saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici j samiti olan müəyyən 
şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq [ı], [ı], [u], [ü] 
saitlərindən birinə çevrilərək tələffüz olunur. Məs.; meşəyə - meş [i] yə, arabaya – 
arab [ı] ya, yaşayır – yaş [ı] yır, söyləyir – söyl [ü] yür, oynayar – oyn [u] yar və s. 


148 
Əksəriyyətin işlətdiyi bu tələffüz şəkli də dilimizdə orfoepik qayda kimi məqbul 
sayılır. 
2. Morfoloji prinsip.
Bu prinsipin tələbinə görə canlı danışıqda (xüsusən 
dialektlərdə) bir neçə formada işlədilən tələffüz variantlarından biri orfoepik 
norma baxımından məqbul sayılır. Məs
.; ev, əv, öy; dəyil, döyül, degil, deyil; 
alıram, alıyam, aleram, ala varam 
kimi tələffüz şəkillərindən 
deyil, ev, alıram
düzgün sayılır və orfoepik norma kimi qəbul edilir.
3. Söz və qrammatik formaların tələffüzünün dil ahənginə uyğun olan
incə səslənən, asanlıqla və sürətlə deyilən tələffüz variantına üstünlük verilir. 
Məsələn; gecdir, uçdu, vicdan, anamdan, sərbəstlik, gəlirsiniz, alarlar, qanlı kimi 
söz və qrammatik formaları 
gejdir, uşdu, vijdan, anamnan, gəlirsiz, alallar, qannı
şəklində işlətmək həm ahəngdarlıq, həm səslənmə, həm də tələffüzə yatımlılıq 
baxımından münasib sayılıb, orfoepik norma kimi məqbul hesab edilir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin