Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə73/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

Nöqtələr


●“Əffak” dedikdə yalançı mənası anlaşılır.

●218-ci ayədə Peyğəmbərin (s) qiyamı (ayağa qalxması) dedikdə ya namaz üçün, ya da təbliğ üçün qiyam nəzərdə tutulmuşdur. İmam Baqir (ə) buyurur ki, qiyam dedikdə peyğəmbərlik məsələsində qiyam nəzərdə tutulur.

●223-cü ayədə nəzərdə tutula bilər ki, günahkarlara nazil olan şeytanlar şəhablarla (meteorlarla) qovulmalarına baxmayaraq, səmadakı xəbərləri dinləməyə çalışırlar.

●İmam Baqir (ə) buyurur: “Səcdə edənlər arasında hərəkətini görür” deyərkən allahpərəst babalarının sülbündə sənin hərəkətindən Allahın xəbərdar olduğu nəzərdə tutulur.”1

●Müşriklər vəhyə münasibətdə şeytanların həzrətə nazil olduğunu düşündüyündən Allah qətiyyətlə buyurur ki, şeytanlar məsum peyğəmbərə yox, yalançı günahkarlara nazil olur. Demək, iki növ nazil olma var: Vəhyin etibarlı mələk yolu ilə nazil olması, günahkar insanlara şeytanların nazil olması.

Bildirişlər


1. Allah Öz nəzarətini yada salmaqla Peyğəmbərə (s) təsəlli verir.

2. İnsan namaz halında Allahın xüsusi diqqətini qazanır.

3. Səcdə namazın ən mühüm rüknüdür (əsasıdır).

4. Qüvvət və mərhəmətə malik olmaqla yanaşı eşidən və xəbərdar, hərəkət və ibadətlərimizi görən Allaha təvəkkül edək.

5. Təbliğdə suallar ünvanlamaqla qarşı tərəfin diqqəti və dinləməsi üçün zəmin yaradaq.

6. Fərqli ruhiyyələr, tutumlar və ləyaqətlər fərqli nazil olmalara, göndərişlərə səbəb olur.

7. Vəhyi yalnız peyğəmbərin pak qəlbi qəbul edir. Şeytanın vəsvəsələri isə bütün bulaşıq qəlblərə yol tapır.

8. Günahdan da pisi günahın təkrarlanması və onun xarakterə qatılmasıdır.

9. Hər sözə qulaq asmaq günahkarın nişanəsidir.

10. Yalan bir çox günahların qaynağıdır və onlardan daha təhlükəlidir. Çünki yalançının qəlbi şeytanın eniş zolağıdır.


Ayə 224, 225, 226:


﴿وَالشُّعَرَاء يَتَّبِعُهُمُ الْغَاوُونَ أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ﴾

(İslam Peyğəmbəri şair deyil, çünki) şairlərə azğınlar tabe olur. Görmürsənmi, onlar hər vadidə avara dolanır, danışdıqları sözə əməl etmirlər?”



Ayə 227:


﴿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ﴾

Yalnız iman gətirib saleh işlər görən, Allahı çox yada salan, zülmə düçar olduqdan sonra (müdafiə üçün) yardım istəyənlər istisnadırlar. (Zülm edənlər tezliklə biləcəklər ki, qayıdış yerləri haradır.”



Nöqtələr


●“Ğəyy” sözündən olan “ğavun” sözü inkişaf sözünün antonimidir.1

●Kafirlər Quranı Peyğəmbər (s) düşüncəsinin məhsulu, Peyğəmbərin (s) özünü şair bildiklərindən hazırkı ayələrdə məhkum olunurlar. Buyrulur ki, şairlərin tərəfdarları azğınlardır, amma İslam Peyğəmbərinin (s) tərəfdarları doğru yoldadırlar. Şairlər məqsədsiz dolanır və öz dediklərinə əməl etmirlər. Amma Peyğəmbər (s) belə deyil. Onun sözü ilə əməli arasındakı uyğunluq şair olmadığını göstərir.

●İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunur ki, fiqhi qeyri-dini məqsədlərlə və ya dərindən öyrənməyənlər həm azğındırlar, həm də başqalarını azdırırlar. Bu məzəmmət dastançılara da aiddir.1

●Məqsədsiz şairin adı şeytanların nazil olduğu yalançılarla yanaşı çəkildiyindən belə nəticə çıxarmaq olar ki, yalançı şeytanla məqsədsiz şair arasında rabitə var.

●Rəvayətlərə əsasən, çox zikr dedikdə Həzrət Zəhranın (ə) təsbihatı, yəni 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əlhəmdulillah” və 33 dəfə “sübhanəllah” demək nəzərdə tutulur.

●Hədisdə deyilir: Allah zikri təkcə dilə aid deyil. Zikr dedikdə günahların tərki və ibadətlə müşayiət olunan zikr nəzərdə tutulur.2

●Hədisdə oxuyuruq: “İmam Hüseynin (ə) mübarək başı nizəyə taxıldığı vaxt bu ayəni tilavət etmişdir. «İmam Sadiq (ə) buyurur: “Zülmün ən aşkar nümunəsi Peyğəmbər (s) Əhli-beytinə (ə) edilən zülümdür.”3

Şer və şairlər


●Surənin son ayələri münasibəti ilə şer və şairlər haqqında bəzi məsəlləri bəyan edirik:

–Beyzavinin təfsirindən belə nəql olunur: Bu ayələrin nazil olmasının səbəbi cahiliyyət dövründə şerlərdə daha çox təxəyyüllərə, gözəl qadınların vəsfinə, eşq macəralarına, yersiz iftixarlara, söyüşə, başqalarının namusuna təcavüzə yer verilməsi olmuşdur.

–Həkimlə (hikmət sahibi ilə) şair arasında fərq budur ki, həkim öncə mənanı nəzərdə tutub sonra yazır, şair isə öncə qəlib və sözləri seçib sonra mənanı bəyan edir.4

–Haqqın müdafiəsinə həsr olunmuş yaxşı şer rəvayətlərdə nizə ilə cihaddan üstün sayılmış və mədh olunmuşdur.5

–Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Şerlərdən bəzisi sehr kimidir, bəzisi hikmətdir.”6

–Həzrət Peyğəmbər (s) mübariz şair Həfsana buyurmuşdur: “Ruhul-qudus səninlədir.”1

–Həzrət Peyğəmbər (s) səfərlərdən birində Həssanı çağırıb ondan şer oxumasını istədi. Həssan oxudu və həzrət dinlədi. Sonra o həzrət göstəriş verdi ki, məsciddə Həssana xüsusi yer ayırılsın.2

–İmam Sadiq (ə) öz yaxınlarına buyurmuşdur: “Uşaqlarınıza Əbdinin şerlərini öyrədin, o yaxşı şair və bizim məzhəbimizdəndir.”3

–İmam Sadiq (ə) buyurmuşdur: “Bizim həqiqətimiz haqqında bir beyt şer yazan hər kəsə Allah behiştdə ev əta edər.”4

–İmam Sadiq (ə) buyurmuşdur: “Oruc tutanın, ehram halında və ya hərəmdə olanın şer oxuması məkruhdur. Eləcə də cümə axşamı və cümə günü şer oxumağın kərahəti var.”5

–Rəvayətdə oxuyuruq: “Cahiliyyət dövrünün ən düzgün şeri bu idi:
Haqdan savay hər nə batildir bil sən,

Gec-tez çıxasıdır hər nemət əldən.
–Rəvayətdə deyilir: Ayə nazil olduğu vaxt şairlərdən bir dəstəsi nigaran olub Peyğəmbərin (s) yanına gəldi. Həzrət buyurdu: “Mömin qılıncı və dili ilə cihad edir.”6

Bildirişlər


1. Əsas məsələ xalqı cəzb etmək yox, kimi və hansı hədəfə doğru cəzb etməkdir.

2. İslam yaradıcılıqla yox, məqsədsiz şerlə müxalifdir.

3. Şerdə iman və təqva olmasa, fərdi təxəyyüllər və hisslər şairi gündə bir vadiyə çəkər.

4. İstər şer və hekayə, istər film və teatr, istər söhbətlə xalqın başını qatıb onu doğru yoldan azdırmaq məzəmmət olunur. Amma şer gözəllik və özünəməxsusluğuna görə daha təsirlidir.

5. Şerin bir neçə bəlası var: cahillərin itaəti, məqsədsizlik, əməldən uzaqlıq.

6. Əgər şer və yaradıcılıq imanla müşayiət olunmasa azğınlar üçün münasib zəmin və rahat yol olasıdır.

7. Əmr be məruf və nəhy əz münkər yollarından biri haqq və batil nümunələrin təqdimidir.

8. Quran iş yox, söz əhli olan şairləri məzəmmət edir.

9. İnsafı gözləyin. Hər bir zümrənin yaxşılarının haqqını tapdamayın. Şer və yaradıcılıq salehlərin əlində olduqda dəyər tapır.

10. İman, saleh əməl və Allah zikri yaradıcı insanı, şairi azğınlıqdan xilas edir.

11. Quran mömin şairin xalqı haqqın müdafiəsinə təhrik edən şerini təsdiqləyir.

12. İman əməldən müqəddəmdir. Amma səmərə üçün əməllər də saleh olmalıdır.

13. Allah zikri zaman, məkan və miqdarla məhdudlaşmır.

14. Təhlükə böyük olan yerdə Allah zikri də çox olmalıdır.

15. Sənət və şer vasitəsilə zalımlarla mübarizəyə qalxaq.

16. Allah zalımları izləməkdədir.



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin