Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə84/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

İyirminci cüz

Ayə 56:


﴿فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ﴾

Amma qövmü yalnız belə cavab verdi: “Lutun ailəsini şəhərinizdən çıxarın, çünki onlar paklıq axtaran insanlardır.”



Bildirişlər


1. Günahkarların məntiqi olmadığından peyğəmbərlər qarşısında zora əl atırlar.

2. Bulaşıq mühitdə paklıq günah sayılır.

3. Pisliyə qadağa bəzən sürgünlə sonuclanır.

4. Günah qarşısında susmaq qadağandır. Ən azı günahkara sıxıntı yaradaq.

5. Günah üçün azadlıq Lut qövmünün təfəkkür tərzidir.

6. İlahi insanların sürgünü İbrahim və Lut dövrünə gedib çıxır.

7. Günahkarın fitrəti pak olduğundan onlar özlərini çirkin, başqalarını pak görürlər.

8. Mühit insanı günaha məcbur etmir. Ən azğın dövrlərdə də pak insanlar olmuşdur.


Ayə 57:


﴿فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ﴾

Biz Lutu və onun ailəsini xilas etdik. Yalnız zövcəsinin (əzabda) qalanlardan olmasını qərar verdik.”


Ayə 58:


﴿وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ﴾

Sonra başlarına (daşdan) yağış yağdırdıq (hamılıqla daş altında dəfn olundular). Necə də pisdir qorxudulanların yağışı!”



Nöqtələr


●“Ğabirin” dedikdə “həlak olanlar” mənası nəzərdə tutulur. Bu söz Quranda 7 dəfə və hər dəfə Lutun zövcəsi haqqında işlədilmişdir.

Ayədə yağış dedikdə bərk gil nəzərdə tutulmuşdur.1

Allah dəfələrlə möminlərin nicat tapacağını və təqvalıların xoş aqibətə yetişəcəyini vəd etmişdir. Bu vədin gerçəkliyi ilə bağlı peyğəmbərlərin və ümmətlərin tarixindən nümunələr göstərilir. O cümlədən:

a) “Biz peyğəmbərlərə və iman gətirən kəslərə hökmən yardım edəcəyik.”2

b) “İman əhlinə nicat vermək Bizə vacibdir.”3

Bildirişlər


1. Təqva və paklıq dünyada Allah qəzəbindən qurtuluşla nəticələnir.

2. Allah təbii vasitələrlə nicat verir. (Lut nicat tapmaq üçün Allahın əmri ilə məntəqədən xaric oldu.)

3. İlahi rəhbərlər Allahın himayəsindədirlər.

4. Qadın əqidə seçimində azaddır. Ailə nizamı, ərdən iqtisadi asılılıq qadından əqidə və əməl seçimi haqqını almır.

5. Ailə bağlılığı qurtuluş amili deyil. Qurtuluş üçün ləyaqət lazımdır.

6. Günahkarları cəzalandırarkən hansısa bağlılıqların təsiri altına düşməyin.

7. Rəftarlarımızda hər kəslə ayrıca hesab aparaq. Zövcənin azğınlığı ərin paklığına nöqsan gətirmir. (Peyğəmbər zövcəsi cəhənnəm əhli ola bilər.)

8. Bəzən zövcə düşmənlərin təsiri altına düşür. (Livat üçün şərait yarandıqda, məsələn həzrət Lutun gözəl qonaqları olduqda zövcəsi bunu camaata xəbər verirdi.)

9. İnsanın taleyi onun öz əməllərindən asılıdır.

10. Livat hadisəsi ilə bəşər nəslinin davamına mane olanların öz nəsli daşqalaqla kəsilir.

11. Qanuni izdivac yolundan uzaqlıq həmcinsbazlığa, yaranış qanununun dəyişməsi rəhmət yağışının əzab yağışına çevrilməsinə səbəb olur.

12. Höccət tamamlandıqdan, xəbərdarlıq başa çatdırıldıqdan sonra ilahi əzab nazil olur.



Ayə 59:


﴿قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَى عِبَادِهِ الَّذِينَ اصْطَفَى آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ﴾

De ki, həmd-səna Allah üçündür. Salam olsun seçilmiş bəndələrə. Allah üstündür, yoxsa Ona şərik qoşduqları?”



Bildirişlər


1. Günahkarların cəzalandırılması və möminlərin qurtuluşu ilahi lütflərdəndir. Onun şükrünü yerinə yetirmək lazımdır.

2. Şükür qaydasını Allahdan öyrənək.

3. Allah bəndələrinin mədhi və onlara salam Allaha sitayişlə yanaşı zikr olunur.

4. Allahı yadda saxlayaq ki, Allah da bizi yadda saxlasın.

5. Allahın övliyalarını yaddan çıxarmayaq.

6. Allahın övliyaları sağdır və bizim salamımızı alırlar.

7. Qəlbimizi Allaha tapşıraq və Ona bəndə olaq ki, Allahın və Onun rəsulunun salamını ala bilək.

8. İnsanın bəndəliyi ilahi seçim meyarıdır.

9. Suallarla vicdanları oyadaq.

Ayə 60:


﴿أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاء مَاء فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ﴾

Kimdir səmaları və yeri yaradan? Səmadan sizin üçün su endirdi, onun vasitəsi ilə gözəl bağlar cücərtdi. Onun ağaclarını cücərtmək sizin işiniz deyildi. Allahla yanaşı başqa bir məbudmu var? Yox, onlar həddi aşmış bir qövmdür.”



Nöqtələr


●“Hədaiq” dedikdə «göz hədəqəsi kimi divarlarla əhatəyə alınmış bağ» mənası başa düşülür.

Bildirişlər


1. Allaha yaxınlaşmaq üçün ən üstün yol yaranış haqqında düşünməkdir.

2. Hər bir ağac və bitki Allahın nəzəri altda, Onun iradəsi ilə cücərir.

3. Allahın iradəsi adi vasitələrlə həyata keçir.

4. Könül oxşayan gözəllik bir dəyərdir.

5. Hamının anlayacağı tərzdə danışaq. (Bitki aləminin xüsusiyyətlərini və sirlərini hamı dərk etmir. Yaşıllıq və gül-çiçəyin təravət və gözəlliyini isə hamı dərk edə bilir.

6. İnsan hətta bir ağac cücərtməyə belə qadir olmadığını anladıqda Allahın qüdrətini dərk edir.

7. Düşündürücü suallarla vicdanları oyadaq.

8. Şübhələrin qarşısını alaq. Göyləri və yeri yaratdığını kimsə iddia etmir. Amma təbiət aləmi ilə bağlı iddialar var. Bəziləri deyir ki, filan məntəqəni biz yaşıllaşdırıb abadlaşdırdıq. Ona görə də Allah bu işin insan işi olmadığını buyurur. Digər bir yerdə buyurulur: “Əkib-becərən sizsiniz, yoxsa Biz?”1

9. Tövhid doğru, şirk isə yanlış yoldur.

Ayə 61:


﴿أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ﴾

Yeri qərargah edib, onda çaylar yaradan, onun üçün dağları sabit və möhkəm qərar verən, iki (şor və şirin) dərya arasında sədd qoyan kimdir? Allahla yanaşı başqa bir məbudmu var?! Yox, onların əksəri bilmir.”


Ayə 62:


﴿أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ﴾

Kimdir bir çarəsiz çağıran zaman onu eşidən, pisliyi uzaqlaşdıran, sizi yer üzünün canişinləri qərar verən? Allahla yanaşı başqa bir məbudmu var?! Nə az öyüd götürürsünüz!”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin