بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10:
﴿وَالسَّمَاء وَالطَّارِقِ﴾﴿وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ﴾﴿النَّجْمُ الثَّاقِبُ﴾﴿إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ﴾﴿فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ﴾﴿خُلِقَ مِن مَّاء دَافِقٍ﴾﴿يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ﴾﴿إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ﴾﴿يَوْمَ تُبْلَى السَّرَائِرُ﴾﴿فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ﴾
“And olsun səmaya və tariq ulduzuna; bilirsənmi tariq nədir? O parlaq bir ulduzdur. Üzərində nəzarətçi olmayan bir kəs yoxdur; insan nədən yarandığına baxsın; o atıcı sudan yaranmışdır; bu su bel və sinə arasından çıxır; həqiqətən, o (Allah) yenidən diriltməyə qadirdir; elə bir gün ki sirlər aşkarlanır; həmin gün insanın nə bir qüdrəti, nə də yardımçısı var.”
Nöqtələr
◘”Tariq” sözü gecə daxil olub qapını döyən kəs mənasını bildirir. “Tərq” dedikdə döyəcləmək, “mitrəqə” dedikdə döyəcləmə vasitəsi nəzərdə tutulur. “Təriq” sözü yol mənasını ifadə edir. Çünki yol ayaq altda döyəclənir.
◘”Saqib” sözü dəlmək mənasını bildirir. Sanki həmin ulduz öz işığı ilə gecənin qaranlığını dəlir. “Sulb” dedikdə möhkəm mənası anlaşılır. Hazırda bu söz bel sütunu mənasında işlədilmişdir. “Təraib” sözü isə sinə sümükləri mənasını ifadə edir.
◘”Tubla” sözü “bəlva” sözündəndir. Bu söz həqiqətləri aşkarlayan sınaq mənasını ifadə edir.
◘İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə əsasən “tariq” dedikdə Əmirəl-möminin (ə) və onun məsum canişinlərinin ulduzu nəzərdə tutulur.”1 (Qeyd)
◘Əşəs ibn Qeys münafiqlərdən idi. O bir gecə həzrət Əlinin (ə) qapısını döyüb ona halva təqdim etdi, səhəri gün günah iş gördü. Həzrət Əli (ə) gecə onun qapısını döyənin adını tariq qoydu.2 (Qeyd)
◘Dördüncü ayənin oxşarı ilə “infitar” surəsində rastlaşırıq. Həmin surədə bildirilir ki, sizi əməllərinizi böyüklüklə, kin-küdurətsiz qeydə alan nəzarətçilər qoyulub.
Bildirişlər
1. İnsan və onun bütün işləri ilahi mələklərin nəzarəti altındadır.
2. Övladın nütfə halından ana bətnindən çıxanadək keçdiyi yol diqqətlə mütaliə olunmalıdır. Belə bir mütaliə həm Allah, həm də məadı tanımağa kömək edir.
3. İnsan ağıl, elm və istedad sahibi olduğundan öz yaranışı barədə düşünməlidir.
4. İnsanın öz yaranışına diqqəti onun məada imanı üçün zəminədir.
5. Məad cismanidir insanın cismi qiyamətdə yenidən dirilər.
Dostları ilə paylaş: |