Bildirişlər
1. Dünyada küfr axirətdə üzüqaralıq səbəbidir.
2. Qiyamətdə fiziki əzabla yanaşı ruhi əzab, təhqir var.
Ayə28:
﴿قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ﴾
“(Ey peyğəmbər) De ki, Allah məni və mənimlə olanları məhv etsə, ya mərhəmət göstərsə, kafirləri ağrılı əzabdan kim qoruyar?!”
Nöqtələr
◘Rəvayətdə oxuyuruq ki, Məkkə kafirləri Peyğəmbər (s) və müsəlmanlara ölüm arzulayırdılar. Ayədə buyurulur ki, müsəlmanlar dünyadan getsələr də, sizə sığınacaq verəsi kəs yoxdur. “Tur” surəsinin 30-cu ayəsində bildirilir ki, onlar Peyğəmbəri (s) təhqir edir, ona ölüm arzulayırdılar. “Fəth” surəsinin 12-ci ayəsində isə kafirlərin Peyğəmbə (s) və möminlərin cəbhədən qayıtmamasını gözləməsi qeyd olunur.
◘Belə bir lətifə söyləyirlər ki, dəcəl bir uşaq müəllimi üçün Allahdan ölüm istəyirdi. Atası ona dedi: “Əgər dərsdən canını qurtarmaq istəyirsənsə, müəllimə yox, mənə ölüm istəməlisən. Çünki müəllim ölsə, mən səni başqa bir müəllimin yanına aparacağam.
Bildirişlər
1. Kafirlərlə danışıq qaydasını səmavi kitabdan öyrənək.
2. Peyğəmbər (s) vəhy əmanətçisi idi.
3. Təbliğdə bəzən həqiqətləri fərziyyə kimi demək lazım gəlir.
4. Kafirlər Peyğəmbərə (s) qarşı kinli olduqları kimi onun ətrafındakılar da kin-küdurətlə yanaşırdılar.
5. Mömin insan ümid və qorxu arasında yaşamalıdır.
6. Allahın kafirlərə qəhr-qəzəbinin qarşısını kimsə ala bilməz. (Bəzi kafirlər əzaba düşməyəcəklərini iddia edirdilər. Amma Quran onlara əzab vəd edir)7 (Qeyd)
7. Allah övliyalarına dərd-bəla arzulayanlar ağrılı əzaba düçar olar.
Ayə 29, 30:
﴿قُلْ هُوَ ٱلرَّحْمَنُ ءَامَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ﴾﴿قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍِِ مَّعِينٍ﴾
“De ki, O Rəhman Allahdır. Biz Ona iman gətirib təvəkkül etmişik. Biləcəksiniz ki, aşkar azğınlıqda olan kimdir. De ki, mənə deyin, sizin sularınız yerin təkinə hopsa, kimdir onu sizin üçün axıdıb dada gətirən?!”
Nöqtələr
◘Yerin nüfuz edilə biləsi və nüfuzedilməz hissələri var. Əgər hər yerə nüfuz etmək mümkün olsaydı su toplanmazdı. Əksinə, bütün yer nüfuzedilməz olsaydı torpaq bataqlığa dönərdi.
◘”Ğəvr” dedikdə dərinliyə enmək mənası anlaşılır. “Məin” sözü asan və axıcı mənasını bildirir.
◘Son ayə öncəki ayəni təfsir edir. 29-cu ayədə “söylə ki, O Rəhman Allahdır” buyurulur. 30-cu ayədə rəhmət nümunəsi olaraq axan suya işarə olunur. Öncəki ayədə buyurulur ki, Allaha təvəkkül etmişik. Növbəti ayədə buyurulur ki, Ona təvəkkülün səbəbi bütün işlərə qadir olamsıdır.
◘İmam Baqir (ə) ayə ilə bağlı buyurur: “Əgər imamınız qeybə çəkilsə, kim onu zühur etdirə bilər, göylərin və yerin xəbərlərindən, halal-haramdan agah olarsınız?!”1 (Qeyd)
Bildirişlər
1. Azğınlar qarşısında mövqeyini bildirmək Peyğəmbərin (s) vəzifəsidir.
2. Kafirlər qarşısında iman və təvəkkül kimi qurtuluş vasitələriniz var.
3. Təvəkkül imanın səmərəsi və şərtidir.
4. Bütlərə yox, mərhəmət qaynağına inanmaq dəyərdir.
5. Allaha təvəkkül etməklə kafirlər öz arzularını gora aparacaqlar.
6. İşin əvvəli yox, sonu mühümdür.
7. Öncə etiqadınızı möhkəmləndirin, sonra düşməni hədələyin.
8. Rəhbərin qətiyyələ danışması ətrafındakıları gücləndirir, biganələri bədbinləşdirir.
9. Biganəlik və qəflətin təhlükəsini ehtimal etmək yetər.
10. Varlıq aləminin qanunlarını dəyişmək Allahın əlindədir.
“QƏLƏM” SURƏSİ
Dostları ilə paylaş: |