Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə123/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   119   120   121   122   123   124   125   126   ...   572

Nöqtələr


Hazırkı iki ayədə dinlər arasındakı üç müştərək prinsipə işarə olunmuşdur: Tövhid, nübuvvət (peyğəmbərlik), məad (ölümdən sonrakı həyat).

Bildirişlər


1. Bütün peyğəmbərlərin müxalifləri olmuşdur. Demək, düşmənlərin müxalifətindən qorxmamalıyıq.

2. Tarixi hadisələr arasında oxşarlıq var və onlar təkrarlana bilər.

3. Tarixlə tanışlıq insan üçün bir növ təsəllidir.

4. Müxaliflərin təkzibi təbliğə mane olmamalıdır.

5. Xalq əqidə seçimində azaddır və peyğəmbər onları məcbur edə bilməz.
Mən haqqı söylədim, indi özün bil

Ya bir öyüd götür, ya şərə əyil.
6. Haqqa çağırış və təbliğ aydın və gözəl olmalıdır.

7. Suallarla qafillərin fitrətini oyadaq.

8. İslam düşüncə dinidir və hamını düşünməyə çağırır.

9. Varlıq aləmi ilahi qüdrətin nümayiş səhnəsidir. Bu səhnədə həyat və ölüm bir-birini əvəz edir.

10. Varlıq aləmi davamsızdır. Sonda qayıdış Allaha doğrudur.

11. Yaranışa etiqad məada etiqada səbəb olur. Allah qüdrətindən xəbərsizlik məadın inkarı ilə nəticələnir.

12. Yaratmaq, öldürmək və yenidən diriltmək Allahın daimi işidir.

13. İlkin yaranış və Qiyamətdə təkrar oyanış Allah üçün asandır, Onun bir istəyi bəs edər.



Ayə 20:


﴿قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

De ki, yer üzündə gəzin, Allahın yaranışa necə başladığını görün. Sonra Allah axirət həyatını yaradar. Həqiqətən, Allah hər işə qadirdir.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin