Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə72/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

Bildirişlər


1. İlahi qəhr-qəzəb gələn zaman bütün bəhrələnmə vasitələri faydasız olur.

2. Din müxaliflərinin rifah içində yaşaması sizi qəmləndirməsin. Bir gün onlara verilənlər alınacaq.

3. Xəbərdarlıq başa çatdıqdan sonra qəzəb nazil olur. Xəbərdarlıqdan sonra tənbeh etmək lazımdır.

4. Hər bir ümmət arasında onlara xəbərdarlıq edən övliyalar var. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıqdır. Xalqın qəbul edib-etməməsinə görə onlar məsuliyyət daşımırlar.

5. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıqdır, xalqın qəbul edib-etməməsində onların heç bir məsuliyyəti yoxdur.

6. İnsan həqiqətləri fitrətən dərk edir. Lakin çox vaxt qəflət həqiqətin qəbuluna mane olur. Qəflətin çarəsi isə xəbərdarlıq və hədədir.

7. Xatırlatmadan öncə cəzalandırmaq zülümdür.

8. Zülm Allahın şənindən uzaqdır.


Ayə 210, 211, 212:


﴿وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ﴾

Quranı şeytanlar nazil etməyib. Bu onlara layiq deyil və bu iş üçün qüdrətləri yoxdur. Şübhəsiz, onlar (səmavi xəbərləri) eşitməkdən uzaqlaşdırılmışlar.”



Ayə 213:


﴿فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ﴾

(Ey peyğəmbər,) Allahla yanaşı başqa məbudu çağırma, yoxsa əzab verilənlərdən olarsan.”



Nöqtələr


●Vəhy iki növdür:

a) Ruhul-əmin vasitəsi ilə peyğəmbərin qəlbinə nazil edilən vəhy; belə bir vəhy cin və şeytanlara layiq deyil. Onlar belə bir vəhyi qəbul edib aparmağa qadir deyildirlər.

b) Vəhyin digər bir növü şeytanın vəsvəsələri və ilhamlarıdır. Şeytanlar öz dostlarına təlqin edirlər.1

●Quran uca məqama və xüsusi müqəddəsliyə malikdir. Bu səbəbdən də onu Ruhul-əmin gətirmişdir. O hər bir təcavüzdən qorunur, onu qəbul edən məsumdur və ona zəmanət verilmişdir.2

●Müşriklər peyğəmbərə belə təklif etdilər: Əgər bizim bütləri çağırıb onları möhtərəm saysan, biz də səni özümüzə rəis seçərik. Ayə nazil oldu ki, kafirləri məyus et.

Bildirişlər


1. Böhtanlara qətiyyətlə cavab verin. Müşriklər ilahi ayələri şeytanın işi sayırdılar.

2. Quranın müqəddəsliyi şeytanların təcavüzündən amandadır.

3. Cin və şeytanların qüdrəti məhduddur.

4. Biganələrin müqəddəs mərkəzlərə girişləri qadağandır.

5. Qabiliyyət, paklıq və tutum olarsa mələk enişə vadar edilər. Hazırlıq olmayan yerdə səmaya yüksəliş süqut və məhrumiyyətlə nəticələnəcək.3

6. Quranın nazil olmasının son məqsədi tövhiddir.

7. Allah peyğəmbərə şirki qadağan edir ki, bizə nəsihət olsun. Əslində peyğəmbər Allahdan qeyrisini soraqlayan deyil.

8. Peyğəmbərlərin isməti onların azadlıq və ixtiyarına zidd deyil. (Peyğəmbər məsum olsa da, Allahdan qeyrisini soraqlamasın deyə qadağa qoyulur.)

9. Tövhid rəhbərləri özləri ilkin müvəhhid (təkallahçı) olmalıdır.

10. Allahdan qeyrisi kim olur olsun, pərəstiş ediləsi deyil.

11. Şirk keçmiş ümmətlərin məhvinə səbəb olmuşdur.

12. Allahdan qeyrisinin sorağınca getmək biçarəlik və əzabla nəticələnir.

13. İlahi ayələr böyük şəxsiyyətlərə də xəbərdarlıq edir.

Ayə 214-215:


﴿وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ﴾

Yaxın qohumlarını qorxut. Sənə itaət edən möminlərə qoynunu aç.”


Ayə 216-217:


﴿فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ﴾

Əgər boyun qaçırsalar de ki, mən sizin işlərinizdən zara gəlmişəm. Yenilməz və mehriban Allaha təvəkkül et.”



Nöqtələr


●214-cü ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) yaxın qohumları qonaq çağırdı. Qonaqlıqdan sonra onları şirk və bütpərəstlikdən çəkinməyə dəvət etdi.1

●“Əşirət” sözü ola bilsin ki, yaxınların ünsiyyəti ilə bağlıdır və qohumlar mənasında işlədilmişdir.

●Başqalarına yaxşılıqda insanın yaxınları müqəddəmdir.

●Qanad, qoyun açmaq təbiri Quranda iki yerdə işlədilmişdir: Peyğəmbərin möminlərə qoynunu açması, övladın valideynə qoynunu açması.2

●Ayədə qadınlara da xitab olunur. “Əl-mizan” təfsirində Təbəranidən nəql olunur ki, peyğəmbər qadın qohumları da dəvət etmişdir.

Bildirişlər


1. Qohumluq əlaqələri daha böyük məsuliyyətə səbəb olur.

2. Vəhy məktəbində bütün insanlar qanun qarşısında eynidir və Peyğəmbərin (s) yaxınlarına da xəbərdarlıq olunur.

3. Təbliğ və nəhy əz münkərdə özünüzdən başlayıb sonra yaxınlara keçin.

4. Öyüd-nəsihət və təbliğ qətiyyətli olmalıdır.

5. Qohumluq əlaqələri pisliyə qadağa vəzifəsinə mane olmamalıdır.

6. Yaxınlara xəbərdarlıq başqalarının haqqı qəbul etməsi üçün zəmini gücləndirir.

7. Qohumlar arasında da daha yaxınları var.

8. İnsan qohumlarını daha yaxşı tanıdığından onların haqqı qəbul etmə zəmini daha çoxdur.

9. Xəbərdarlıq qayğı və məhəbbətlə müşayiət olunmalıdır.

10. Yoldaşlar, ardıcıllar və tabeçilikdə olanlar qarşısında təvazö rəhbər və təbliğatçı üçün zəruri olan sifətlərdəndir.

11. Möminlər qarşısında təvazö göstərək, müşriklərdən uzaq olaq.

12. Allahın peyğəmbərə təvazö göstərişi verməsi bu sifətin əhəmiyyətini göstərir.

13. Peyğəmbərə itaət Allaha iman şərtidir.

14. Möminlər o qədər uca məqama malikdirlər ki, Peyğəmbərə (s) möminlər qarşısında təvazökarlıq əmr olunur.

15. Ünsiyyətdə meyar qohumluq yox, iman və küfrdür. (Qohumları qorxut, möminlər qarşısında təvazö göstər!)

16. Təvazö təkcə danışığa aid deyil. Əməldə də təvazö göstərmək lazımdır.

17. Təvəlla və təbərranın (Allah dostu ilə dostluq, Allah düşməni ilə düşmənçiliyin) mizanı Allah rəsuluna itaətdir.

18. Küfrə qəlbdə nifrət bəs etmir, bunu dildə də elan etmək lazımdır.

19. Allaha təvəkkül edən kəs kafirlərin əməllərinə və qohumların etinasızlığına nifrət edə bilər.

20. Elə bir varlığa güvənək ki, qüdrətli və bizə dost olsun.


Ayə 218, 219, 220:


﴿الَّذِي يَرَاكَ حِينَ تَقُومُ وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

O kəs ki, (namaza) durduğunu da görür, səcdə edənlər arasında hərəkətini də. Çünki eşidən və bilən Odur.”


Ayə 221:


﴿هَلْ أُنَبِّئُكُمْ عَلَى مَن تَنَزَّلُ الشَّيَاطِينُ﴾

Sizə xəbər verimmi ki, şeytanlar kimə nazil olur?”


Ayə 222, 223:


﴿تَنَزَّلُ عَلَى كُلِّ أَفَّاكٍ أَثِيمٍ يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ﴾

Onlar hər bir yalançı günahkara nazil olur. (Çünki belələri) şeytanların sözünə qulaq asırlar. Onların çoxu yalançıdır.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin