◘“Cunud” sözü qoşun mənasını daşıyan “cund” sözündəndir.
◘Ayə susuzluq sınağı meydanından başı uca çıxa bilməmiş Bəni-İsraildən olan bir dəstənin rədd olunmasını xəbər verir. Amma bu sınaqdan çıxan kiçik bir qrup üçün digər bir ruhi və mənəvi imtahan vardı. Onlar Calutun böyük qoşunu ilə qarşılaşdıqda dedilər: “Biz bu silahlı qoşunla üz-üzə gəlmək gücündə deyilik.” Amma qiyamət gününə iman gətirənlər belə dedilər: “Qələbə Allahın əlindədir. Çox olmuşdur ki, Allahın izni ilə kiçik bir dəstə böyük bir qoşuna qalib gəlmişdir.”
◘Sınağın bir mərhələsindən üzü ağ çıxmaq kifayət deyil. Bir çoxları müəyyən mərhələdə müvəffəq olsalar da, növbəti mərhələdə məğlub olurlar. Bu əhvalatda bir dəstə, təyin olunmuş rəhbəri onun fəqir olduğu üçün qəbul etmədi. Digər bir dəstə isə susuzluq sınağından çıxmadı. Başqa bir qrup isə düşmənlə rastlaşdıqda uğursuzluğa düçar oldu.
◘Talut ilk öncə qoşunu özünə aid edib “mənim qoşunum” sözünü işlətmir. Qoşun böyük olub, onun komandanlığını qəbul etsə də, Talut onları sınaqdan keçirmədiyi üçün sadəcə “qoşun” kəlməsini işlədir. Sınaqdan keçirdikdən sonra bu qoşunu özünə aid bilir.
◘İmam Baqir (ə) buyurmuşdur: “İşin sonunadək Taluta vəfalı olanların sayı 313 nəfər idi.1
◘İki dəstənin mövqeyi aydındır: Kim sudan içmədisə özününküdür, hər kəs içdisə biganədir. Amma ovucla içənlər nə özününküdür, nə də biganə. Onları nə məyus, nə də lütfdən məhrum etmək lazımdır. Çünki burada nə “minni”, nə də “ləysə minni” sözləri işlədilmişdir.
◘Əli dövlətin və xalqın malına çatdığı halda kəramət və zöhd göstərərək onun yanından keçən və tamahkarlığa yol verməyənlər “hizbullah”, yəni Allahın firqəsidirlər. Arxalarını mal toplamaqla möhkəmləndirənlər isə həqiqi möminlər deyildirlər.
Dostları ilə paylaş: |