Nöqtələr
Əgər müsəlmanlar Allahın bu əmrinə təslim olsaydılar, Qədir-Xumda girami Peyğəmbər (s) Allah əmri əsasında Əlini (ə) canişin edən vaxt bir başqasına üstünlük verməzdilər.
Bu ayə növbəti ayə üçün zəminə hazırlayır. Həmin ayədə buyurulur ki, sən yanlış sünnələri aradan qaldırmalısan və xalq Allahın istəyinə qarşı çıxa bilməz.
Allah və onun rəsulunun göstərişinə qarşı çıxmağa qadağa qoyan ayə kimsəni təəccübləndirməməlidir. Həkim xəstəsinə elan edir ki, sən pəhriz saxlamalı və yalnız təyin olunmuş dərmanlardan istifadə etməlisən. Allah da şəxsi baxışlar əsasında, Allah göstərişlərinə zidd qərarlar çıxarmağı insana qadağan edir. Çünki, bəşəriyyətin xoşbəxtlik yolunu hamıdan yaxşı bilən Allahdır.
Rəvayətdə oxuyuruq ki, girami Peyğəmbər (s) buyurmuşdur: “Ey Allahın bəndələri! Siz xəstə kimisiniz, Allah isə təbib kimi. Xəstənin xeyiri istəklərinə yox, təbibin göstərişlərinə əməl etməkdir. Nicat tapmaq üçün Allahın əmrinə təslim olun.”1
Dini nizamda demokratiya və humanizmə Allahpərəstlik hakimdir. Yalnız Allah hökmünə zidd olmayan baxışlar məqbuldur.
Dostları ilə paylaş: |