Ayə 14, 15, 16, 17:
﴿كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ﴾﴿كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ﴾﴿ثُمَّ إِنَّهُمْ لَصَالُوا الْجَحِيمِ﴾﴿ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ﴾
“Elə deyil! Bəlkə onların qazandığı qəlblərini paslatmışdır; onlar həmin gün Rəbblərinin lütfündən uzaq və məhrumdurlar; həmin vaxt cəhənnəmə daxil olcaqlar; sonra onlara deyiləcək: “Bu həmin yalan saydığınız hadisədir.”
Nöqtələr
◘”Zəyn” sözü pas mənasını bildirir. İmam Baqir (ə) buyurur: “Əgər günah insana hakim kəsilsə onun qurtuluşuna ümid qalmaz.” İmam bildirir ki, qəlblərin pas atması dedikdə onların ümidsiz vəziyyətə düşməsi nəzərdə tutulmuşdur.1 (Qeyd)
◘İmam Baqir (ə) buyurur: “Bütün bəndələrin qəlbində ağ bir nöqtə var. İnsan hər dəfə günaha yol verəndə həmin ağ nöqtədə qara bir nöqtə görünür. Əgər tövbə etsə, bu qara nöqtə məhv olur. Əgər günahı davam etdirsə, qara nöqtə genişlənir və bütün qəlbi bürüyür. Bu halda insan xeyir yola qayıda bilmir.”2 (Qeyd)
◘İmam Riza (ə) buyurur: “Qiyamət günü günahkarların Rəbblərindən məhrumluğu dedikdə onların ilahi mükafatdan məhrumluğu nəzərdə tutulur.”3 (Qeyd)
Bildirişlər
1. Quranın əfsanə sayılması qəlbin bulaşıqlığından qaynaqlanır.
2. Günah insan ruhunu bulaşdırır, bu halda insan həqiqətləri dərk edə bilmir.
3. İnsan fitrəti sağlamdır. Bu fitrəti örtən günahdır.
4. Quran leksikonunda qəlb və ruh dedikdə həqiqətlərin dərki mərkəzi nəzərdə tutulur.
5. Günahın davamı qəlbi pasladır.
6. İnsanın sərmayəsi əməldir. İnsan əməl vasitəsi ilə yaxşılıq və ya pislik qazanır.
7. Günah pası dünyada həqiqətlərin dərkinə mane olur, axirətdə insanı ilahi letflərdən məhrum edir.
8. Cəhənnəm məmurları cəhənnəm əhlini məzəmmət edir.
Dostları ilə paylaş: |