Ayə 24, 25, 26, 27, 28, 29, 30, 31:
﴿وَٱلَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ﴾﴿لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ﴾﴿وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِِِّينِ﴾﴿وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ﴾﴿إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ﴾﴿وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ﴾﴿إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ﴾﴿فَمَنِ ٱبْتَغَى وَرَآءَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ ٱلْعَادُونَ﴾
“O kəslər ki, mallarında məlum bir haq var; sail və məhrum fərdlər üçün; onlar ki, cəza gününə inanırlar; onlar ki, Rəblərinin əzabından qorxurlar; çünki Rəblərinin əzabından amanda deyillər; onlar ki ayıb yerlərini hifz edərlər; yalnız zövcələri və kənizləri istisnadır, bu işdə qınanmazlar; o kəslər ki, bundan artıq istəyir həmin həddi aşanlardır.”
Nöqtələr
◘Təfsirçilər bildirirlər ki, xüms və zəkat əmrlərindən öncə nazil olmuşdur.
◘İmam Sadiq (ə) “həqqun məlum” ifadəsi haqqında buyurur: “Bu haqq vacib zəkatdan ayrı bir haqdır. Sərvətli insan Allahın ona verdiyi var-dövlətin bir hissəsini yaxınlarına əta etməklə onları çətinlikdən qurtarır. (Qeyd)1
İmam Baqir (ə) hazırkı ayə ilə bağlı verilən suala belə cavab verir: “Həqqun məlum” zəkat deyil.” (Qeyd)2
◘”Nəhcül-bəlağədə” oxuyuruq: “Allah yoxsulların gücünü varlıların malında qoymuşdur. Elə bir yoxsul yoxdur ki, varlı onun haqqından bəhrələnməsin. Allah onları sorğuya çəkəcək.” (Qeyd)3
◘”Lissailiq vəl məhrum” ifadəsindən aydın olur ki, cəmiyyətdəki bəzi möhtaclar əl açır, bəziləri isə öz ehtiyacını gizlədir. Ona görə də varlılar ikinci zümrəni axtarmalı, onların haqqını ödəməlidir.
◘Yersiz adət-ənənələrə qarşı mübarizə lazımdır. Allahın halallarını haram, haramlarını halal göstərmək olmaz. Bəzi adət-ənənələrə əsasən gənclərin tez ailə qurması yaxşı hal deyil. Hansı ki, Quran izdivacdan çəkinib qeyri-şəri yolla şəhvətini söndürənləri qınayır.
◘İnsanın özündən məni xaric etməsi (istimna) böyük günahlardandır. İmam Sadiq (ə) bu barədə verilən sualın cavabında buyurur: “İstimna böyük günahdır, Allah onu qadağan etmişdir. İmamdan bu işin hansı ayədə qadağan olunduğunu soruşurlar. İmam “Məaric” surəsinin 31-ci ayəsini oxuyur. (Qeyd)4
◘Həzrət Əli (ə) övladlarına buyurur: “Allahdan elə qorx ki, bütün yaxşılıqlara malik olsan onların qəbul edilməyəcəyini düşün; o qədər ümidvar ol ki, bütün insanların pis əməllərinə sahib olsan onların bağışlanacağını güman et.” (Qeyd)5
◘Qiyamətə iman və əzab qorxusu namaz və infaqa diqqət üçün zəmindir.
Bildirişlər
1. Hərislik xəsisliyə, namaz infaqa sövq edir.
2. Namazla məhrumlara yardım arasında qırılmaz bağlılıq var.
3. İnfaq hərislik və xəsislik ruhiyyəsini cilovlayır.
4. Həqiqi mömin və namazqılan öz var-dövlətinin bir hissəsini başqalarının haqqı bilir.
5. Yoxsulların varlıların malında payı var, onlara şərikdirlər.
6. Yoxsullara əl tutarkən təkcə zahirə baxmayın. Bəziləri başını dik tutub əl açmır.
7. Fərdin xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyindən ayrı deyil.
8. Yardım üçün iman yox, möhtaclıq şərtdir.
9. Əsil dindarlıq odur ki, insan həm ictimai, həm etiqadi məsələlərə diqqət yetirsin.
10. İslam fitri bir dindir. Həm nəfsani meyllər düzgün yolla təmin olunmalıdır, həm də günahın qarşısı alınmalıdır.
11. İslam cinsi istəklərin nəzərə alınmamasına müxalifdir.
12. İnsan üçün həmişə təhlükə var: azğınlıq təhlükəsi, bədbəxtlik təhlükəsi, qəfil ölüm təhlükəsi, əməllərin qəbul olunmaması təhlükəsi, əməllərin puça çıxması təhlükəsi...
13. Qanuni izdivacda zaman və məkanaa, yaşa görə qınamaq olmaz.
14. Cinsi ehtirasın haram yolla söndürülməsi bir növ təcavüzdür.
Dostları ilə paylaş: |