Nöqtələr
Bütpərəst qəbilələrdə bütlər mehvər idi. Hər qəbilənin öz bütü vardı. Məsələn, Qüreyşin bütü “Uzza”, Səqifin bütü “Lat”, Ous və Xəzrəcin bütü “Mənat” adlanırdı. Bütlər qəbilələrin öz ata-babaları ilə əlaqələri üçün bir vasitə idilər.
17-ci ayədə oxuduq ki, İbrahim (ə) odla hədələnməzdən öncə qövmünə buyurdu: “Siz Allah əvəzinə bütlərə pərəstiş edirsiniz.” Oddan qurtulduqdan sonra isə daha qətiyyətlə buyurdu: “Siz Allah əvəzinə sizi dünyaya bağlayan bütləri seçmisiniz.” Göründüyü kimi, İbrahimin oda atılması onun əzmini qırmadı və həzrət dəvətindən əl çəkmədi.
İmam Sadiq (ə) öz yaxınlarından birinə buyurdu: “Hansı dəstə bir rəhbərə iqtida edərsə, Qiyamət günü bu rəhbərlə ardıcılları arasında lənət mübadiləsi olar. Yalnız siz - peyğəmbər əhli-beyti xəttində olanlar - istisnasınız.”1
Bəzən düşmənin planlarına sarsıdıcı cavab vermək lazım gəlir. Ötən ayədə oxuduq ki, İbrahimi oda atmaq istəyən kafirlərə Allah belə cavab verdi: “Sizin əbədi yeriniz oddur.” Bəli, bəzən torpaq atana daşla cavab vermək lazım gəlir.
Dostları ilə paylaş: |