Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə324/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   320   321   322   323   324   325   326   327   ...   348
(104-CÜ SURƏ; 9 AYƏ)
OTUZUNCU CÜZ
HUMƏZƏ” SURƏSİNİN SİMASI
9 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur. Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Huməzə” dedikdə “eyb axtaran” mənası nəzərdə tutulur.

Surədə var-dövləti ilə öyünən, başqalarına istehza edənlər məzəmmət olunur, onlar od əzabı ilə hədələnir.


بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9:

﴿وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ﴾﴿الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ﴾﴿يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ﴾﴿كَلَّا لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ﴾﴿وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ﴾﴿نَارُ اللَّهِ الْمُوقَدَةُ﴾﴿الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ﴾﴿إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ﴾﴿فِي عَمَدٍ مُّمَدَّدَةٍ﴾

1. “Vay halına eyb axtarıb tənə vuranın”; 2. “O kəs ki, mal yığıb daim onu sayar”; 3. “O elə güman edir ki, var-dövləti onu əbədiləşdirib”; 4. “Belə deyil! O hutəməyə atılar”; 5. “Sən nə bilirsən ki, hutəmə nədir?” 6. “O, Allahın şölələnmiş odudur”; 7. “Bir od ki, qəlblərə yol tapar”; 8. “Həmin od onları qapamışdır (qaçmağa yolları yoxdur)”; 9. “Onlar uca sütunlara bağlanmışlar.”
Nöqtələr
◘”Huməzə” sözü “həmz” sözündən olub göz, qaş və işarələrlə eyb axtarmaq mənasını bildirir. “Luməzə” sözü dillə eyb axtarılmasına işarədir. Bu sözlərin sonundakı “ta” hərfi mübaliğə üçündür.

◘”Hutəmə” dedikdə əzmək, tam ovmaq mənası anlaşılır. “Musədə” dedikdə isə dağda düzəldilən və qapısı möhkəm bağlanan yarıq nəzərdə tutulur.

◘”Əmədin muməddədə” dedikdə ya əzab əhli üçün nəzərdə tutulmuş uzun mıxlara, ya da uca sütunlar tək yüksələn od şölələrinə işarə olunur.

◘İslamda Allaha diqqətdən sonra var-dövlət soraqlamaq müsbət qəbul olunur.1 (Qeyd)Amma Allahı yada salmaq əvəzinə var-dövlət ardınca qaçmaq tənqid edilir.2 (Qeyd)

◘Eyb axtarmaq və tənə vurmaq istənilən bir şəkildə qadağan və haramdır. Bu işin aşkarda və ya gizlində, dillə və ya işarə ilə, zarafata və ya ciddi, kiçik və ya böyük, sənət və ya təbiətlə bağlı olmasının fərqi yoxdur.

◘Bəziləri malını saymaqdan və bunu gözə soxmaqdan ləzzət alırlar. Onlar düşünürlər ki, bu sərvət həmişə qalacaq. Quran bu baxışı məzəmmət edərək buyurur ki, bu fikirlər insanı cəhənnəmə aparır. Əslində isə var-dövlət və ondan faydalanmaq məzəmmət edilmir.


Bildirişlər
1. Var-dövlətin bəlalarından biri başqalarının alçaldılmasıdır.

2. Əxlaq da dindəndir. Mömin insan dilini, baxışını cilovlamalıdır.

3. Çalışaq dünyaya aldanmayaq. Dünya malı bizi qürrələndirməsin.

4. İnfaq əvəzinə xəzinə toplamaq fikrində olanlar əzici qiyamət əzabını gözləsinlər.

5. Dil yarası, tənə böyük günahlardandır. Çünki bu günahlar müqabilində əzab vəd edilir.

6. Allahın qaladığı od təkcə cisimləri yox, qəlbləri də əhatə edir.

7. Bəşəriyyət behişt və cəhənnəm həqiqətlərini dərk etməkdə acizdir.

8. Uca alov sütunlar cəhənnəm əhlinə qurtuluş yolu saxlamır.


FİL” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin