Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə128/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   124   125   126   127   128   129   130   131   ...   348
Nöqtələr
◘”Vəqar” sözü sübut, əzəmətə səbəb olan şey mənasını bildirir. “Ətvar” dedikdə hal, mərhələ və ya sinif mənası nəzərdə tutulur.

◘”Bəst” sözündən olan “bisat” sözü geniş, “fəcc” sözündən olan “ficac” sözü geniş yol mənasını bildirir.

◘”Rəca” sözü ümidsizlik sözünün antonimidir. Bu sözün inkar şəkli qorxu mənasını bildirir. Buyurulur ki, sizə nə olub Allahın əzəmətindən qorxmursunuz?! İmam Baqirdən (ə) nəql olunan hədis uyğun mənanı təsdiqləyir. (Qeyd)1

Bəziləri “rəca” sözünün etiqad mənasını bildirdiyini söyləyirlər. Çünki bir şeyə ümidvar olan insan ona inanır. Uyğun halda ayə belə mənalandırılır: sizə nə olub ki, Allahın əzəmətinə inanmırsınız?!” (Qeyd)2

◘”Tibaq” ya münafiq, ya da təbəqə-təbəqə yerləşmə mənasını bildirir.

◘İnsan bitkilər sayağı təbii ünsürlərdən təşkil olunub, tədricən inkişaf edir, quruyur, səmərəli və ya səmərəsiz olur, torpaqdan qidalanır, tərbiyəçiyə (bağbana) ehtiyaclıdır.


Bildirişlər
1. Sual şəklində xəbərdarlıq tərbiyə üsullarındandır.

2. Yaranış mərhələlərinə diqqət insana Allahın əzəmətini xatırladır.

3. Həzrət Nuh həzrət İsa və Musadan min illər qabaq olmuşdur. O insanları varlıq aləmi barədə düşünməyə çağırmışdır.

4. Təbiətlə tanışlıq Allahla tanışlıq üçün bir yoldur.

5. Bütün varlıq aləmi tövhid məktəbidir.

6. Allahın bütün işləri məqsədlidir.

7. Günəş və ayın insan həyatında roluna diqqət allahşünaslığa aparan bir yoldur.

8. Bəşəriyyət yer üzündə səyahətə, geniş yollara ehtiyaclıdır.


Ayə 21, 22, 23:

﴿قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَٱتَّبَعُواْ مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا﴾﴿وَمَكَرُواْ مَكْرًا كُبَّارًا﴾﴿وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا﴾

Nuh dedi: “Pərvərdigara, həqiqətən, insanlar mənə itaətsizlik etdi. Elə birinə itaət etdilər ki, mal və övladları yalnız ziyanlarını artırdı; böyük hiylə işlətdilər və dedilər: “Öz məbudlarınızı atmayın, Vədd, Suva, Yəğuz, Yəuq, Nəsrdən əl çəkməyin.”


Nöqtələr
◘Quranda “əsnam”, “əvsan”, “nusub”, “təmasi” sözləri büt mənasında işlədilmişdir. Müşriklərin tanınmış bütlərinin adı isə ayrıca qeyd olunur. “Nəcm” surəsində Lat, Üzza, Mənat kimi bütlərin adı qeyd olunur.
Bildirişlər
1. Allah adamları Allaha şikayətlənir.

2. Məzlumiyyətlərin xatırlanması başqaları üçün möhkəmlik dərsidir.

3. İlahi rəhbərə iatət etməyən kəs azğına üz tutasıdır.

4. Nuhun ah-naləsi öz mənafeinə xatir deyildi.

5. Mal və övlad nemət olmaya da bilər.

6. İqtisadi və ictimai qüdrət insanların diqqətini cəlb edir, onların itaətinə səbəb olur. Peyğəmbərlər zər-ziba, dəbdəbə sahibi olanların əks qütbündə dayanır.

8. Nuh qövmü heç bir pis əməldən əl çəkmədi. Onlar Nuha qarşı çıxıb azğınlığa tabe oldular, bütləri qorumaq üçün hiyləyə əl atdılar.

9. Şirk ayinləri dəbdəbə sahiblərinin mənafeini qoruyur.

10. Başqalarının ibrət götürməsi üçün məhv olmuş azğın başçıların adı çəkilməlidir.

11. İlahi rəhbər fəsad ocağını tanımalıdır.

12. Doğru yoldan çıxan kəs üçün bir çox azğınlıq yolu açılır.
Ayə 24, 25:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin