Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə76/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

Nöqtələr


●Doqquz möcüzə dedikdə Fironun hüzurunda həzrət Musanın aşkar etdiyi möcüzələr nəzərdə tutulur. Əslində həzrət Musanın daha çox möcüzəsi olmuşdur. Belə ki, hər möcüzəni iki möcüzə saymaq olar. Çünki əsanın əjdahaya dönməsi bir möcüzədir, əsa halına qayıtması ikinci möcüzə. Musanın doqquz möcüzəsini nəzərdən keçirək: parlaq, bəyaz əl; əsanın əjdahaya dönməsi; düşmənləri sarsıdan tufan; çəyirtkələrin əkin sahələrini məhv etməsi; əkin sahələrinin yanması; qurbağaların hücumu; damağ xəstəliyi və ya Nil suyunun qan rəngində olması; qıtlıq və quraqlıq; dəryanın parçalanması.1

–Musanın digər möcüzələrini yada salaq: Daşdan 12 bulaq çıxması2; “Mənn” və “səlva” adlı nemətlər3.

●İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə “eyibsiz” dedikdə Musanın əlindəki bəyazlığın xəstəliklə bağlı olmadığı bildirilir.”4

Bildirişlər


1. Qəzəb və mərhəmət, qorxu və ümid birlikdə səmərə verir. (Bəyaz əlin kənarında əjdaha!)

2. Bəziləri üçün bir dəlil, bir xəbərdarlıq, bir möcüzə bəs etmir.

3. Kafirlər bir tərəfdən möcüzə istəyir, digər tərəfdən möcüzələri sehr-cadu adlandırırdılar.

Ayə 14:


﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ﴾

Qəlblərində əmin olsalar da, zülm və lovğalıqdan onu inkar etdilər. Bax gör günahkarın sonu necədir.”



Nöqtələr


●Əbu Ömər Zübeyri küfrün Quranda bəyan olunmuş növləri haqqında İmam Sadiqə (ə) sual verdi. İmam buyurdu: “Küfrün beş növü var; biri budur ki, insan qəlbən inanıb tanıdığı halda yenə inkar edir.” Sonra imam hazırkı ayəni oxudu.”1

Bildirişlər


1. İnkar fəsada zəmin yaradır.

2. Elm və əminlik təqva ilə müşayiət olunmadıqda səmərə vermir.

3. Bir çox kafirlər qəlbən inandığı halda zülm və təkəbbür səbəbindən boyun əymirdi.

4. Tarix və onun mütaliəsini ibrət vasitəsi qərar verin.

5. Günahkarların sonu süqut və fənadır.

Ayə 15:


﴿وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ﴾

Həqiqətən, Davud və Süleymana (xüsusi bir) bilik əta etdik. Onlar dedilər: «Həmd-səna bizə bir çox mömin bəndələrindən üstünlük vermiş Allaha məxsusdur.»


Nöqtələr


●Həzrət Davud və Süleymana verilmiş elm dedikdə ya mühakimə elmi2; ya quşlarla danışıq elmi3, ya zireh hazırlamaq elmi4 nəzərdə tutula bilər. Amma bu söz ümumi şəkildə, yəni “ölkəni idarəçilik elmi” kimi mənalandırılsa daha düzgün olar.

Sual: Nə üçün Allah bəzi bəndələrinə xüsusi nemətlər əta edir? Məgər bu iş ədalətlə bir araya sığırmı?



Cavab: Əvvəla, ədalət bu deyil ki, hamıya eyni dərəcədə əta olunsun. Məgər müəllimin hər şagirdə müəyyən qiymət verməsi və ya həkimin hər xəstəyə müəyyən bir nüsxə yazması zülümdür? İkincisi, xüsusi nemətlər müqabilində xüsusi məsuliyyətlər nəzərdə tutulur. Üçüncüsü, Allahın bizə borcu yoxdur ki, nə istəyiriksə onu da əta etsin. Dördüncüsü, Allahın lütfləri insan və ya cəmiyyətin ərsəyə gətirdiyi şəraitə münasib olur. Bir qrup insan ixlas, səy, elm, tədbir, qənaət, ədalət, doğru danışıqla xüsusi lütf və nemətlər üçün zəmin hazırlayır.

Bəzən də valideynin müəyyən əməllərinin mükafatı xüsusi lütf şəklində onun nəslinə əta olunur. Məsələn, Musa və Xızrın əhvalatında Allah bu iki peyğəmbərə əmr edir ki, altında iki yetim uşağa məxsus xəzinə olan divarı təmir etsinlər. Həmin uşaqların atası saleh olduğundan körpələrin gələcəkdə bu xəzinədən istifadə etməsi nəzərdə tutulur.1


Allahın xüsusi təlimləri


●Allah-təala xüsusi fərdlərə xüsusi elmlər əta edir. Bu qəbildən olan elmlər Quranda xatırlanır. Məsələn:

1. Adəmə bütün əşyaların elmi əta olunur.2

2. Xızra batini elmlər və təfsir elmi verilir.3

3. Yusifə təbir elmi əta olundu.4

4. Davuda dəmirçilik və zireh düzəltmək elmi öyrədildi.5

5. Süleymana quşların dili təlim olundu.6

6. Süleymanın köməkçisi ona verilmiş elmlə sultan taxtını bir ölkədən o birinə gətirdi.7

7. Taluta hərb elmi öyrədildi.8

8. Həzrət Peyğəmbər (s) və digər peyğəmbərlərə qeyb elmləri əta olundu.9

Bildirişlər


1. Peyğəmbərlərin elmi ilahi elmdir və Allah tərəfindən əta olunur.

2. Fərdlərin hörmətini və şənini hifz edək. (Ayədə öncə atanın, sonra övladın adı çəkilir.)

3. İlahi nemətlər arasında elm neməti fərqləndirilir.

4. Elm saleh insanların əlində dəyərlidir.

5. Şükür üçün ən yaxşı söz “əlhəmdulillah” zikridir.

6. Elm üstünlük meyarlarından biridir.

7. Allahın bəzi bəndələri Davud və Süleymandan da üstündür.

8. Heç bir məqamda özümüzü başqalarından üstün bilməyək.


Ayə 16:


﴿وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنطِقَ الطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَيْءٍ إِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ﴾

Süleyman Davuda varis oldu və dedi: “Ey xalq! Bizə quşların dili öyrədildi və hər şeydən əta olundu. Şübhəsiz, bu, aşkar bir imtiyazdır.”



Nöqtələr


●Bu ayədə irs dedikdə elm və peyğəmbərliyə yox, var-dövlət və hakimiyyətə varislik nəzərdə tutulur. Çünki peyğəmbərlik ötürülmür və peyğəmbər elmi çalışmaqla əldə olunmur. Bir hədisdə buyurulur ki, peyğəmbərlər irs qoymur. Bir vaxt Əhli-beytin (ə) haqqını pozanlar bu hədisə istinad edib Peyğəmbərdən (s) qalmış Fədək bağını həzrət Fatimədən (ə) aldılar. Amma uyğun hədis hazırkı ayə ilə bir araya sığmadığından məqbul deyil. Həzrət Fatimə (ə) öz haqqının müdafiəsinə qalxdığı vaxt birinci xəlifəyə hazırkı ayəni oxudu.1 “Təfsiri-nümunə”də “Sireyi-Hələbidən” nəql olunur ki, Fatimənin (s) sözləri Əbu-Bəkrə təsir etdi və o, Fədək bağının sənədini Fatiməyə (s) qaytarıb ağladı. Amma Ömər həmin sənədi ikinci dəfə geri alıb cırdı!

●Həzrət Əli (ə) buyurur: “Mən Allahın ətası ilə quşların, quruda və suda yaşayan bütün canlıların dilini bilirəm.”2



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin