Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə87/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   91

Nöqtələr


●Peyğəmbərlər insanları Qiyamət və Allahın qəhr-qəzəbi ilə qorxutduqda onlar bu hadisənin nə vaxt baş verəcəyini soruşurdular. Amma həmin vaxt yalnız Allaha məlum olduğundan peyğəmbərlər cavab vermirdilər. Onlar xalqa yalnız xəbərdarlıq edir, Qiyamət hadisəsinin nə vaxt baş verəcəyi barədə bir söz demirdilər.

●“Qəlblərində olan” təbirinin “aşkar etdikləri” təbirindən öncə gəlməsi bir neçə cür izah edilə bilər:

a) Aşkar baş verən işlərin səbəbi iç düşüncələr və niyyətlərdir;

b) İnsanların içini bilmək onların zahirini bilməkdən mühümdür;

v) Allahın iç məqsədlərdən və düşüncələrdən xəbərdarlığı məadı inkar edənlər üçün daha qorxuludur.

Bildirişlər


1. Kafirlər əzabın müşahidəsi üçün həm tələsir, həm də uyğun vədi məsxərəyə qoyurdular.

2. Bir mövzunun xırdalıqlarını bilməmək onu inkar etmək üçün dəlil ola bilməz. (Əgər Qiyamətin nə vaxt baş verəcəyini bilmiriksə, onun əslini inkar etməyək.)

3. Qiyamətin nə vaxt baş verəcəyi ilə bağlı inadkar sualların kökü peyğəmbərliyə şübhədir.

4. Hər sualı cavablandırmaq zəruri deyil. (Kafirlər Peyğəmbərdən (s) əzab vaxtını soruşsalar da, Peyğəmbər (s) onlara cavab vermirdi.)

5. İnsanların kafirlərə tələsik əzab istəməsi Allahın hikmətini dəyişmir.

6. Dünya kamil cəza yeri deyil.

7. İlahi cəzaların nizamı, vaxt bölgüsü var və bu cəzalar mərhələ-mərhələ həyata keçir.

8. Qorxu və ümid yanaşı olduqda səmərəlidir.

9. Kafirlər tövbə ilə vəziyyəti dəyişib Allahın qəzəbindən qurtula bilərlər.

10. Dünya əzabından bir qədər dadmaq oyanış və tövbə vasitəsi, ilahi fəzl ola bilər.

11. Cəzanın təxirə salınması tərbiyə və lütf nişanələrindəndir. Bu təsir tövbə üçün fürsət yaradır.

12. Əksəriyyətin nankorluğu Allahın lütfünü dayandırmır.

13. Allahın elminə şəkk etməyin.

14. Bir halda ki, Allah hər şeydən xəbərdardır, günah və nifaqa necə yol verilsin?! Bir işin gizlində və ya aşkarda baş verməsi Allahın elminə təsirsizdir.

15. Allahın rübubiyyəti Onun kamil xəbərdarlığı ilə müşayiət olunur.

16. Allahın gizlindən və aşkardan xəbərdarlığı Onun vədlərinin gerçəkləşəcəyinə zamindir. Beləsə, tələsməyin!


Ayə 75:


﴿وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاء وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ﴾

Göydə və yerdə heç bir gizli (mövcud) yoxdur ki, açıq-aydın kitabda (Allahın yanında qeyd) olmasın.”



Nöqtələr


●“Ğaibətin” sözündəki “ta” hərfi mübaliğə nişanəsi olarsa, “çox sirli” mənasını bildirər. Bu hərf qadın cinsi (“tənis”) əlaməti də ola bilər.1

●Göylərin və yerin qeybi dedikdə bəşəriyyətin bütün məxfi işləri, niyyətləri, Qiyamətin qopması, rəhmət və ya əzabın nazil olma vaxtı nəzərdə tutulur.

●“Kitabun mubin” dedikdə lövhi-məhfuz və Allahın sonsuz elmi nəzərdə tutula bilər.

Bildirişlər


1. Bəşəriyyət bir çox həqiqətləri dərk etməkdə acizdir.

2. Bütün varlıq aləmi Allahın nəzarətindədir və hesab-kitabı var.


Ayə 76:


﴿إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ﴾

Həqiqətən, bu Quran Bəni-İsrailin ixtilafda olduğu məsələlərin çoxunu (düzgün şəkildə) onlara nəql edir.”



Nöqtələr


●Ayədən məlum olur ki, İslam Peyğəmbərinin (s) dövründə Tövrat və İncil kitab əhlinin ixtilaflarını həll etməyə qadir deyildi. İxtilafları əvvəlki səmavi kitablara hakim olan Quran yalnız ixtilafları həll etmək gücündədir.

Bildirişlər


1. Əqli və köklü ixtilafların məktəb görməmiş peyğəmbər əli ilə həlli Quranın ecazkarlıq və ilahilik nişanəsidir.

Mövlam qələm alıb getmədi dərsə,

Amma dərs deyərdi yüz müdərrisə.

2. Quranın bərəkətlərindən biri onun ixtilafları həll etməsidir.

3. İlahi məktəblərdə heç bir ixtilaf yoxdur. İxtilafı yaradan xalqdır.

Ayə 77:


﴿وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ﴾

Əlbəttə ki, o, (Quran) iman əhli üçün hidayət və rəhmətdir.”


Ayə 78:


﴿إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ﴾

Şübhəsiz, sənin Rəbbin Öz hökmü ilə onların arasında mühakimə aparacaq. O, qüvvət və agahlıq sahibidir.”


Ayə 79:


﴿فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ﴾

Allaha təvəkkül et, (bil ki) sən aşkar haqq yoldasan.”



Bildirişlər


1. İxtilafların həlli aşkar hidayət və rəhmət nümunəsidir.

2. İman ilahi rəhmət səbəbidir.

3. Allah Öz peyğəmbərinə təsəlli verir.

4. Mühakimə Allahın rübubiyyət şənlərindəndir.

5. İlahi hökmlər Allahın müqəddəs zatına məxsusdur. Çünki cəhalət, qorxu, meyllər və hadisələr Onun hökmünə təsir etmir, Onun hökmü tam ədalətlidir.

6. Mühakimədə ədalətdən əlavə elm və qüdrətə ehtiyac var.

7. Allaha təvəkkül rəhbərin müvəffəqiyyəti üçün bir şərtdir.

8. Yolun doğruluğuna diqqət və onun təlqini insanı ötəri hadisələr qarşısında sığortalayır.

9. Peyğəmbər yolunda heç bir şübhəli nöqtə yox idi. Müxaliflər sadəcə bəhanə axtarırdılar.

10. Allaha təvəkkül yalnız haqq yolda mənalı və səmərəlidir.

11. Rəhbər getdiyi yolun doğruluğuna inanmalıdır.

Ayə 80:


﴿إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ﴾

Şübhəsiz, öz dəvətini nə ölülərin qulağına çatdırar, nə də dönüb gedən karlara eşitdirə bilərsən.”


Ayə 81:


﴿وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ﴾

Sən korları azğınlıqlarından çəkindirən deyilsən. Sən yalnız öz sözünü ayələrimizə iman gətirənlərin, haqq qarşısında təslim olanların qulağına yetirə bilərsən.”



Nöqtələr


●Quran leksikonunda ölüm və həyat dedikdə həm təbii, həm də mənəvi ölüm və həyat nəzərdə tutulur.

Quran haqq sözün təsir etmədiyi kəsləri ölü sayır. Təkrar-təkrar bəyan olunur ki, şəhidləri ölü saymayın, onlar diridir, şaddır, bir-birinə müjdə verir, ilahi ruzidən bəhrələnirlər. Bəli, daş qəlbli və inadkar insan ölü, dünyadan getmiş şəhid diridir. Məsələni bir qədər də açıqlayaq:


Həyat mərhələləri


●Həyatın müəyyən mərhələləri var:

1. Nəbatat həyatı–Quranda buyurulur ki, torpaq öləndən sonra Allah onu yağış vasitəsi ilə dirildir.1

2. Heyvani həyat–Quranda buyurulur ki, Biz sizə həyat verdik.2

3. Ruhi həyat–Ayələrdə oxuyuruq ki, diri insanlar oyadılsın, yəni sağlam ağıl və fitrəti olanlara xəbərdarlıq edilsin. Qeyd olunur ki, peyğəmbərlərin dəvəti sizin həyatınız üçündür.3

4. İctimai-siyasi həyat–Əgər qisas hökmünün icrası ilə ədaləti bərqərar etsəniz, cəmiyyət diridir.4

5. Axirət həyatı–dünya həyatını puça çıxarmış insanın dilindən nəql olunur ki, kaş axirətdə həqiqi həyat üçün bir şey göndərmiş, azuqə toplamış olaydım.5


Bir irada cavab


●“Təfsiri-nümunə”də oxuyuruq: “Vəhhabilər “şübhəsiz, dəvətini ölülərin qulağına çatdıra bilməzsən” buyruğunu öz yanlış əqidələri üçün dəlil göstərirlər. Onlar iddia edirlər ki, dünyasını dəyişmiş Peyğəmbər (s) heç bir söz eşitmir və onu ziyarət etməyin, ona müraciətin heç bir mənası yoxdur.

Bu puç iddiaya cavab olaraq deməliyik ki, ayədə ümumi bir təşbeh nəzərdə tutulmuşdur. Məsələn, “Bəqərə” surəsinin 74-cü ayəsində bəzilərinin qəlbi daşa bənzədilir. Bu o demək deyil ki, onların qəlbi istənilən bir halda daşdır. Quran şəhidlərin bərzəx həyatında yaşadığını bildirir. Bu mövzuda yetərincə şiə və sünni rəvayətləri var:

1. Məhəmməd ibn Əbdül-Vəhhab “əl hədiyyətus-sünniyyə” kitabında yazır: “Peyğəmbərin (s) ölümdən sonrakı Bərzəx həyatı şəhidlərin həyatından üstündür. O, salam verənlərin salamını eşidir.”

2. Bir çox şiə və sünni kitablarında bildirilir ki, Peyğəmbər (s) və imamlar onlara uzaqdan və yaxından salam verənlərin salamını eşidir və cavab verir. Hətta insanların əməlləri onlara xəbər verilir.6

3. Biz özümüz şahid olmuşuq ki, peyğəmbər və onun Əhli-beytinə (ə) üz tutan (təvəssül edən) minlərlə insanın istəyi həyata keçib.

4. “Səhih-Buxari”də oxuyuruq: “Həzrət Peyğəmbər (s) Bədr döyüşündə həlak olanlarla danışırdı. Şəhidlərin eşidib-eşitməməsi ilə bağlı Ömərin verdiyi sualı həzrət belə cavablandırdı: “And olsun canım əlində olan Allaha, siz onlardan yaxşı eşitmirsiniz.”7

5. Həzrət Əli (ə) Cəməl döyüşünün sonunda buyurdu: “Səd ibn Surun meyitini oturdun.” Sonra həzrət ona üz tutub buyurdu: “Vay olsun sənə, elm və bilik sənə fayda vermədi, şeytan səni azdırdı və Cəhənnəmə yola saldı.”8


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin