Nöqtələr
“Səvva” dedikdə tarazlıq, mütənasiblik yaratmaq nəzərdə tutulur.
Aləmdəki həqiqətlər bizim üçün iki qrupa bölünür: görünənlər və görünməyənlər. Amma Allahdan gizli heç nə yoxdur.
Bildirişlər
1. Varlıq aləminə hakim qanunlar Allahın sonsuz elminə əsaslanır. (Bəli, hər bir toplumun idarəsi üçün ondan xəbərdar olmaq lazımdır.)
2. Allah üçün aşkarda olan da, xəlvət də eyni dərəcədə məlumdur.
3. Allahın qüdrəti Onun mərhəməti ilə müşayiət olunur.
4. Bütün yaranmışlar gözəldir. (Hətta ilanın canındakı zəhər də dəyərlidir. İnsanın ağzındakı su da belədir. Bu su nə qədər ki, ağızdadır, nemətdir, elə ki, ağızdan atıldı, təhqir sayılır.)
5. Hər şey Allah tərəfindən yaradılmışdır.
6. İnsanın ayrıca zikr olunması onun xüsusi əhəmiyyət və dəyərini göstərir.
7. Nütfəyə çevrilən təkcə bir hüceyrə, spermadır.
8. Əsil hünər sahibi Allahdır. O, bir damla bulaşıq sudan şərafətli və dəyərli mövcud yaradır.
9. Həzrət Adəmin yaranışı onun nəslindən olanların yaranışından fərqlənir. (Həzrət Adəm torpaqdan, onun nəsli isə nütfədən xəlq olunmuşdur.)
10. İlahi kamilliklər əldə etmək üçün hazırlıq və mütənasibliyə ehtiyac var. (Öncə mütənasib qamət, sonra ilahi ruhun üfürülməsi.)
11. İnsana ilahi ruh üfürülməsi onun şərafətini göstərir.
12. İnsanın ilkin yaranışı tədrici olmuşdur.
13. İnsanın görmə qabiliyyəti eşitmə qabiliyyətindən daha əhatəlidir. (İnsan eyni vaxtda iki səsi ayırd edə bilmədiyi vaxt, bir neçə şeyə tamaşa edə bilir. Əgər qulaq yalnız səs eşidirsə, göz mövqeyini, rəngi, həcmi, hərəkəti müəyyənləşdirən vasitədir.)
14. Əzalar arasında insanı ətrafla tanış edən əza daha mühümdür. (Müxtəlif əzalar arasından yalnız qulaq, göz və qəlb yada salınır.)
15. İnsanın yaranış dövrünə diqqət insanın özünü və Allahı tanımasına, şükürə aparan bir yoldur.
16. Şükür etməyən insan məzəmmətə layiqdir.
Ayə 10:
Dostları ilə paylaş: |