Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə42/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   38   39   40   41   42   43   44   45   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İlahi sınaqlardan müvəffəqiyyətlə çıxmaq üçün təqva təsirli vasitədir. 
2. İslamda güc və imkandan yuxarı vəzifə yoxdur. 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Təfsiri-məcməul-bəyan” 
3
“Təfsiri-əl mizan” 
4
“Ənfal”, 60 


47 
3. İlahi təqva dedikdə haqq sözü dinləmək, ona əməl etmək və yoxsullara əl tutmaq 
nəzərdə tutulur. 
4. Əgər xeyir istəyirsinizsə, maneələri aradan qaldırın, Allah əmrini dinləyin və 
malınızdan yoxsullara verin. 
5. İnsan təkcə cismini yox, həm də ruhunu pis əməl və sifətlərdən qorumalıdır. 
6. Allah yolunda infaq qurtuluş vasitəsidir. 
7. Var-dövlətə məhəbbət və xəsislik insanın nəfsinə hopmuşdur. 
Ayə 17, 18: 
ٱ ْاوُض ِرْقُت نِإ﴿
َﷲ
 
ٱ َو ْمُكَل ْرِفْغَی َو ْمُكَل ُهْفِعاَضُی اانَسَح ااض ْرَق
ُﷲ
 
اَع﴿﴾ٌمیِلَح ٌروُكَش
 ِبْیَغْلٱ ُمِل
﴾ُمیِكَحْلٱ ُزی ِزَعْلٱ ِةَداَه شلٱ َو
 
“Əgər Allaha borc, yaxşı bir borc versəniz, onu sizin üçün artırar, sizi 
bağışlayar. Allah qədr bilən və həlimdir.” 
 
Nöqtələr 
 
◘Qurani-kərimin müxtəlif ayələrində qərzül-həsənə, yəni Allah yolunda təmənnasız 
borc mövzüsuna toxunulur. Həmin mövzularla bağlı açıqlamalar da verilir. Təkrardan 
qaçmaq üçün deyilənlərlə kifayətlənirik. 
◘Bütün varlıq aləmini yaratmış Allah öz verdiyi maldan yoxsullara pay ayrılmasını 
istəyir. Buyurur ki, başqalarına borc vermək Allaha borc verməkdir. Bu əməl 
müqabilində böyük mükafat vəd olunur. İnsan gözəl borc verməklə mənəvi baxımdan 
inkişaf edir, dünya əsarətindən çıxır. Məhrumlara yardım dünya məhəbbəti zindanından 
çıxıb Allaha doğru səfərlə nəticələnir. Bu yolla insanda səxavət və mərhəmət ruhu 
çiçəklənir. Əlbəttə ki, yalnız təmənnasız, dərhal, minnətsiz, ehtiramla, doğru yolda 
istifadə üçün verilən borc dəyərlidir. Borc elə bir miqdarda olmalıdır ki, problemin həlli 
üçün bəs etsin. Borc verən insan özünə qarşı ehtiram gözləməməli, özünü çəkməməlidir. 
◘Qurani-kərimdə günahların bir neçə kəffarəsi qeyd olunur. Tövbə, namaz, cihad, 
eləcə də gözəl borc günahları yuya bilər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin