Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə85/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

Nöqtələr


●Rəvayət və təfsirlərdə 62-ci ayənin tilavətinin duanın qəbuluna təsirli olması barədə məlumatla rastlaşmamışam. Amma insanlar ayənin mənasına görə, bərəkət üçün onu oxuyurlar və bunun eybi yoxdur.

●Allahla münacat, Onunla raz-niyaz bəyənilmiş və zəruri bir işdir. Onun dərgahına üz tutub dua etmək, xüsusi ilə çətin məqamlarda qurtuluş istəmək hamı üçün zəruridir.



Məryəmin dərdinə dəvadır deyən

Körpə dilə gəldi, götürüldü qəm.

Dərdin yanındadır onun dəvası,

Xəstənin uzaqda deyil şəfası.

Haraya cavab var, həqiqətdi bu,

Əlbət ki, çökəkdən axıb gedir su.

Göylərdə qəbuldu nalə, yalvarış,

Üz tutub Allaha, dərdini danış.

Əl götür tələbdən, ahu zar elə,

Mərhəmət naləylə yetişir ələ.2
●Rəvayətdə oxuyuruq: “Ayədəki “muztərr” (“iztirabda olan”) sözünün əsil ünvanı, rəvayətlərə əsasən, imam Mehdidir (ə). “Pisliyi uzaqlaşdırar” dedikdə isə həzrət Mehdinin (ə) dövründə aradan qaldırılacaq küfr hakimiyyəti nəzərdə tutulur. Yer üzünün canişinləri isə həmin dövrdə hakimiyyətə çatacaq salehlərdir.1

●Duanın qəbul olunmamasının səbəbləri var. Məsələn:

a) Dua xeyir istəməkdir. Bəzən biz xeyir istədiyimizi düşünsək də, istəyimiz xeyir olmur.

b) İstək ciddi və ah-naləli olmur.

v) Duada ixlas, səmimiyyət olmur. Dua edən insan üzünü Allah dərgahına tutsa da, ətrafdan kömək gözləyir.

Bəzən Allah istədiyimizin əvəzinə Öz hikməti əsasında başqa bir şey verir. Məsələn, Allah məsləhət bilir ki, hansısa bəlanı bizdən uzaqlaşdırsın. Bəzən isə istək dünyada yox, Qiyamətdə verilir. Bəzən insanın özünə yox, onun nəslinə lütf olunur. Bütün deyilənlər rəvayətlərdə qeyd olunmuşdur.

Müztərrin (iztirabda olanın) eşidilməsi ilahi işdir. Amma Allah Öz sünnəsini dəyişmir. Məsələn, ilahi sünnəyə əsasən, insanlar hansısa bir şəkildə dünyadan getməlidirlər. Can verən məqamda bütün insanlar müztərr sayılırlar. Amma həmin halda bütün insanların istəyi qəbul olunsa, ölüm qanunu ləğv olunar.

Allaha imanın kökü


●Allaha imanın kökü ağıl və fitrətdir. Amma materialistlər elə hesab edirlər ki, Allaha imanın kökü insandakı qorxudur. Guya özünü hadisələr qarşısında aciz görən insan təsəvvüründə bir qüvvə canlandırıb ona sığınır.

Materialistlər bu düşüncə ilə imanın qorxudan qaynaqlandığını bildirirlər. Amma onlar Allaha doğru hərəkətlə Allaha köklü imanın fərqini anlamırlar. Məsələn, biz bir it gördükdə təhlükə hiss edib daş axtarırıq. Amma demək olmaz ki, daşın tapılmasının səbəbi itdən qorxudur. Bəli, biz qorxu hiss etdiyimiz vaxt Allaha üz tuturuq. Amma Allaha iman qorxudan qaynaqlanmır.

Bundan əlavə, əgər iman qorxudan qaynaqlansaydı, daha çox qorxanlar daha imanlı olardılar. Amma əslində həqiqi möminlər yer üzünün ən şücaətli insanlarıdırlar. Materialistlərin dediklərindən belə anlaşılır ki, qorxusu olmayanın imanı yoxdur. Halbuki biz qorxmadığımız vaxtlarda ağıl və fitrət əsasında Allahı qəbul edirik. Əslində qorxu və çıxılmaz vəziyyət qəflət pərdəsini kənara çəkir, diqqətimizi Allaha yönəldir. Allahı inkar edənlər təyyarə və ya gəmidə təhlükəli vəziyyətə düşdükdə, ətrafdan heç bir köməyə ümid etmədikdə daxilən bir xilaskar gözləyirlər. Bu insanlar həmin məqamda məchul bir nöqtəyə ümid bağlayırlar. Bəli, məhz bu ümid nöqtəsi Allah-təaladır.

Bildirişlər


1. Təhlükəli anlarda xilaskar bir gücə diqqət, digər vasitələrdən ümidi üzmək Allah və Onun birliyini tanımaq yollarındandır.

2. Başqalarından ümidi üzüb ixlaslı olmaq duanın qəbul şərtidir.

3. Allah istəyini dilə gətirməyən insanın halından da xəbərdardır. Amma bəndələrinin hacətini onların öz dilindən eşitmək istəyir.

4. İnsanın təbiət üzərində hökmü var.

5. Çıxılmaz vəziyyətə düşdükdə maddi güclərə ümid bağlayırsınızmı?!

Ayə 63:


﴿أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَهٌ مَّعَ اللَّهِ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ﴾

Sizi quru və dənizin qaranlıqlarında (ulduzlar vasitəsi ilə) hidayət edən kimdir? Rəhmətindən öncə müjdə olaraq küləkləri göndərən kimdir? Allahdan başqa məbudmu var?! Allah ona şərik qoşduqlarınızdan ucadır.”




Nöqtələr


●“Quru və dənizin zülmətlərində hidayət” dedikdə ulduzlar vasitəsi ilə yol göstərilməsi nəzərdə tutula bilər.1

Bildirişlər


1. Ən üstün allahşünaslıq yolu həyatdakı çıxılmaz vəziyyətlərə diqqət, Allahın lütfünə ümid yolu tapılmasıdır.

2. Küləklər Allahın tədbiri ilə hərəkət edir.

3. Əgər vicdanları hakim seçsək, anlayarıq ki, bir Allahdan savay məbud yoxdur.

4. İstənilən bir şirk məhkumdur.

5. Allaha şərik qoşmaq Onun məqamını alçaltmaqdır.

Ayə 64:


﴿أَمَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾

Yaranışa başlayıb, sonra onu (Qiyamətdə) geri qaytaran kimdir? Kimdir sizə göydən və yerdən ruzi verən? Allahla yanaşı başqa bir məbudmu var?! De ki, doğru deyirsinizsə, dəlillərinizi göstərin.”



Nöqtələr


●60-64-cü ayələrdə beş dəfə ardıcıl şəkildə “Allahla yanaşı başqa bir məbud varmı” deyə soruşulur. Məqsəd şirki puça çıxarmaq, yalançı tanrıları inkar etməkdir.

●İnsana bəzən göydən nur, hava, yağış kimi ruzilər; bəzən də yerdən bitki və meyvə kimi ruzilər verilir. Heyvanlar da yerdən istifadə etməklə inkişaf edir, mədənlər də yerdən çıxır.2

Quran baxımından heç bir məxluq məhv olmur. Yalnız bizə elə gəlir ki, nələrsə məhv olub gedir.3 Məad bəzilərinin düşündüyü kimi məhv olub gedənin yenidən qaytarılması deyil. Mövcudlar sadəcə müəyyən dəyişikliklərdən sonra əvvəlki formalarına qaytarılırlar.

Quranın təkrarlanan ayələri yeni bəyanlarla yanaşı təkrarlanır. “Allahla yanaşı başqa bir məbudmu var” cümləsi hər dəfə yeni bir cümlə ilə yanaşı işlədilir:

–60-cı ayədə: “Müşriklər həddi aşmışlar.”

–61-ci ayədə: “Onların azğınlığı cəhalət səbəbindəndir.”

–62-ci ayədə: “Cahil olduqlarından az öyüd götürürlər.”

–63-cü ayədə: “Allah onların şirkindən ucadır.”

–64-cü ayədə: “Onlar dəlil-sübutsuz şirk sorağınca getmişlər.”


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin