194
◘”Racifə” dedikdə iztirab, möhkəm titrəyiş nəzərdə tutulur. Fitnə yaradan, ağrı
gətirən sözlər “əracif” adlanır.
◘”Racifə” sözü “rədif” sözündəndir. Bu söz düzülüş mənasını bildirir. Ardıcıl
titrəyişlər “radifə” adlanır. Olsun ki, yerin 1-ci titrəyişinin səbəbi ilk surdur. Bu surdan
sonra hamı ölər. “Radifə” isə hamını dirildəcək 2-ci sura işarə ola bilər. “Zumər”
surəsinin 68-ci ayəsində hər iki nöqtəyə işarə olunmuşdur.
◘İti hərəkət və ya şiddətli iztirab “vacifə” adlandırılır. “Xaşiə” dedikdə başını aşağı
salmış insan nəzərdə tutulur.
◘İstənilən bir şeyin başlanğıcı “hafirə” adlandırılır. İlkin həyata qayıdış kafirləri
təəccübləndirirdi. Amma “hafirə” sözü yerdə qazılan qəbir mənasını da ifadə edə bilər.
Bu halda ayə belə mənalandırılar: öləndən sonra qəbirlərimizdən qalxıb diriləcəyik?
1
◘”Nəxirə” dedikdə toxunmaqla ovulub tökülən çürümüş sümük mənası nəzərdə
tutulur.
◘Dünyada Allah qorxusundan əsən qəlblər axirətdə amandadır.
2
Dünyada rahatlıq
içində olan qəlblər axirətdə iztirabdadır.
3
◘”Zəcr” dedikdə səs küylə, fəryadla qovmaq mənası nəzərdə tutulur. “Zəcrə”
dedikdə ikinci sur nəzərdə tutula bilər. Bu sur ölülərin dirilməsi üçün bir müqəddimədir.
“Sahirə” dedikdə qiyamətin hamar yeri nəzərdə tutulur. Orada gözlərə yuxu getməz.
Dostları ilə paylaş: