◘Bu ayədə bəyan olunmuş ilahi peymanlar, əhdlər çoxdur: Allah peyğəmbərlərdən vəd almışdır ki, ilahi ayələri xalqa çatdırsınlar.1 (Qeyd)Kitab əhlindən vəd alınmışdı ki, haqqı gizlətməsinlər, Tövrat və İncilin İslam peyğəmbəri haqqındakı bəşarətlərinə əməl etsinlər.2 (Qeyd) Bütün xalqdan əhd alınmışdır ki, Allahın göstərişinə əməl edib, şeytan yolundan uzaqlaşsınlar.1 (Qeyd)
◘İslamda əhdə vəfa etmək vacibdir. Kafirlərə münasibətdə də belədir. Əhdini pozan kəs münafiq kimi tanıtdırılmışdır. Hətta namaz qılan olsa da belədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əhdinə sadiq olmayan insanın dindən faydası yoxdur.”2 (Qeyd)
◘Allah bu ayədə göstəriş vermişdir ki, qruplarla rabitə saxlanılsın. (“Əmərəllahu bihi ən yusələ”) Rəvayətlərdə bu qruplar belə tanıtdırılır: səmavi rəhbərlər, alimlər, qohumlar, möminlər, qonşular, müəllimlər. Hər kəs bu fərdlərlə rabitəni qırsa, özü zərər görər. Çünki o bu rabitələr sayəsində əldə edəcəyi təkamülün qarşısını almışdır.
◘Əhdə vəfa kamillikdir və Allah özünü bu sifətlə mədh edir.3 (Qeyd)Əhdinə Allahdan yaxşı vəfa edən kimdir? Hətta müşriklərlə də əhdə vəfa etmək lazımdır. Quranda oxuyuruq: “Müqavilə müddətinin sonunadək müşriklərlə bağladığınız əhdə vəfalı olun.”4 (Qeyd) Eləcə də Quranda əhdini pozanlar lənətlənmişdir.5 (Qeyd)
◘Əhd iki cürdür: Xalqın bir-biri ilə bağladığı əhd. Bu əhdə vəfa etmək lazımdır. İkinci əhd Allahın cəmiyyətə rəhbərlik üçün peyğəmbər və imamlarla etdiyi əhddir.6 (Qeyd)
◘Həmin ilahi əhdin bu ayədə təkid olunan hissəsi Allahın hər bir fərdin fitrətində qoyduğu əhdlərdir. Necə ki, Həzrət Əli (ə) fitri əhdin çiçəklənməsini peyğəmbərlik fəlsəfəsi kimi tanıtdırmışdır.7 (Qeyd)
Dostları ilə paylaş: |