Həsəd haqqında Kamilliyə çatmaq üçün çalışmaq qibtədir və dəyər sayılır. Amma başqalarının
kamilliklərini məhv etmək üçün göstərilən təlaşlar həsəddir. Həsəd insanın
tutumsuzluğunu, darbaxışlılığını göstərir. Yer üzündə məhz həsəd səbəbindən ilk qətl
törəndi və Adəmin övladları arasında dava-dalaş yarandı. Səmada baş verən ilk günahın
səbəbi də həsəddir. Həmin vaxt İblis insana həsəd apardı. Hədisdə bildirilir ki, od çırpını
məhv etdiyi kimi, həsəd imanı məhv edir.
1
Peyğəmbər (s) əhli-beyti məhz həsəd ucbatından işdən kənarlaşdırıldı. “Nisa”
surəsinin 54-cü ayəsində buyurulur ki, nə üçün Allahın layiqli insanlara lütfünə görə
həsəd aparırlar?! Həmin ayədə İbrahim ailəsinə kitab, hikmət və mülk verildiyi bildirilir.
Bütün şərlər arasında ən pisi həsəddir. Çünki həsədçi insan plan cızır, hiylə qurur,
müxtəlif şər yollarla məqsədə çatmaq istəyir.
Həzrət Əli (ə) buyurur: “Həsəd təhlükəli xəstəlikdir. Bu xəstəlik yalnız həsəd edənin
ölümü və məhvi ilə aradan qalxar.”
2
Həsədçi insan əslində Allaha etiraz edir. Belələri
başqalarına həsəd aparmaqla Allahın istək və iradəsinə qarşı çıxır. Həsəd aparan insan
heç vaxt xeyirxahlıq göstərmir, nəsihət vermir. O başqalarına xeyirdən çəkinir.
◘Quran bir çox günahların kökü kimi həsədi qeyd edir. İmam Sadiq (ə) buyurur:
“Küfrün kökü həsəddir.”
3
Bəziləri peyğəmbərlərə qarşı çıxır. Özləri kimi birinin
peyğəmbər olmasına etiraz edirdilər.
4
Həsəd aparan insanda təvazö və təşəkkür
görünməz. Belələri heç vaxt başqalarının kamilliyini etiraf etməz, haqqı gizlədərlər.
1
“Kafi”, c. 2, s. 306
2
“Nəhcül-bəlağə”, hikmət 493
3
“Kafi”, c. 8, s. 7
4
“Təğabun”, 6
330
Həsəd aparan insan adətən münafiq olur. Həzrət Əli (ə) buyurur: “Onlar zahirdə
məhəbbət göstərir, batində kin-küdurət saxlayır.”
1