Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə70/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   66   67   68   69   70   71   72   73   ...   348
Nöqtələr
◘”Nəsuh” sözü xalislik və sədaqət mənasını bildirən “nush” sözündəndir. Bu söz bəzən möhkəm mənasını da bildirir. Təfsirlərdə nəsuh tövbənin peşimançılıq, istiğfar, günahın tərki, gələcəkdə tərk etmək qərarı, qəbul olunmamaq qorxusu, günahı görüb xəcalət çəkmək, göz yaşı, az danışmaq, az yemək, az yatmaq, xalqın haqqını ödəmək kimi halları qeyd olunur.

◘Məaz ibn Cəbəl həzrət Peyğəmbərdən (s) nəsuh tövbə haqqında soruşdu. Həzrət (s) buyurdu: “Nəsuh tövbə odur ki, insan bir daha günaha üz tutmasın. Necə ki süd yenidən döşə qayıtmır!” Başqa bir hədisdə oxuyuruq: “Nəsuh tövbə odur ki, batin də zahir kimi, hətta daha üstün olsun.”1 (Qeyd)

◘Əgər qürrələnib tövbəmizin qəbul olunacağına arxayınlaşsaq yenidən günahın təkrarı üçün yol açmış olarıq. Çünki ümid edərkən tam arxayınlaşmaq olmaz. Ayədə buyurulur ki, tövbə edin, bəlkə qurtulasınız.2 (Qeyd)

◘Ötən ayələrdə oddan, bu ayədə isə nurdan danışılır. Ötən ayələrdə günahın qarşısının alınmasından, bu ayədə günaha çarə qılmaqdan danışılır. Bildirilir ki, əgər özünüzü qoruya bilməyib günaha batsanız tövbə yolu açıqdır, ümidinizi üzməməsiniz.

◘Peyğəmbər (s) və möminlər dünya və axirətdə əzizdirlər. Dünyada izzət Allah, Peyğəmbər (s) və möminlərə məxsusdur.3 (Qeyd)Qiyamət elə bir gündür ki, Allah Peyğəmbər (s) və onun ardıcıllarını xar etməz.

◘Dünyada malı və canı ilə Allah yolunda vuruşanlar, kafirlərə münasibətdə sərt, möminlərə münasibətdə mərhəmətli olanlar qiyamətdə Peyğəmbərin (s) yoldaşlarıdır.4 (Qeyd)

◘Allaha dua edib nə isə istəməyin həmişə rolu var. Möminlər dünyada doğru yol, axirətdə kamil nur arzulayırlar.

◘Bağışlanma istəyi həm dünya, həm də axirətə aiddir.1 (Qeyd)


Bildirişlər
1. Ötən ayələrdə göstəriş verildi ki, özünüzü cəhənnəm odundan hifz edin. Bu ayədə çıxış yolu kimi tövbə göstərilir.

2. Bəzən mömindən elə bir günah baş verir ki, tövbəyə ehtiyac olur.

3. Tövbə günahların ətrafdakılara açıqlanması yox, Allah dərgahına üz tutmaqdır.

4. Möminin vəzifələrindən biri də günaha görə tövbə qılmaqdır.

5. Tövbə dil hərəkəti yox, sədaqətlə doğru yola qayıdışdır.

6. Hər tövbənin dəyəri yoxdur.

7. Tövbə üçün xüsusi zaman və məkan yoxdur.

8. Tövbəyə təşviq üçün insanlar Allahın mərhəmətinə ümidvar olunmalıdır.

9. Tövbənin qəbulu Allahın rübubiyyət şənlərindəndir.

10. Behiştdə çirkinliyə yer yoxdur. Əvvəlcə paklanmaq, sonra behiştə daxil olmaq lazımdır.

11. Tövbənin iki nəticəsi var: keçmiş günahların yuyulması və gələcəyin təmini.

12. Peyğəmbərə iman gətirmək bəs etmir. Ona ardıcıllıq lazımdır.

13. Dünyadakı saleh əməl qiyamətdə nur şəklində zahir olur.

14. Dünyada nur sorağında olanlar axirətdə ona qərq olur.2 (Qeyd)

15. Qiyamətdə də təkamül var. Möminlər həmin gün öz nurlarını kamilləşdirmək barədə düşünürlər.

16. Həqiqi möminlər çirkinlikdən qurtulmaq, yaxşılıqla zinətlənmək istəyirlər.

17. Duanın qəbuluna ümid Allahın mütləq qüdrətindən qaynaqlanır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin