● Ayə 85:
﴿وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ كُلٌّ مِّنَ الصَّابِرِينَ﴾
“İsmail, İdris, Zül-Kifl hər biri səbirlilərdən idi.”
● Ayə 86:
﴿وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا إِنَّهُم مِّنَ الصَّالِحِينَ﴾
“Biz onları Öz rəhmətimizə daxil etdik. Həqiqətən, onlar salehlərdən idilər.”
Nöqtələr
İsmail həzrət İbrahimin övladı, əziz İslam Peyğəmbərinin (s) babası idi. O haqqa itaət və Allah əmri qarşısında səbirin ən gözəl əsərini nümayişə qoydu. Atası sadiq bir yuxuda İsmaili qurban vermək əmri almışdı.
Həzrət Nuhun babası həzrət İdris ilk dəfə nücum (astrologiya) elmi ilə məşğul olmuş, başqalarına libas tikməyi öyrətmiş, qələm götürüb yazı yazmışdır. Deyirlər ki, İdrisə 30 səhifə ilahi kəlam nazil olmuşdur. Nəhayətdə, səmaya çəkilmişdir, hazırda da sağdır.1
Həzrət Zül-Kifl ilahi peyğəmbərlərdən biridir. Həzrət Süleymandan sonra, həzrət İsadan əvvəl yaşamışdır.2 Bildirilir ki, onun qəbri Kərbəla-Nəcəf yolu kənarındadır.
“Tibyan” təfsirində oxuyuruq: “Bu ilahi peyğəmbər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olmağı əhd etmişdi. O yalnız haqq əsasında hökm edər, Allahın razılığı əsasında qəzəblənərdi. Sonadək əhdinə vəfa qıldığından onu “Zül-Kifl”, yəni “öhdəçilik götürən” adlandırmışdılar. Bəziləri, o cümlədən Fəxr-Razi bu fikirdədir ki, Zül-Kifl həzrət İlyasın ləqəbidir. Ammma biz “Məcməul-bəyan” təfsirində nəql olunmuş rəvayəti daha mötəbər sayırıq. Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, Allah bəşəriyyətin hidayəti üçün 124 min peyğəmbər məbus etdi. Onlardan 313 nəfəri mürsəl peyğəmbərlərdir. Zül-Kifl həmin mürsəl peyğəmbərlərdən biridir. Biz Zül-Kifli həzrət İlyas yox, mürsəl peyğəmbərlərdən biri kimi tanıyırıq.
Həzrət İsmail qurban kəsilməsi ilə bağlı ilahi əmr qarşısında səbir etdi. Həzrət İdris xalqı 365 il haqq dinə çağırdı. Amma ona iman gətirən olmadı.1
Dostları ilə paylaş: |