Nur təFSİRİ


Ayə 6, 7: ﴿سَنُقْرِؤُكَ فَلَا تَنسَى﴾﴿إِلَّا مَا شَاء اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى﴾



Yüklə 1,72 Mb.
səhifə252/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   248   249   250   251   252   253   254   255   ...   348
Ayə 6, 7:

﴿سَنُقْرِؤُكَ فَلَا تَنسَى﴾﴿إِلَّا مَا شَاء اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى﴾

6. “Biz səni düzgün qiraətə sövq edərik, sən də unutmazsan”; 7. “Yalnız Allahın istədiyi istisnadır. Şübhəsiz, o aşkarı və gizlini bilir.”
Nöqtələr
◘ “Sənuqriukə” sözü “qər” kökündən, “ifal” babındandır. “İqrə” sözünün lüğət mənası qarinin oxuması və ustadın dinləyib onun səhvlərini düzəltməsidir. İslam peyğəmbərinə (s) müraciətdə işlədilən “iqrə” sözü ona düzgün oxumaq qüdrətinin verilməsini və nazil edilənləri unutmamasını ifadə edir.1 (Qeyd)

◘”İlla maşaəllahu” cümləsi sitisna bildirir. Peyğəmbərin (s) nəzərinə çatdırılır ki, Allah ona Quranla bağlı qüdrət verdikdən sonra da onu unutqanlığa düçar edə bilər. Behişt əhli haqqında danışılarkən bildirilir ki, behişt onlar üçün əbədidir. Amma yenə də Allahın istəyi şərt qoyulur.2 (Qeyd)


Bildirişlər
1. Varlıq aləminin yaranışı və onun təkvini hidayəti insanların şəriət yolu ilə hidayəti üçün bir müqəddimədir. (Bitkini torpaq qatından cücərdən Allah insanın mənəvi istedadlarını hökmən büruzə verəsidir.)

2. Peyğəmbərin (s) nəyi vardısa vəhydin idi. Həzrət ona nazil edilənləri unudacağından qorxurdu. Allah bu nigarançılığı aradan qaldırmaq üçün Peyğəmbərə (s) vəd verir.

3. Allahın Rəsulu (s) istənilən bir unutqanlıqdan uzaqdır.

4. Peyğəmbər (s) bütün Quranı əzbər bilirdi. (İslam peyğəmbərinin (s) möcüzələrindən biri bu olub ki, dinlədiyi ən uzun ayəni birdəfəyə yadda saxlayıb.)

5. Allah hər şeyə qadirdir. O verdiklərini geri də ala bilər.

6. Allah vədinə xilaf çıxmasa da, vədini yerinə yetirməyə məcbur deyil.3 (Qeyd)

7. Allahın iradəsi hikmət və elmə əsaslanır.

8. Bəzi işlərin gizli qalması zərurətdir. (İndiki zamanda işlədilmiş “yəxfa” sözündən aydın olur ki, bəzi işlərin məxfiliyi onların karakterindən doğur.)



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin