Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə105/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

Bildirişlər


1. Allah Öz övliyalarına nicat verir.

2. Günahkarlıq rəvac tapmış məntəqədə qalmayın.

3. Bəzən bir günah başqa günahlara səbəb olur.

4. Günahdan da pisi günahın davamlı şəkil almasıdır.

5. Günahın davamlı şəkil alması küfr səmərəsi və bədbəxtlik səbəbidir.

6. Mühit və cəmiyyət zora “yox” deyir.

7. Biz saleh olsaq, Allah bizi mərhəmətində qərq edər.

● Ayə 76:


﴿وَنُوحًا إِذْ نَادَى مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ﴾

(Xatırla,) ondan da (İbrahim Lutdan) qabaq (Rəbbini) çağıran Nuhu. Onun (istəyini) qəbul etdik. Onu ailəsini böyük bəladan qurtardıq. ”



● Ayə 77:


﴿وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ﴾

Ayələrimizi təkzib edən qövmə qarşı ona yardım göstərdik. Həqiqətən, onlar pis bir qövm idi. Onların hamısını qərq etdik.”



Nöqtələr


Ola bilsin ki, həzrət Nuhun dua və naləsi “Nuh” surəsinin 27-ci ayəsində haqqında danışılan nifrindən ibarətdir: “Pərvərdigara! Yer üzündə bir nəfər olsun kafir saxlama.“ Bəlkə də həzrət Nuh insanların hidayətindən ümidini üzdükdən sonra belə nifrin etmişdir. “Hud” surəsinin 38-ci ayəsində buyurulur: “Ey Nuh! Sənə iman gətirənlərdən savay bir başqası iman gətirməyəcək.” Nuh 950 il təbliğ, səbir və dözümdən sonra əlini açıb dua etdi: “Pərvərdigara! Mən məğlubam, mənə yardım buyur.”1

Bildirişlər


1. Başqa qövmlərin tarixini öyrənmək, onların bəla və çətinliklərindən xəbər tutmaq insanı səbirli edir.

2. Peyğəmbərlərin duası qəbuldur. (Tarixi gedişatda duanın rolu var.)

3. Əgər günahkar cəmiyyəti dəyişməyə gücünüz yoxsa, özünüzü xilas etmək barədə düşünün.

4. Küframiz cəmiyyətdə yaşamaq çox böyük bəladır.

5. Sonda haqq əhli qalib, batil əhli məğlubdur.

6. Bəlalar insanların öz düşüncə və əməllərinin əks-sədasıdır.



● Ayə 78:


﴿وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ﴾

Davud Süleymanı (xatırla). O zaman ki, bir qövmün qoyunlarının əkin sahəsi haqqında hökm verdilər Biz onların mühakiməsinə şahid idik.”



● Ayə 79:


﴿فَفَهَّمْنَاهَا سُلَيْمَانَ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ وَكُنَّا فَاعِلِينَ﴾

Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”



Nöqtələr


Bu macəra ilə bağlı rəvayət və təfsirlərdən məlum olur ki, qoyunlar gecə bir şəxsin əkinəcəyinə daxil olub onu zay etdilər. Üzüm tənəklərinin sahibi şikayət üçün Davudun yanına gəldi. Həzrət Davud ziyanın ödənməsi ilə bağlı hökm çıxardı və bütün qoyunları bağ sahibinə verdi. Amma onun oğlu Süleyman atasına başqa bir təklif etdi: qoyunlar ziyan vurulmuş şəxsə verilsin, bağsa qoyunların sahibinə tapşırılsın. Qoyunların sahibi tədricən ziyanı ödəsin və ziyan ödəndikdən sonra hərə öz malına sahib dursun.1

Təbii ki, hər iki peyğəmbər məsələni düzgün həll etməyə çalışırdı. Amma ata və oğulun göstərdiyi yollar fərqli idi. Ata qoyunları zərər dəymiş şəxsə vermək istəyir, övlad qoyunların gəliri ilə zərəri ödəmək təklifini irəli sürürdü.

Allah-təala buyurur: “Biz hər ikisinə elm və hikmət versək də, bu dəfə Süleymanın mühakiməsi üstün idi.”

Hədisdə bildirilir ki, Davud səmavi Zəbur kitabını oxumağa məşğul olduqda, dağlar, daşlar, quşlar səsini eşidib, ona qoşulardı.2


Bildirişlər


1. Atanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.

2. Mühakimə peyğəmbərlik şənindəndir.

3. Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.

4. Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.

5. Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.

6. Allahın lütfü olmadan məsələni düzgün anlamaq mümkünsüzdür.

7. Bəzən ataya əta olunmamış xeyir övlada əta olunur.

8. Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar gerçəkdən təsbih deyir.

9. Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.

● Ayə 80:


﴿وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ فَهَلْ أَنتُمْ شَاكِرُونَ﴾

Ona (Davuda) zireh düzəltməyi öyrətdik ki, sizi vuruşda hifz etsin. Heç şükür edirsinizmi?!”



● Ayə 81:


﴿وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ﴾

Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”



Nöqtələr


Bu ayədə mübarək torpaqda (Şamat) əsən şiddətli küləkdən danışıldı. Amma “Sad” surəsinin 36-cı ayəsindən məlum olur ki, həzrət Süleyman digər məntəqələrdəki aram küləklərə də təsir göstərə bilirdi. Ayədə buyurulur ki, Biz küləyi Süleymanın ixtiyarına verdik, mülayim və ahəstə, istədiyi yerə getsin.

Həzrət Süleymanın küləklə hansı məsafəni hansı zamanda qət etməsi ilə bağlı “Səba” surəsinin 12-ci ayəsində buyurulur: “Külək (vasitəsi ilə hərəkət) Süleymanın ixtiyarında idi. O, bir aylıq (yol) sübh vaxtı, bir aylıq (yol) qürub vaxtı gedirdi.”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin