“NAS” SURƏSİ
(114-CÜ SURƏ; 6 AYƏ)
OTUZUNCU CÜZ
“NAS” SURƏSİNİN SİMASI
“Nas” surəsi Məkkədə nazil olmuşdur, 6 ayədən ibarətdir. Surənin adı onun 1-ci
ayəsindən götürülmüşdür. Surədə Peyğəmbərə (s) göstəriş verilir ki, vəsvəsə edənlərin
şərindən Allaha sığınsın. Nu surə “Fələq” surəsinin oxşarıdır. Hər iki surədə Allaha
pənah aparılır. Bəzi təfsirçilər onun Mədinədə nazil olduğunu düşünürlər. Amma
surədəki ahəng Məkkə surələrini xatırladır.
İmam Baqir (ə) buyurur: “Hər kəs vətr namazında “Fələq” və “Nas” surələrini, eləcə
də “İxlas” surəsini oxusa ona deyilər: “Ey Allahın bəndəsi, sənə müjdə olsun, Allah sənin
vətr namazını qəbul etdi.”
1
رلا ِللهٱ ِمْسِب
ِنمْح
رلٱ
ِمی ِح
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6:
يِذ لا﴿﴾ ِسا نَخْلا ِسا َوْس َوْلا ِ رَش نِم﴿﴾ ِسا نلا ِهَلِإ﴿﴾ ِسا نلا ِكِلَم﴿﴾ ِسا نلا ِ ب َرِب ُذوُعَأ ْلُق﴿
ِة ن ِجْلا َنِم﴿﴾ ِسا نلا ِروُدُص يِف ُسِوْس َوُی
﴾ ِسا نلا َو
“(Ey peyğəmbər) De ki, pənah aparıram insanların Rəbbinə, insanların
malikinə; insanların məbuduna; şeytanın şər və vəsvəsəsindən; o kəs ki insanların
qəlbinə pis fikir salır; istər cinlərdən olsun, istər insanlardan.”
Nöqtələr
◘Quranda “qul” (“de”) sözü 300 dəfədən artıq işlədilmişdir. Bu sözlərin əksəri
Allahın Peyğəmbərə (s) əmridir. Peyğəmbərə (s) əmr olunur ki, Allahın buyuruqlarını
müxaliflərə və münafiqlərə desin.
◘“Vəsvas” sözü həm vəsvəsəçi, həm də vəsvəsə, pis düşüncə mənasını bildirir.
Hazırda isə bu söz vəsvəsəçi mənasında işlədilmişdir.
◘Təhlükələrdən qurtarmaq üçün “əuzu” (“pənah aparıram”) söyləmək bəs etmir.
Əməldə də təhlükə amillərindən uzaq dayanmaq lazımdır. Bir insan selin qabağında ev
tikib onun üzərində “əuzu illahi minəs sil” (“pənah aparıram Allaha seldən”) yazsa, bu iş
məsğərə kimi görünər. Allaha sığınan insan əməldə fəsaddan çəkinməlidir.
◘İnsanın ilk ehtiyacı təkamül və tərbiyə, növbəti ehtoyacı siyasət və hökumətdir.
Təkamül edən insan ibadət və pərəstişə üz tutur.
◘İnsan sirlərdən, vəsvəsələrdən xəbərdar birinə sığınmalıdır.
1
Allah gözlərdəki
xəyanətlərdən, sinələrdəki düşmənçiliklərdən agahdır.
1
“Nurus-səqəleyn”
332
◘Həzrət Peyğəmbər (s) buyurur: “Şeytan insanın qəlbində rahatlanmışdır. Allah zikri
zamanı gizlənir, insan qəflətdə olanda ona vəsvəsə edir.
2
◘Başqalarını şübhəyə salıb vəsvəsə yaradanlar şeytan işi görürlər. Həzrət Salehin
müxalifləri xalqa dedilər: “Siz Salehin Peyğəmbər (s) olduğuna əminsinizmi?” Onlar bu
sözləri ilə xalqda şübhə yaratdılar.
3
◘Quranın başlanğıcında “Bismillah” deməklə Allahdan yardım dilədik. Quranın
sonunda da Allaha pənah aparaq.
◘“Xənnas” sözü “xənus” sözündəndir. Bu söz gizlənmək, geri çəkilmək mənası
bildirir. Şeytan həm özü məxvidir, həm də onun işləri. Əlbəttə ki, şeytan açıq-aşkar
görünsəydi, insanlara hakim ola bilməzdi. Amma o gözəl libasda qəlblərə daxil olub uğur
qazanır. Həzrət Əli (ə) buyurur: “Şeytan zahirən bəzənməklə haqqı batilə qatır, bu yolla
öz tərəfdarlarına qalib gəlir.”
4
◘Xənnas olan şeytan müvəffəqiyyətə çatanadək əl çəkmir. Biz də Allah zikrini
artırmalıyıq.
◘Quranda dəfələrlə bildirilir ki, insan çətinliyə düşdüyü vaxt dua edir, təhlükə
sovuşan kimi Allahı unudur.
5
◘Vəsvəsələr insanın qəlbinə, ruhuna nüfuz edib onun imanı, əqli və düşüncəsi ilə
oynayır. Bu səbəbdən hazırkı surədə üç dəfə Allahın adı çəkilir. “Fələq” surəsində
sinələrdən xaricdəki şərdən danışıldı. Bu səbəbdən Allahın adı bir dəfə çəkildi. Bəli,
insanın daxilindəki şər, onun xaricindəki şərdən daha təhlükəlidir. İdeoloji düşmənlər
hərbi və iqtisadi düşmənlərdən daha təhlükəlidir.
◘Rəvayətdə bildirilir ki, şeytan insan üçün tövbə qapısının açılmasından narahat
oldu. Öz yaxınlarını yığıb onlardan kömək istədi. Hərə bir təklif verdi. Nəhayət biri dedi:
“Mən insanı vəsvəsə edərəm. Tövbəni ona unutduraram.” İblis bu planı bəyəndi.
6
◘Allah insanların Rəbbi olduğu halda başqalarının tərbiyəsini qəbul etməyək. Allah
insanların maliki olduğu halda özümüzü başqalarına qul etməyək. Allah insanların
məbudu olduğu halda başqalarına könül verib əsarətə düşməyək. Belə bir təfəkkür
vəsvəsələrdən qurtuluş üçün ən gözəl yoldur.
◘İnsanın qəlbində və ruhunda vəsvəsə yaradan həm cin ola bilər, həm də insan. Bəli,
vəd verib onu bu gün-sabaha salmaq özü də bir vəsvəsədir.
◘Şeytanın həzrət Adəm və başqa Allah övliyalarına münasibətdə vəsvəsələri təlqin
həddindədir.
7
Amma uyğun vəsvəsələr başqalarının qəlbinə və canına nüfuz edir. Bu o
demək deyil ki, çıxış yolu qalmır. Quranda buyurulur ki, şeytan təqvalı insanlara üz
tutanda onlar şeytanın nüfuzuna yol vermirlər.
8
◘“Nas” sözünün təkrarından məlum olur ki, Allahın Rəbliyi, malikliyi, ilahiliyi
xüsusi bir fərdə və ya qövmə aid deyil.
◘“Rəbb” sifəti o biri sifətlərdən öncə qeyd olunur. Olsun ki, bunun səbəbi
tərbiyəçiyə sığınmanın insan fitrətinə daha yaxın olmasıdır. Uşaqlar bir təhlükə hiss edən
1
“Ğafir”, 19
2
“Biharul-ənvar”, c. 67, s. 49
3
“Əraf”, 75
4
“Nəhcül-bəlağə”, xütbə 50
5
“Yunus”, 11
6
“Təfsiri-nurus-səqəleyn”
7
“Taha”, 120; “Həcc”, 52
8
“Əraf” 201
333
kimi analarına üz tuturlar. Daha sonra güclüdən və növbəti mərhələdə mərhəmət
sahibindən kömək istəyirlər.
◘Allah insanın ehtiyaclarından, onu hədələyən təhlükələrdən xəbərdardır. Amma
insanın öz ehtiyacını dilə gətirib təvazö göstərməsi onun özü üçün faydalıdır.
◘Həzrət Peyğəmbərin (s) buyuruğuna əsasən, insanın özündən asılı olmayaraq
yaranan və həyata keçməyən vəsvəsələr onun üçün qorxulu deyil.
1
Dostları ilə paylaş: |