(107-Cİ SURƏ; 7 AYƏ)
OTUZUNCU CÜZ
“MAUN” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 7 ayədən ibarətdir.
Surənin adı onun son ayəsindən götürülmüşdür. “Maun” dedikdə zəkat mənası nəzərdə tutulur.
Surədə dini yalan sayan, yetimə diqqətsizlik göstərən şəxs məzəmmət olunur. Namazda qəlbin iştirakı surənin əsas bildirişlərindəndir. Surədə riyakarlıq edənlər qınanır.
İmam Baqir (ə) buyurur: “Vacib və nafilə namazlarında bu surəni oxuyan kəsin namaz və orucu qəbul olar, həmin şəxsin dünuada yol verdiyi nöqsanlar bağışlanılar.”1 (Qeyd)
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7:
﴿أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ﴾﴿فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ﴾﴿وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ﴾﴿فَوَيْلٌ لِّلْمُصَلِّينَ﴾﴿الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ﴾﴿الَّذِينَ هُمْ يُرَاؤُونَ﴾﴿وَيَمْنَعُونَ الْمَاعُونَ﴾
1. “Qiyaməti inkar edən kəsi gördünmü?” 2. “O həmin şəxsdir ki, yetimi qəzəblə qovar”; 3. “Başqalarını miskinə təam verməyə təşviq etməz”; 4. “Vay olsun o namazqılanlara ki”; 5. “Qıldıqları namazdan qəflətdədirlər”; 6. “O kəslər ki, daim riyakarlıq edərlər”; 7. “İnsanları zəkat verməkdən çəkindirərlər.”
Nöqtələr
◘Hazırkı surədə mənfi tiplərin siması tanıtdırılır. Onlar dinə mənfi münasibətdədirlər, yetimə və miskinə biganəlik göstərib onları rədd edirlər, ibadətdə süstdürlər və ixlasları yoxdur, insanlara xidmətdən çəkinirlər.
◘Hazırkı surədə “din” dedikdə qiyamət günü nəzərdə tutulmuşdur.
◘“Dəə” sözü qəzəblə qovmaq, “həzz” sözü başqalarını təviq etmək mənasını bildirir.
◘Surədə din və məadın təkzibi dedikdə dildə yox, qəlbən təkzib nəzərdə tutulur. Çünki surədə namazqılanlra müraciət edilmişdir. Onlar namazlarında riyakardırlar, özlərini göstərirlər, qəflət içindədirlər.
◘“Maun” sözü “mən” sözündəndir və qonşunların bir-birinə itifadə üçün verdiyi şeylərə işarədir. Məsələn xörək qabları.
◘Din bir-birinə bağlı göstərişlər məcmusudur. Namaz yoxsula diqqətdən ayrı deyil.
◘Rəvayətlərdə “sahun” sözünün namazda süstlük, namazın tərki mənasını bildirdiyi qeyd olunur.1 (Qeyd)
◘İlahi şüarların hifzi xatirinə cəmiyyət namazında iştirak etmək riya sayılmır.
◘Hədisdə bildirilir ki, qonşuya hər hansı vasitəni verməkdən çəkinən şəxs qiyamətdə onun lütfündən məhrum olar.2 (Qeyd) Digər bir hədisdə nəql olunur ki, həzrət Peyğəmbərdən (s) aldığı əşyaları sındıran şəxs barədə soruşuldu. Sual olundu ki, belələrinə hər hansı əşyanı verməmək günahdırmı? Həzrət buyurdu: “Bu halda verməmək olar.”3 (Qeyd)
◘Hədisdə bildirilir: namaz vaxtına diqqətsizlik göstərən, namazı ilkin vaxtında qılmayan şəxsə vay olsun.4 (Qeyd)
◘İmam Sadiq (ə) buyurur: “Maun” dedikdə qərzül-həsənə (təmənnasız gözəl borc), başqalarına münasibətdə istənilən xeyir iş, ev vasitələrini istifadə üçün qonşuya vermək, o cümlədən zəkat nəzərdə tutulur.5 (Qeyd)
◘İnsanın qəlbi o qədər daşlaşa bilər ki, miskinə, aca nə özü kömək edər, nə də başqalarını bu işə həvəsləndirər.
Dostları ilə paylaş: |