Ayə 7, 8, 9, 10, 11, 12, 13:
﴿كَلَّا إِنَّ كِتَابَ الفُجَّارِ لَفِي سِجِّينٍ﴾﴿وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ﴾﴿كِتَابٌ مَّرْقُومٌ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ﴾﴿وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ﴾﴿إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ﴾
“Xeyir (onlar düşündüyü kimi deyil)! Həqiqətən, günahkarların naməsi siccindədir; sən nə bilirsən ki siccin nədir? Bu müəyyənləşmiş bir taledir; vay olsun həmin gün təkzib edənlərə! O kəslər ki cəza gününü inkar edirlər; günahkar azğından başqası onu təkzib etməz; ayələrimiz ona oxunduğu zaman deyər: keçmişlərin əfsanəsidir.”
Nöqtələr
◘”Siccin” “sicn” sözündəndir. Bu söz əbədi və ağrılı zindan mənasını bildirir.
◘”Mərqum” sözü “rəqəm” sözündəndir. Bu söz düzgün, müəyyən xətt mənasını ifadə edir. Belə bir yazı başqalarından seçilir. Yəni günahkarların taleyi tam aydın və müəyyəndir. Onlar əbədi zindana məhkumdurlar.
◘Qiyamətlə bağlı ayələrdə “din” sözü cəza mənasını bildirir. “Həmd” surəsində “maliki yəvmid din” ifadəsi “cəza gününün maliki” mənasında işlədilmişdir.
◘”Əsim” sözü “ism” (“sa” hərifi ilə) sözündən olub günahda həddi aşmış insan mənasında işlədilir.
◘”Təkzib edənlərə vay olsun” cümləsi iki cür şərh oluna bilər:
a) Vay olsun əskik satana, onun taleyi qiyamətin təkzibi ilə sonuclanar;
b) Vay olsun qiyamətdə əskik satanların əzabına inanmayanlara.
◘Olsun ki “mukəzzibin” dedikdə qəlb və dil yox, əməldə təkzib nəzərdə tutulmuşdur. Yəni əskik satmaq, xalqın haqqına riayət etməmək qiyaməti əməl təkzib etməkdir. Necə ki vəs-vəsəyə düçar olmuş insan şəriətin pak bildiyini əməldə murdar sayır. Bu qəbil insanlar qəlb və ya dildə təkzibə yol vermirlər.
◘”Əsatir” “əsturə” sözünün cəm formasıdır. Bu söz əfsanə mənasını bildirir. Əfsanədə mövzular gözəl və qəlbə yatımlı şəkildə bəyan olunur. Amma həmin əhvalatlar həqiqət yox, təxəyyül məhsulu olur. Kafirlər və müşriklər iddia edirdilər ki, Peyğəmbər (s) keçmişlərin əfsanəsini təkrarlayır.
◘”Tarixi-aşura” kitabında oxuyuruq ki, imam Hüseyn (ə) bir neçə dəfə Yezid qoşununa öyüd-nəsihət verdi. İmam qoşuna məzəmmətlə buyururdu: “Məgər mən Peyğəmbər (s) qızı Fatimənin (s.ə.) övladı deyiləm? Yoxsa halalı haram, haramı halal etmişəm? Məgər siz minlərlə məktub yazıb məni dəvət etməmisinizmi?” İmam sonda buyurur: “Sizin qarınlarınız haramla dolub, artıq haqq söz ruhunuza təsir etmir.” Bu gün dünyanın heç bir elmi mərkəzində haram tikənin insan tərbiyəsinə və ruhuna mənfi təsirindən danışılmır. Bütün şərq və qərb dünyası qidalanmanın tərbiyə-təsirindən qəflətdədir.
Bildirişlər
1. Əskik satan insan günahkardır, din pərdəsini yırtır.
2. Günahkarların aqibəti aydın və qətidir.
3. Günah insanı həqiqətlərin inkarına sövq edir.
4. Quran ayələrini əfsanə adlandıranlar günah və azğınlıq girdabına qərq olanlardır.
5. Vəhyin əfsanə sayılması insanı küfrdə saxlayan amillərdəndir.
6. Haram tikə insanı küfr həddinədək aparır. (Surənin əvvəlində əskik satmaqdan danışıldı və bildirildi ki, bu əməl insanı haram tikəyə düçar edir. Növbəti ayədə günahdan və sonda təkzibdən söz açıldı.)
7. İnsanın rəftarları onun əqidə və inanclarına təsir göstərir. Ardıcıl təcavüz və günah insanı təkzibə vadar edir.
8. İnsan ilahi ayələrin bir neçə dəfə zikri ilə kifayətlənməməli, ardıcıl zikr və tilavətə məşğul olmalıdır.
9. Quran hətta müxaliflər üçün cazibəlidir.
Dostları ilə paylaş: |