◘İslamın əvvəllərində Ramazan ayının həm gecə, həm gündüzü zövcə ilə yaxınlıq qadağan idi. Eləcə də, gecənin yalnız müəyyən saatı iftara icazə verilirdi. Əgər bir şəxsi həmin vaxt yuxu aparardısa, sonra iftar etmək icazəsi yox idi. Bəzi müsəlmanlar yaxınlıq qadağan olsa da, bu işi görürdülər. Amma bəziləri nə qədər ağır olsa da, oyandıqdan sonra gecə yeməkdən çəkinirdilər.
Peyğəmbərin yaxınlarından olan Mütəm ibn Cübeyr xörək gec hazır olduğundan iftar vaxtı yatmış, ayıldığı vaxt demişdi: “Artıq yemək haqqım yoxdur.” O, səhəri gün ac halda oruc tutdu. Belə bir vəziyyətdə Mədinə ətrafında xəndək qazmağa gedən bu şəxs iş əsnasında zəifləyib huşunu itirdi. Peyğəmbər çox narahat oldu. Bu ayə nazil oldu ki, dan yeri sökülənədək yemək azaddır və Ramazan gecələri zövcələrlə yaxınlığın eybi yoxdur. Allah bilir ki, bəndələri özlərinə xəyanət etdilər və onların səbri yoxdur. Bu səbəbdən də vəzifəni yüngülləşdirdi və bəndələrin keçmişini əfv etdi.
◘“Etikaf” dünyadan uzaqlaşmaq və Allaha sığınmaqdır. Həzrət Peyğəmbər (s) mövcud çətinliklərə baxmayaraq arabir məsciddə bir neçə gün mötəkif olar, ibadət edərdi. O, bu yolla öz ruhuna səfa verər, onu sakitləşdirərdi. Mötəkif olmayan halda da məsciddə yaxınlıq qadağandır. Nəzərə gəlir ki, “akifun” sözündə məqsəd məsciddə qalmaqdır. Burada etikaf kimi xüsusi ibadət nəzərdə tutulmamışdır.
Zövcənin libasa oxşadılmasında bir çox incə nöqtələr var:
- Libas forma, rəng və parça baxımından insana münasib olmalıdır. Zövcə də insanın oxşarı olmalı, onun fikri, əqidəsi, şəxsiyyəti ilə uyğun gəlməlidir.
- Libas zinət və aramlıq səbəbidir. Zövcə və övlad da ailədə aramlığın əsasıdır.
- Libas insanın eybini örtür. Ər də - arvad da bir-birlərinin eyblərini, nöqsanlarını örtməlidirlər.
- Libas insanı istidən, soyuqdan qoruyur. Həyat yoldaşı da ailə ocağında istiliyi saxlayır.
- Libassızlıq rüsvayçılıqdır. Subaylıq da azğınlıq və rüsvaylıq səbəbi olur.
- Soyuq havada qalın, isti havada yüngül libasdan istifadə olunur. Ər də, arvad da bir-birlərinin ruhi ehtiyaclarına münasib əxlaq və rəftarla cavab verməlidirlər. Əgər kişi əsəbidirsə, qadın onunla yumşaq rəftar etsin. Əgər qadın xəstədirsə, kişi onunla keçinsin.
- İnsan öz libasını çirkabdan qorumalıdır. Həyat yoldaşları da bir-birlərini günaha batmaqdan hifz etməlidirlər.
Dostları ilə paylaş: |