Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə320/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   316   317   318   319   320   321   322   323   ...   484

Bildirişlər


1. Hökmlərin yüngülləşdirilməsi və asanlaşdırılması İslam dininin xüsusiyyətlərindəndir.

2. Danışıqda ədəbi gözləmək Quranın xüsusiyyətlərindəndir. “Rəfəs” yaxınlıq məsələləri haqqındakı söhbət mənasındadır. Bu ayədə həmin söz yaxınlıq mənasında işlədilmişdir.

3. Nə vaxt bir yolu bağlamaq istədinizsə, şəri bir yolu açıq saxlayın. Çünki Allah Ramazan günü yaxınlığı qadağan etsə də, gecələr bunu caiz saymışdır. (Cinsi yaxınlıq hər ayın əvvəlində məkruh olsa da, Ramazan ayının əvvəlində müstəhəbdir. Bəlkə də bunun səbəbi əvvəlcə insanların təmini, sonra onlardan vəzifə tələbi olmuş olsun.)

4. Gündüz ibadət və gecə şəri ləzzət İslam dininin əhatəli olduğunu göstərir.

5. İslam təbii ehtiyaclara diqqətlə yanaşır.

6. Qadın və kişinin bir-birlərinə ehtiyacı ikitərəflidir. Onların hər biri təbii ehtiyacların ödənməsində o birinə möhtacdır.

7. Allah insanların ən cüzi işlərindən də xəbərdardır.

8. İnsan xətaya yol verəndir və ondakı cinsi meyl güclüdür.

9. Allahın əmrindən çıxmaq özünüzə qarşı xəyanət və zülmdür.

10. Övladlarınızın oğlan və qız olmasını Allah üçün vəzifə müəyyənləşdirməyin.

11. Cinsi yaxınlıq da məqsədli olmalıdır.

12. İslami hökmlərin meyarı ümumi, təbii və sadə meyarlardır. Sübh ağartısını və ya gecənin qaralmasını hər bir şəxs istənilən bir yerdə təyin edə bilər.

13. İbadətlərdə müəyyənləşdirilmiş vaxtların roluna diqqətsiz olmayın.

14. Etikaf məsciddə ibadət üçün qalmaqdır. Mötəkif şəxs həm də oruc tutmalıdır.

15. Günahın qarşısı alınmalıdır. Quran buyurmuşdur: Günaha yaxınlaşmayın. Çünki günaha yaxınlaşmaq günaha batmaqla yanaşıdır.

16. Təqva ilahi hökmlərin fəlsəfəsidir. Oruc təqva üçündür. Şəri cinsi yaxınlıq da təqvaya xatirdir.

17. İlahi göstərişlərə əməl inkişaf və təqva üçün zəminədir.
188. ﴿وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقًا مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ

Bir-birinizin malını öz aranızda haqsız yerə yeməyin. Xalqın malını günah yolla yemək üçün varınızı hakimlərə, qazılara boşlamayın. Bir halda ki, özünüz bilirsiniz (ki, xilaf edirsiniz).”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin