Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə56/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   52   53   54   55   56   57   58   59   ...   348
Nöqtələr
◘”Vətəmiru” sözü “itmar” sözündən olub razılaşma, qarşılıqlı anlaşma mənasını bildirir.

◘İddə dövründə qadına kişinin evində yer verilməsinin məqsədi barışıq ümidi ola bilər. Qadının evdən çıxarılması ona qarşı təhqirdir. Tədrici ayrılıqda qayıdış imkanı birdəfəyə ayrılıqdan daha böyükdür. Tədrici qayıdışda hislərdən daha çox, ağıl və düşüncə rol oynayır.

◘Hazırkı ayədə qadının haqlarının qorunmasına, onun hamiləliyinə, övladın qidalanmasına, dayə tutulmasına işarə olunur.

◘Ayədə qayıdış üçün zəmin olan beş göstəriş verilir. Bu göstərişlər mərhəmət və düşüncəyə əsaslanır.


Bildirişlər
1. Ər hətta boşanmadan sonra qadına məskən verməlidir.

2. Boşanmış qadın əri ilə bir məkanda yerləşdirilməlidir.

3. Kişi qənaət, intiqam, təhqir məqsədi ilə qadına qeyri-münasib yer verə bilməz.

4. Məskən seçimində qadının asayiş və aramlığı nəzərə alınmalıdır.

5. Məskən seçimində qadının istəyi yox, kişinin imkanları meyardır.

6. Kişi boşadığı qadınına heç bir zərər toxundura bilməz.

7. Kişinin ixtiyarı yoxdur ki, boşadığı qadını sıxıntıya salsın.

8. Hamilə qadın boşanarsa da, onun xərci ödənməlidir.

9. Boşanmış qadın övladına verdiyi süd müqabilində ərindən əvəz tələb edə bilər.

10. Qadın əvəz alsa belə onun südü dayənin südündən üstündür. Boşanmış qadın övlada süd verməkdən imtina da edə bilər.

11. Ərlə arvadın məsləhətləşməsi o qədər mühümdür ki, hətta boşandıqları vaxt bu iş tövsiyə olunur.

12. Bütün ailə məsələlərində ictimai rəy və ağıl meyar sayılır.

13. Nəticə alınmasa belə məsləhətləşmək lazımdır.

14. Bir araya gəlməyən ərlə arvad körpənin haqlarını tapdamamalıdır.

15. Ana südünün imtiyazları var. Yalnız çıxılmaz vəziyyətdə başqa yola əl atıla bilər.

16. Qadın süd haqqını elə bir səviyyəyə qaldırmamalıdır ki, kişi üçün çətinlik yaransın. Qadın həddən artıq haqq təyin edərsə, kişi dayə tuta bilər.

17. Ailədə qərar çıxarılarkən körpənin haqları nəzərə alınmalıdır: bətndəki körpənin haqqı ata tərəfindən ödənməlidir; anadan olduqdan sonra anası ona süd verməlidir; ata ananın verdiyi südün haqqını ödəməlidir.
Ayə 7:

﴿لِيُنفِقْ ذُو سَعَةٍ مِّن سَعَتِهِ وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنفِقْ مِمَّآ ءَاتَاهُ ٱللَّهُ لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا مَآ ءَاتَاهَا سَيَجْعَلُ ٱللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا﴾

İmkanlı şəxs imkanına uyğun verməlidir. Ruzisi az olan kəs Allahın ona verdiyindən infaq etməlidir. Allah insana yalnız verdiyi imkan həddində vəzifə təyin edir. Allah tezliklə çətinlikdən sonra asanlıq yaradar.”


Nöqtələr
◘İnsanın gücü həddində zövcəsinin xərcini ödəməsi həm iddə dövrünə, həm boşanma vaxtı süd verilən dövrə, həm də başqa dövrlərə aiddir.

◘Quranda “usr” sözü 12 dəfə, “yusr” sözü 6 dəfə işlədilmişdir. Sanki hər çətinlik üçün üç açılış nəzərdə tutulur.


Bildirişlər
1. Dolanışıq ehtiyaclarının təminində meyar ər və ya arvadın baxışları yox, kişinin maddi imkanlarıdır.

2. Gələcək ehtiyaclardan qorxaraq bu gün sıxıntı yaratmayın.

3. Boşanma halında da alicənablığınızı saxlayın.

4. Qadının ehtiyaclarının ödənməsində kişinin onu sevib-sevməməsinin əhəmiyyəti yoxdur. Hətta boşanmış qadının xərclərini müəyyən müddət ödəmək vacibdir.

5. İnfaq edən şəxs ixtiyarında olanların Allaha məxsus olduğunu unutmamalıdır.

6. Hər kəs imkanı həddində infaq etsin.


İçmək olmasa da dəryanın suyun,

Hər kəs yatırmalı öz susuzluğun.
7. Yoxsullar özlərini varlılarla müqayisə edərkən Allahın onlar verdiyi nemətləri unutmamalıdırlar.

8. İnsan gücü həddində məsuldur. İslam dini reallığı nəzərə alır və gücdən artıq vəzifə təyin emir.

9. Çıxış yolu axtararkən tələsməyin.

10. Boşanma və ya yoxsulluq şəraitində gələcəyə ümidinizi itirməyin.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin